Silahlı ruslar Kreml rejiminə qarşı: bu müxalifət başqa müxalifətdir - NƏ BAŞ VERİR?
Tarix: 14-03-2024, 08:29 | Çap et
 Kremlə müxalif “Rusiyanın Azadlığı” legionu, “RDK” və “Sibir batalyonu” birgə əməliyyat çərçivəsində Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olublar. Rusiyalı müxalifətçi İlya Ponomarevin sözlərinə görə, Belqorod vilayətinin Lozovaya Rudka sərhəd yaşayış məntəqəsi müxaliflərin nəzarəti altındadır.
Analitiklər bu əməliyyatı Kreml rejimi və ruslar üçün siqnal sayırlar. Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko analitik yazısında hücumu şərh edərkən iddia edib ki, bu əməliyyatın bir neçə məqsədi var: “Birinci məqsəd isə ictimai-siyasidir. Bu, ruslar üçün daha bir mesajdır ki, Putin rejiminə qarşı olan, daha yaxşı gələcək naminə əl-ələ verib döyüşməyə hazır olan hərəkatlar var. Bunlar əsasən Rusiya vətəndaşları olduğundan, məhz bu məqsədləri güdürlər”.
“Öz növbəsində, biz çox yaxşı başa düşməliyik ki, Ukrayna Rusiyada Putin rejiminə qarşı mübarizə aparmağa hazır olan və Ukraynaya silahlı təcavüzü dəstəkləməyən müxalifət hərəkatlarına kömək etməlidir. Kiyev xüsusən də əllərində silahla hüquqlarını müdafiə edən ruslara dəstək olmalıdır. Yəni söhbət liberal müxalifət deyilənlərdən yox, nəticə üçün mübarizə aparmağa hazır olanlardan gedir. Belə hərəkatlar mövcuddur və hesab edirəm ki, onları Rusiyanın yerli olmayan xalqları da daxil olmaqla genişləndirmək lazımdır. Bunlar Başqırdıstan, Yakutiya, Qafqaz xalqlarıdır ki, onlar da əvvəllər döyüşüblər və hamısı Rusiya hökumətinə etiraz edirlər. Ukrayna onları dəstəkləməlidir. Biz əsir düşmüş xalqlara başa salmalıyıq ki, onların müstəqilliyi uğrunda mübarizə davam edir”, - Musienko vurğulayıb.
Analitikin qənaətincə, ikinci məqam hərbi komponentdir ki, bu da nəzərə alınmalıdır: “Axı müharibəni Rusiya ərazisinə keçirmək həmişə vacibdir. Burada isə hər şey sadədir – düşmən öz ərazisində nə qədər çox itki versə, Ukraynada cəbhəyə bir o qədər az qoşun göndərə biləcək. Orada düşmən nə qədər çox məhv edilsə, burada bir o qədər az məhv edilməli olacaq. Düşmənin istənilən itkisi Ukrayna üçün həmişə üstünlükdür. Məntiq çox sadə və aydındır. Rusiyanın Ukrayna ilə həmsərhəd olan üç vilayətində - Belqorod, Kursk və Bryansk ərazisində bu gün 18 minə yaxın rus əsgəri var. Hazırda onlarla “RDK”, “Rusiyanın Azadlığı” və “Sibir batalyonu” döyüşür. Təbii ki, sual yaranır, Rusiya hökuməti başqa istiqamətlərdən bura əlavə qoşun yeritməyə çalışacaqmı? Bu suala indi dəqiq cavab vermək çətindir. Əvvəlki belə əməliyyatların necə keçirildiyini xatırlayırıq və təfərrüatlı proqnoz vermək mümkünsüzdür. Çünki biz bilmirik ki, “RDK”, “Rusiyanın Azadlığı” və “Sibir batalyonu” azad edilmiş ərazilərdə möhkəmlənmək niyyətindədir, yoxsa yox. İnanıram ki, belə bir məqsəd yoxdur. Çox güman ki, müəyyən məsafəyə girib, hansısa ərazini tutmağı və müəyyən müddət orada qalmağı planlaşdırırlar. Və inanıram ki, onlar buna nail olacaqlar”.
“Belə başa düşürəmki, Rusiyada qondarma prezident seçkiləri ərəfəsində orada hansısa təşviqat işləri aparmaq istəyirlər. Yenə deyirəm, əsas məqsəd mənəvi-psixolojidir - Rusiya xalqına hakimiyyətlə effektiv mübarizə üsullarının olduğunu və diktaturaya silahlı müxalifətdən ibarət olduğunu göstərməkdir. Bunu indi ruslara və dünyaya nümayiş etdirmək çox simvolikdir, nəticə verib-verməyəcəyini zaman göstərəcək”, - ekspert fikrini tamamlayıb.
ayna.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57 |
|
|
|
• Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55 |
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
|