Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır .....                     ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər .....                     “Tapançalı direktor”un məktəbindən şikayət .....                     Bakıda daha bir MTK ÖZBAŞINALIĞI .....                     Türk düşməni yenə Azərbaycanı hədəf aldı .....                     Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir .....                     Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! .....                     Azərbaycanda test üsulu ləğv olunur? .....                     Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... .....                     "Özümü yaşlı adam hiss etmirəm" .....                     Göyçay sakinləri niyə narazılıq edir .....                     Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                     Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... .....                     “Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                     İlham Əliyevdən YENİ İSMARICLAR .....                     Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI .....                     İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                 

Ermənistan-KTMT: mehriban düşmənçilik - AKTUAL
Tarix: 15-09-2023, 15:26 | Çap et
Ermənistan-KTMT: mehriban düşmənçilik
Hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün heç bir proses yoxdur. Bu barədə sentyabrın 7-də jurnalistlərə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi Sarqis Xandanyan bildirib.

Parlamentari eyni zamanda, KTMT-nin özünün “Əllərini yuyub, Ermənistanı tərk etdiyi” fikrini ifadə edib. Başqa sözlə, təşkilatın öz üzvünün təhlükəsizliyinin təmin edilməsi məsələsində qeyri-fəal olduğunu bildirib.

İrəvanın xarici siyasət və təhlükəsizlik sistemini dəyişməsi ehtimalının müzakirə olunub-olunmaması ilə bağlı suala Xandanyan kifayət qədər sadə cavab verib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrində islahatlar aparır, bu islahatlar davam edir və respublika müdafiə sahəsində konstruktiv qarşılıqlı fəaliyyətdə maraqlı olan bütün ölkələrlə əməkdaşlığa açıqdır.

Eyni zamanda, məlum olduğu kimi, Ermənistan yaxın vaxtlarda ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb. “Bu, regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə kömək etmir”, – deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin gün açıqlama verib.

Ermənistan və Amerika sülhməramlılarının təlimləri İrəvanın KTMT üzrə müttəfiqləri ilə son vaxtlar kəskinləşən fikir ayrılıqları fonunda baş tutacaq. Belə ki, ötən çərşənbə axşamı məlum olub ki, Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağıraraq, onu Niderlandda səfir və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT, mənzil-qərargahı Haaqada) daimi nümayəndə təyin edib. Eyni zamanda, Ermənistanın KTMT-dəki daimi nümayəndəsi postunu kimin tutacağı hələ də qaranlıq qalır.

Ermənistan KTMT-yə üzvlüyünü saxlamaqla bir neçə aydır ki, təşkilatın işində iştirak səviyyəsini ardıcıl olaraq azaldır. Bu ilin yanvarında İrəvan KTMT-nin Kollektiv Çevik Reaksiya Qüvvələrinin təlimlərinə ev sahibliyi etməkdən imtina edib və ardınca Ermənistan hərbi kontingenti təşkilata üzv olan digər ölkələrin ərazisində keçirilən analoji tədbirlərdə iştirak etməyib. Həmçinin mart ayında İrəvan hərbi blokun Baş katibinin müavini postuna verdiyi kvotadan imtina edib.

Eyni zamanda, respublika rəhbərliyi KTMT-nin ünvanına tənqidi fikirlər səsləndirib, onu 2022-ci ilin sentyabrında “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı təcavüzünü” qiymətləndirmək və müttəfiqinə real yardım göstərmək istəmədiyinə görə qınayıb.

Xatırladaq ki, sentyabrın 6-da Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko Ermənistanın KTMT-dən çıxması təhlükəsinin olduğunu bildirmişdi.

Beləliklə, Ermənistanın tezliklə KTMT-dən çıxmağa cəhd etməsi ehtimalı varmı? Onun üçün təhlükəsizdirmi? Ermənistanın bu blokdan çıxmasının qarşısını almaq üçün Moskva öz tərəfdən nə edə bilər?

DİA.AZ bildirir ki, AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyanın “Demokratik Seçim” siyasi partiyasının həmsədri, Liberal Missiya Fondunun idarə heyətinin üzvü Sergey Javoronkov:

“Hesab edirəm ki, Ermənistan üçün KTMT indi bir növ “qulpsuz çamadan”dır. Daşımaq rahat deyil, atmaq heyifdir. KTMT-nin Ermənistan-Azərbaycan nizamlanması prosesindən uzaqlaşdığı bir şəraitdə bunun nə məna daşıdığı o qədər də aydın deyil, lakin bu formatdan sadəcə olaraq, elə-belə çıxmağın da mənası yoxdur.

Və indi dünya elə bir məqamda deyil ki, məsələn, Avropa, ABŞ bu prosesə ciddi şəkildə müdaxilə etməyə hazır olsun - onlar diqqətlərini təbii ki, başqa yerdə - Ukraynada cəmləşdiriblər.

Rusiya rəhbərliyinə gəlincə, o, Qafqazda vəziyyətin dondurulmasında maraqlıdır ki, Moskva həm Ermənistan rəhbərliyinə, həm də Azərbaycan rəhbərliyinə təsir rıçaqlarına malik ola bilsin. Düşünmürəm ki, Rusiya Federasiyası indi iki ölkə liderləri arasında mürəkkəb şəxsi münasibətləri nəzərə alaraq, Ermənistana hər hansı hədiyyə verməyə ciddi hazırdır.

Və KTMT-yə üzvlük elə valyuta deyil ki, onun üçün sövdələşmənin ciddi mənası olsun. Ciddi valyuta Ermənistanda Rusiya bazalarının mövcudluğu məsələsidir. Ermənistan rəhbərliyi bunu şübhə altına alarsa, bu, sövdələşmə üçün müəyyən zəmin yarada bilər, amma nəticə qeyri-müəyyən ola bilər”.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru (Tbilisi), politoloq Yeqor Kuroptev:

“Ermənistan rəhbərliyi, bir çox ölkələr kimi, başa düşür ki, Putin Rusiyası nəinki istəmir, hətta nə Ermənistana, nə də başqasına istəsə də, kömək edə bilməz. Paşinyanın bu yaxınlarda düzgün dediyi kimi, Rusiyanın “kömək edəcəyi heç bir şey yoxdur”. Baxmayaraq ki, heç vaxt xüsusi istək olmayıb, çünki Kremlin yeganə məqsədi İrəvanla Bakı arasındakı münaqişəni səngitməkdən ibarət olub, birdəfəlik həll etməkdən yox.

Ermənistan indi başa düşür ki, Azərbaycanla münaqişənin diplomatik həllində irəliləyişin olmaması nəticəsində yeni hərbi eskalasiya riskləri var və İrəvan təcili olaraq Qərblə bütün əlaqələri yaxşılaşdırmalıdır ki, heç olmasa, siyasi dəstək əldə edə bilsin. Fikrimcə, İrəvanın addımlarını diktə edən və Kremli tənqid etməsinin səbəbi də elə budur.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan hətta Mariya Zaxarovanı “hansısa katibə” adlandırmışdı, bunu əvvəllər təsəvvür etmək çətin idi, baxmayaraq ki, mən bu deyimlə razıyam.

Ermənistan başa düşür ki, Putin Rusiyası Ukraynadakı müharibədə uduzacaq. Qərb birləşəcək. Ən yaxşı “stavka” öz müstəqilliyi və demokratik dünya ilə əməkdaşlıqdır.

Ola bilsin ki, gələcəkdə bu, Bakı ilə diplomatik nizamlanmaya daha aktiv keçid demək olacaq, çünki heç kim regionda növbəti müharibə görmək istəmir. Onsuz da heç bir səbəb olmadan minlərlə insan həyatını itirərkən, daha aktiv kompromis axtarışları və diplomatik həll yolu əvəzinə başqa bir müharibə görmək ağlasığmazdır.

Kreml çətin ki, ciddi bir iş görsün, hərçənd o, Ermənistanın öz müstəqilliyini müdafiə etməsinə və Rusiyanın təsirindən çıxmasına mane olmaq üçün çox çalışacaq. Amma İrəvan Moskvanın bu təzyiq və şantajına tab gətirə bilsə, istər iqtisadi, istərsə də siyasi olsun, Ermənistan üçün daha çox müsbət perspektivlər açılacaq. Hansını ki, təəssüf ki, qonşu Gürcüstan haqqında demək olmaz.

Burada hakimiyyət, əksinə, mövcud vəziyyətdən istifadə edərək, bütün mümkün Rusiya pullarını qazanmağa qərar verdi. Belə olan halda Gürcüstanın suverenliyi və müstəqilliyi növbəti dəfə ciddi risk altındadır. Bu fonda Ermənistanın “stavkası” daha praqmatikdir və kiminsə konkret pul kisəsini deyil, dövlətin maraqlarını qorumağa yönəlib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35
ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20
“Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17
Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01
Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59
Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57
Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53
Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49
"Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22
Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00
Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24
"Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru