Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                     Şəmkirdə qayınata kürəkənini bıçaqladı .....                     "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram" .....                     "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" .....                     ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir .....                 

QHT-LƏRİN QEYDİYYAT PROMLEMİ
Tarix: 9-04-2012, 13:17 | Çap et
QHT-LƏRİN QEYDİYYAT PROMLEMİ

BU MƏSƏLƏDƏ BİLDİRİŞ SİSTEMİNƏ KEÇİLƏ BİLƏR

“İndiyə kimi Ədliyyə Nazirliyi bizi qeydə almaqdan üç dəfə imtina edib. Hər dəfə də bir bir bəhanə tapırlar. Əslində bütün çatızmazlıqları bir cavabda bildirilməlidir”. Bu fikirləri Qeyri-Hökümət Təşkilatı (QHT) yaratmaq arzusunda olan Elcin Bayramlı deyir. Onun sözlərinə görə artıq 1 ilə yaxındır ki, Ədliyə Nazirliyinə sənəd göndərməklə məşğuldur.

Hər dəfə yenə bəhanə

Bayramlı deyir ki, qeydiyyatdan imtina üçün hər dəfə yeni əsaslar aşkar edilir: “Qeydiyyat sənədlərindəki çatışmazlıqlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununun 8.3-cü maddəsinə uyğun olaraq eyni vaxtda bildirilmir və dövlət qeydiyyatına alınmaq istəyən qurumlar hər dəfə onların fərqli əsaslara görə qeydiyyatdan imtina və sənədlərin geri qaytarılması haqqında cavablar alırlar”.

Belə vəziyyət isə, qeydiyyatda süründürməçilik yaradır. “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin apardığı sorğu da göstərir ki, bu sahədə ciddi problem var. Birliyin sorğusunun nəticəsinə görə, qeydə alınmış QHT-lərin əksər hissəsi (57 faizi) qeydiyyat üçün xeyli müddət sərf etməli olublar. Bu təşkilatların 20 faizinin qeydiyyatı onların ilk müraciət etdiyi tarixdən etibarən 1 ilə qədər vaxt aparıb. Onların 12 faizinin dövlət qeydiyyatına alınması üçün 2 il, 8 faizinin qeydiyyatı üçün isə 3 il tələb olunub. 6 faiz 4 il, qalan 11 faiz isə 5-8 il ərzində qeydiyyatdan keçə bilib. Yalnız təşkilatların 43 faizi təsis olunduqdan sonrakı ilk 3 ay ərzində qeydə alınıb ki, bu təşkilatların arasında da çoxluğu mədəniyyət, turizm və ekologiya, uşaq və gənclər təşkilatları təşkil edir. Üstəlik, bu cür təşkilatların əksər hissəsi qanunvericiliklə qeydiyyat üçün tələb olunan sənədlər siyahısına daxil olmayan və ayrı-ayrı icra orqanları tərəfindən verilmiş zəmanət məktubu təqdim edən təşkilatlar olub.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu isə onu göstərir ki, ya qeydiyyat orqanı qanunun tələblərinə əməl edərək təqdim olunan sənədlərin yoxlanılmasını tam həyat keçirmir, ya da məqsədli şəkildə müəyyən edilmiş bütün nöqsanlarla bağlı müraciətçini məlumatlandırmır: “İstənilən halda, bu, qeydiyyat orqanının sənədlərin yoxlanmasını birliklərin dövlət qeydiyyatına alınması yönümündə deyil, daha çox qeydiyyatdan imtina məqsədilə apardığı qənaətini doğurur. Bunun nəticəsində QHT-lərin əksəriyyəti qeydiyyat üçün dəfələrlə müraciət etməli və buna görə bir neçə il vaxt sərf etməli olurlar. Bu isə qeydiyyat prosesini yorucu və uzunsürən bir prosesə çevirməklə bir çox qurumları növbəti müraciətlərdən çəkindirir. Bir sıra təşkilatlar isə bu cür problemlər səbəbindən, ümumiyyətlə, qeydiyyat üçün müraciət etmir”.

Qeydiyyat müddəti: Ədliyyə Nazirliyi prosesi 5 aya qədər uzada bilər

Kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda, ictimai əsaslarda fəaliyyət göstərən, könüllü birliklərin- QHT-lərin qeydiyyatı üçün bir qayda olaraq 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün bu müddət artırıla bilir. Bundan sonra müəyyən edilən çatışmazliqların aradan qaldırılması üçün təsisçilərə 20 gün vaxt verilir və onlar müəyyən edilən çatışmazlığı aradan qaldırdıqdan sonra 10 gün müddətində həmin təşkilat dövlət qeydiyyatına alınır.

Ə.Məmmədli deyir ki, QHT-lərin qeydiyyatı üçün qanunda müəyyən olunan bütün müddətlərdə Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında Qanunun 4.5- ci maddəsinin tələbinə əsasən “bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır: “100 iş günü ən azı 20 həftəlik müddət deməkdir, bu da ümumi təqvim gününə çevrildikdə, 140 təqvim gününə bərabər olur. Deməli, Ədliyyə Nazirliyi heç bir prosedur hüquq pozuntusuna yol vermədən, qeydə almaq istədiyi bir QHT-ni bütün müddətlərə əməl edərək qeydə aldığı təqdirdə, bu müddət təxminən 5 aya yaxın vaxtı əhatə edir. Praktikada bu müddətlər dəfələrlə aşılır, çox sayda müraciətlər aylarla, hətta illərlə yubadılır, qeydiyyata alma həyata keçirilmir. Dövlət qeydiyyatına alınmaq istənən QHT-lərin qeydiyyatı ortalama olaraq təsisdən 8-10 ay sonra reallaşır. Qeydiyyatından imtina olunan təşkilatlar üçün bu müddət illərlə davam edir”.

O deyir ki, təsadüfi deyil ki, bu səbəbdən Azərbaycan əleyhinə Avropa Məhkəməsində xeyli qərar çıxarılıb: “Evsiz bakılılara yardım ictimai birliyinin qeydiyyatı da təxminən 4 illik müddətin sonunda həyata keçirildiyi üçün Avropa Məhkəməsinə şikayət edilmiş və birləşmək hüququna müdaxilə olduğu qəbul edildi. Avropa İnsan Hüquqları Məhkəməsinin 11 yanvar 2007-ci il tarixli Ramazanova və digərləri Azərbaycana qarşı qərarında “Məhkəmə hesab edir ki, ərizəçilər birliyin təsisçiləri olduqlarına görə birliyə uzun müddət hüquqi şəxs statusu əldə etməsinə imkan verilməməsi ilə nəticələnən dövlət qeydiyyatının gecikdirilməsi hakimiyyət orqanları tərəfindən ərizəçilərin birləşmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxiləni təşkil edirdi”. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə birləşmək hüququna müdaxiləyə dair verdiyi digər qərarlarında da bu məqam xüsusi olaraq vurğulayır.

“Hüquq və İnkişaf” İctimai Birliyinin Sədri Hafiz Həsənov bununla bağlı deyir ki, Avropa Məhkəməsinin bu məsələ ilə bağlı bir sıra qərarları olmasına baxmayaraq hökumət bu qərarlara da o qədər əhəmiyyət verilmir. Çünki, hətta bu cür qərarların qəbulundan sonra da qeydiyyat prosesindəki problemlər eyni qaydada təkrarlanır. Qeydə almadan qanunsuz imtinaya və ya yayınmaya dair şikayətlərin məhkəmə araşdırmalarında da əvvəlki vəziyyət dəyişmir. Təbii ki, belə bir vəziyyətdə birləşmə azadlığının hüquqi təminatı və məhkəmə müdafiəsi demək olar ki, heçə enir.

Millət vəkili Əli Məsimli isə QHT-lərin qeydiyyatının elektron variantına keçilməsini, qeydiyyat müddətinin maksimum qısaldılmasını və əgər QHT həmin müəyyənləşdirilmiş müddətdə qeydiyyata alınması barədə rəsmi sənəd almazsa, qeydiyyatdan keçmiş hesab olunması variantını təklif edir. “Bu yolla qeydiyyat məsələsi ətrafında yaranan problemləri də aradan qaldırmaq olar”,-deyə o bildirdi.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov isə deyir ki, əgər QHT-lərin qeydiyyatını təmin edən Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunu və qeydiyyata əsas verəcək digər qanunvericlik aktlarına baxsaq ideal bir mənzərənin olduğunu görürük: “QHT-lərin qeydiyyatı ilə bağlı nazirliyin hazırladığı təlimata əsasən, qeydiyyat üçün təqdim olunan sənədlərə 10 gün ərzində baxılır, qeydiyyata alınma və imtina haqqında məlumat verilir. Məntiq onu sübut edir ki, heç bir əlavə problem olmadan QHT yaratmaq hər hansı bir şəxs Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra 10 gün ərzində təşkilatın qeydiyyatını əldə edə bilər. Burada Ədliyyə Nazirliyinin yaradılmış təşkilatın adının reyestrdə olub-olmaması ilə bağlı və məqsədlərində insanlıq əleyhinə fəaliyyətin və digər qadağan olunmuş fəaliyyətin olub-olmamasını yoxlamalıdır. Daha Ədliyyə Nazirliyinin təşkilatların sənədlərinə baxılmasını uzatmağa, onu qeydə almaqdan imtina etməsinə əsas qalmır. İstərdik ki, QHT-lərin qeydiyyatı da mətbuat orqanlarının qeydiyyatı kimi asan olsun. Eyni zamanda regiondan olan QHT-lərin mərkəzdə qeydə alınmasına heç bir ehtiyac yoxdur. Yaxşı olardı ki, gələcəkdə QHT-lərin qeydiyyatı məhkəmələr tərəfindən aparılsın.

Hesab edirəm ki, qanuna uygun olaraq QHT-lərin qeydiyyatı qısa müddətdə həyata keçirilməlidir. Ona yaradılan manelər qanunvericiliklə az əlaqəlidir. Bu ölkədə vətəndaş cəmiuyyətinin inkişaf etməsini əngəlləyən addımlardır”.

Qeyri-qanuni tələblər

Qeydiyyat üçün, müraciət edənlər deyirlər ki, əsas problemlərdən biri də Ədliyyə Nazirliyi tərəfindən qeyri-qanini tələblərin irəli sürülməsidir. Belə ki, müraciət edənlərdən qeydiyyat orqanı tərəfindən təsisçilərin məşğuliyyəti, siyasi mənsubiyyəti ilə bağlı məlumatlar istənilir. Digər tərəfdən, QHT-lərdən qeydə alınmaq üçün icra hakimiyyəti orqanlarından verilmiş zəmanət məktubunun təqdim edilməsi tələb olunur. Bu cür sənədləri isə heç də bütün təşəbbüsçülər əldə edə bilmirlər.

Millət vəkili Ə.Məsimli QHT-lərin qeydiyyatı zamanı qanunda nəzərdə tutulmayan tələblərı qanun pozuntusu hesab edir: “Qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görülməsini zəruridir. Bu məsələlər obyektiv yanaşma ilə mətbuatda da davamlı şəkildə qaldırılsa, işin xeyrinə olar”.

Ə.Həsənov də deyir ki, təşkilat yaratmaq istəyində olan adamlara qeyd olunan sənədlərin tələb olunması qanun pozuntusudur: “QHT-nin heç bir üst qrumu yoxdur və ondan hansısa nazirlik və yaxud dövlət orqanından sənəd gətirməsini tələb ertmək ən azı özbaşnalıqdır. Tutaq ki, ekologiya problemləri ilə məşğul olan təşkilat belə bir məktub nazirlikdən ala bildi. Paralel olaraq homoseksualların problemləri ilə məşğul olan bir təşkilat sənədlərini qeydiyyata təqdim edərkən ondan hansı sənədi və yaxud hansı strukturdan məktub tələb edəcəklər. Bunların hamısı göstərir ki, Azərbaycanda qeydiyyat sistemini ilk növbədə daha təkmil etmək lazımdır. İlk növbədə, qeydiyyat üçün hansı konkret sənədlərin tələb olunduğu açıq elan olunmalıdır, qeydiyyata sənədlərin təqdimatı sistemi onlayn olunmalıdır. Ədliyyə Nazirliyinin qeydiyyat bazasında qeydiyyata alınmış təşkilatların adı “onlayn internet bazasında” olmalıdır ki, müraciət edən təşkilat qeydiyyat üçün sənədləri təqdim edərkən onun seçdiyi adda təşkilatın olub-olmadığını görə bilsin. Bu kifayət qədər işi asanlaşdıra bilər. Bu təşkilatlarla Ədliyyə nazirliyi arasında kontaktları azaldacaq”.

Qeydiyyatın mərkəzləşdirilmiş qaydada aparılması qeydiyyat orqanı ilə müraciətçilər arasında ünsiyyəti xeyli çətinləşdirir. Bu xüsusilə regionlarda olan QHT təsisçiləri üçün əlavə problemlər yaradır. Ekspertlər, bunun həll yolunun QHT-lərin qeydiyyatının elektron variantına keçilməsi ilə həll olunacağını deyir.

Qeydiyyat orqanı nə deyir?

QHT-lərin qeydiyyatı vəziyyətinə dair Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin ümumiyyətlə QHT-lərin qeydiyyat vəziyyəti və qeyd edilən məsələlərlə bağlı mövqeyini öyrənməklə bağlı təşəbbüsümüz isə nəticəsiz qaldı. Ümumiyyətlə rəsmi mövqeni öyrənməkdə problemlərin olmasını “Demokratiyanı Öyrənmə” İB sədri Mirəli Hüseynovda təsdiq etdi. Onun dediyinə görə son illər üzrə qeydiyyatın vəziyyətini təhlil etmək üçün ötən il Qeydiyyat İdarəsinə sorğu ilə müraciət edilsədə, İdarə sorğu suallaraına çox ümumi şəkildə cavab verib: “Belə təəssürat yaranır ki, qeydiyyat idarəsi məlumat verməkdə maraqlı deyil. Bizə müraciət edən bir çox vətəndaşlar da qeydiyyat üçün sənədlərin təqdim edilməsindən sonra idarə ilə əlaqə saxlamaq, problemləri müzakirə və həll etməyin mümkün olmadığını bildirirlər”.

M.Hüseynov bildirir ki, bu cür qapalılıq isə öz növbəsində doğru olmayan rəqəmlərin ortaya çıxmasına, yanlış məlumatların verilməsinə şərait yaradır: “Məsələn, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatında Ədliyyə Nazirliyinin rəsmi məlumatına istihadən bildirilir ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 3600-ü ötüb. Tam məsuliyyətilə deyirəm ki, məlumat tamamilə yanlışdır və bu rəqəm mümkün deyil. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi bizim ötən ilki sorğumuza cavabında 2010-cu il ərzində 124 QHT-nin dövlət qeydiyyatına alındığı bildirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının 2010-cu il fevral ayına Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, həmin tarixə qeydə alınmış QHT-lərin sayı 2483 olub. 2010-cu ilin sonuna ölkədə qeydə alınmış QHT-lərin sayı 2600-ü ötüb. Nazirlər Kabinetinin hesabatında göstərilir ki, 2011-ci ildə isə ümumilikdə 144 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Yəni 2012-ci il üçün qeydə alınmış QHT-lərin sayı 2750 ətrafında olduğu halda rəsmi hesabatda bunun 3600-ü ötdüyü göstərilir. Bütün bu və bu kimi hallar isə dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığıgın zəif olmasından irəli gəlir”.

Bəkir Nərimanoğlu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru