Dünyada yeni qaynar nöqtə - Qlobal güclər Arktikada qarşı-qarşıya
Tarix: 15-03-2024, 08:08 | Çap et
 ABŞ ordusu Arktikada Rusiya və Çinlə potensial hərbi münaqişə üçün əsgər hazırlamağa başlayıb. Bu barədə “Business Insider” məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, fevral ayında Alyaskada Birgə Sakit Okean Çoxmillətli Hazırlıq Mərkəzində (JPMRC) iki həftəlik təlim keçirilib. Təlimdə 11-ci Hava Desant Diviziyasının 8 mindən çox əsgəri, eləcə də ABŞ-ın beynəlxalq müttəfiqləri iştirak edib.
Tədbir iştirakçıları ABŞ-ın regiondakı düşmənlərinin qarşısını almaq üçün ekstremal şəraitdə “döyüş hazırlığının bərpasının vacibliyini” müzakirə ediblər. Polkovnik Şon Lukas “Arktikadakı missiya, həddindən artıq soyuq şəraitdə ordumuz, millətimiz və həmçinin düşmənlərimiz üçün vacibdir”, deyə bildirib.
Əsgərlərlə bərabər hərbi həkimlər də təlim keçiblər. “Mən 13 ildir həkiməm və bu, şübhəsiz ki, indiyə qədər yaşadığım ən çətin mühitdir”, deyə hərbçilərdən biri Zakari Börns vurğulayıb. Əlavə edib ki, həddindən artıq aşağı temperatur xəstələrə qulluq etmək və əsgərləri evakuasiya etmək üçün çətinliklər yaradır.
Ötən ilin payızında ABŞ Prezidenti Co Baydenin administrasiyası bir il əvvəl qəbul edilmiş Arktika Strategiyasının İcra Planını (NSAR) nəşr edib. Sənəddə qeyd edilir ki, ABŞ-ın Arktikadakı maraqları milli müdafiə və daxili təhlükəsizlikdən tutmuş kommersiya və elmi fəaliyyətlərə qədər bir çox aspektləri özündə birləşdirir. Strategiya 2032-ci ilə qədər on illik dövr üçün nəzərdə tutulub.
ABŞ Konqresi əvvəllər qeyd edirdi ki, Arktika Rusiya ilə yeni münaqişə mərkəzinə çevrilə bilər. NATO regionda Rusiya və Çin arasında əməkdaşlığın artırılmasından narahatlığını ifadə edib, lakin Arktikanın dərhal qaynar nöqtəyə çevrilməyəcəyini qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin isə ötən ilin dekabr ayında demişdi ki, Arktikanın inkişafı Moskva üçün prioritetdir, çünki region müdafiə, logistika və enerji baxımından vacibdir.
Bundan əvvəl Putin hökuməti Arktika zonasında insanların yaşaması üçün “insani şərait” yaratmağa çağırıb.
“Bizim Arktikada müdafiə və təhlükəsizlik sahəsində çoxlu maraqlarımız var”, - deyə Putin vurğulamışdı.
Beynəlxalq analitiklər hesab edirlər ki, qlobal güclərin yeni toqquşma nöqtəsinin Arktika olacağı istisna deyil. Ekspertlərin qənaətincə, Rusiya və Çinin Arktikaya diqqəti və maraqlarının yaxınlığı ABŞ-ı hərəkətə gətirir. ABŞ-ın bu hərəkətliliyi, təlimlər və əsgər hazırlığı isə Moskva və Pekinin səssizliyi ilə müşahidə olunmayacaq. Bu isə müharibə ehtimalını artıran faktordur. AYNA.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57 |
|
|
|
• Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55 |
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
|