Şimali Koreya hərbçiləri ABŞ müdafiə naziri Pit Heqsetin Koreya yarımadasının demilitarizasiya zonasında səfəri ərəfəsində təxminən 10 raket buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Raketlərin Yapon dənizinə istiqamətləndirildiyi və atışların Heqsetin sərhəd bölgəsinə çatmasından təxminən bir saat əvvəl baş verdiyi bildirilib.
    
    

















