Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı .....                     Məktəbli formalarının qiymətləri artacaq? .....                     Tramp Əliyev və Paşinyanı qonaq edəcək .....                     Bakıda köşk işçisini aldatdılar: .....                     Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında .....                     Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq .....                     Dini düşmənçilikdə ittiham olunan .....                     Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? .....                     Ermənistanda PANİKA: Trampla görüşdən sonra... .....                     Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib .....                     Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb .....                     Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib .....                     Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... .....                     Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir .....                     Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib .....                     Putin Kremldə Uitkoffu qəbul edir .....                     “Qarabağ”ın təklifini geri çevirdi, .....                     Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA .....                     Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... .....                     Hərbi Prokurorluqda yeni təyinat .....                     Penitensiar Xidmətin Alay komandiri vəfat edib .....                     Ekologiya naziri postuna 3 namizəd var .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Qarabağ” Çempionlar Liqasına vəsiqə .....                     İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə .....                     Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi .....                     Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib .....                     Geosiyasi reallıqlar dəyişib: .....                     Dövlət qurumu auditor seçib .....                     Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik .....                     İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... .....                     Deputat oğlu Azərbaycanda “Espressolab” açıb .....                     Repetitor hazırlıqlarına tələbat artdı .....                     Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi .....                     Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... .....                     Dövlət Agentliyinin tenderi ləğv edildi .....                     Pasport yox, əllər lazımdır: .....                     “Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” .....                     Putin geri çəkilmək üçün yer qoymadı: .....                     Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək .....                 

Ermənistanda qərbpərəstlərin rusiyapərəstlərlə gizli savaşı - ŞƏRH
Tarix: 19-07-2023, 15:59 | Çap et
Ermənistanda qərbpərəstlərin rusiyapərəstlərlə gizli savaşı
Brüssel görüşündən əvvəl Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatçılarının start götürən etiraz mitinqləri artıq Ermənistana da sıçrayıb. Xankəndi və İrəvanda davam edən etirazların eyni mərkəzdən idarə olunduğunu sezmək çox asandır. Qarabağ iqtisadi rayonunda etirazların əsas xəttində Qərbin ünvanına sərt bəyanat səsləndirmək, baş verənlərdə Qərbin siyasi dairələrini, xüsusən də Brüsseli ittiham etmək dayanır. Son hədəf olaraq Xocalıda dislokasiya olunan Rusiya sülhməramlı kontingetinin qarşısına qədər yürüş təşkil edilir.

Eyni xətt İrəvanda da izlənilib. Aksiya iştirakçıları BMT-nin, BQXK-nin ofisləri qarşısında görünür, şüarlar, müxtəlif ittihamlar səsləndirilir və son dayanacaq olaraq isə Rusiya səfirliyinin qarşısı seçilir. Səfirlik qarşısında səfirlə görüşdən sonra məktub təqdim edilir. Bu xətt üzrə davam edən etiraz “dalğası”, əslində, Ermənistanda qərbpərəstlərlə rusiyapərəstlər arasında bir neçə ildir davam edən gizli savaşın yeni təzahürüdür. Etirazçıların aksiyanın son ünvanı kimi Rusiya səfirliyini seçməsi son ümid yerlərinin Rusiya olduğu barədə bir mesajdır.

İki tərəf arasında gedən savaşı daha da qızışdırmaq üçün 2020-ci il müharibəsində itkin düşənlərin valideynlərinin hökumət binası qarşısında etiraz aksiyası da təşkil edilib. Əslində, köhnəlmiş sayılan bu üsuldan istifadə etmək erməni müxalifətinin rusiyapərəst qanadının tükəndiyinin siqnalı sayılır. Etirazların köməyi ilə hakimiyyəti devirmək, bu yolla iqtidara yiyələnmək istəyən bu qanadın dəfələrlə nəticəsiz qalan üsula yenidən baş vurması belə deməyə əsas verir.

Bu yaxınlarda erməni mətbuatına yaxın KİV-lərdə Rusiya əleyhinə Ermənistanda yayılan dalğanın daha da güclənməsi, bunun Rusiyada mənfi qarşılanması, yaxın günlərdə Rusiyadan məsələni araşdırmaq üçün “desant qrupu”nun göndəriləcəyi barədə xəbərlər tirajlansa da, effekt vermədiyi məlum oldu. Maraqlıdır ki, bu tip xəbərlər də məhz Brüssel görüşündən əvvəl tirajlanırdı.

Bu gün isə Ermənistan parlamentinin deputatı, “Mülki Müqavilə”nin üzvü Akop Aslanyan açıqlama verib. O açıqlamasında Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icmasının hüquq və prinspilərinin qorunmalı olduğunu bildirib. İqtidar partiyası nümayəndəsinin bu açıqlaması, əslində, bir sıra mətləblərdən xəbər verir.

Məsələ burasındadır ki, Paşinyan hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib və Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Bu dəfə də eyni bəyanat hakimiyyətin ruporlarından sayılan Aslanyan tərəfindən səsləndirilib. Bəyanatın məhz bu gün səsləndirilməsi də təsadüfi deyil. Azərbaycanın Qarabağ rayonunda yaşayan ermənilərin separatçı liderlərinin “qəzəbli” bəyanatları, Qərbin və Ermənistan hakimiyyətinin ünvanına “əsib-kükrəyən”lərin açıqlamalarından sonra Paşinyan hökuməti cavab vermək qərarına gəlib. Əslində, Nikol Paşinyan dünən bu cavabı yayılan bir xəbərlə vermişdi. İrəvanda etirazçılar BMT, BQXK qarşısında şüarlar səsləndirdiyi bir zamanda Ermənistanın baş naziri mal fermasına baş çəkmişdi. Erməni KİV-də Qarabağdakı separatçı ermənilərin “lideri” Araik Arutyunyanın oturaq etiraz aksiyasına başlamaq qərarını açıqlaması yayıldığı zaman paralel olaraq Paşinyanın fermadan fotosessiyası tirajlandı. Bununla da Paşinyan həm etirazçılara, həm də Araikə mesaj göndərmiş oldu. Baş nazir etirazların vecinə olmadığını, Araikin sığalladığı inək qədər gözündə dəyəri olmadığını bu fotosessiya ilə bildirmiş oldu.

Elə bu acı reallığı erməni müxalifəti də etiraf etmək məcburiyyətində qaldı. Araiklə Paşinyan arasında gedən gizli savaşın bu fazaya qədəm qoyması, şübhəsiz ki, separatçı “liderin” reallığı qəbul etmək istəməməsi ucbatından baş verib. Reallıq isə təkdir: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, digər Azərbaycan vətəndaşları ilə eyni hüquqa sahib olmalıdır.

Fotosessiyanın səhəri günü “Mülki müqavilə”nin sanballı deputatlarından sayılan Akop Aslanyanın açıqlamasını isə cavabın ikinci dalğası saymaq olar. Hökumətin rəsmi mövqeyinin bir daha səslənməsi Brüssel görüşünün Azərbaycan üçün məhsuldar keçməsini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını təsdiq edir. Rəsmi İrəvan bu açıqlaması ilə Qarabağda baş verən proseslərin Azərbaycanın daxili işi olduğunu, orada yaşayan ermənilərin taleyinin Azərbaycan dövləti tərəfindən həll ediləcəyini etiraf etmiş olur. Çünki Aslanyanın açıqlamasındakı “Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icmasının hüquq və prinsiplərinin qorunmalı olması” cümləsi elə bu mətləbdən xəbər verir.

Erməni hökumətinin əvvəlki açıqlamalarından fərqli olaraq bu dəfə nə "erməni milləti" sözündən, nə də "Artsax" ifadəsindən istifadə edilib. Aslanyan açıq-aşkar Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icması fikrindən istifadə edərək məsələnin həlli ilə bağlı ünvanın Azərbaycan hökuməti olduğuna işarə edib. Bununla da etirazçılara “Qarabağ Azərbaycanın ərazisidir. Orada yaşayan ermənilərlə bağlı məsələyə sadəcə Azərbaycan hökuməti nəzarət edə bilər. Qarabağın erməni icmasının hüquqlarını Azərbaycan dövləti qoruyacaq” mesajını ötürüb.

Ağdam-Əsgəran yolunun humanitar yüklərin daşınması üçün təklif edilməsindən sonra bir ovuc erməni “fəal”ın yolu beton plitələrlə bağlaması da rusiyapərəst qanadın son kartlarını oynadığından xəbər verir. Sirr deyil ki, bu yoldan istifadə Qarabağ ermənilərinin inteqrasiyası üçün atılan ilk addımlardan sayıla bilər. Amma bəzi qüvvələr yolu bağlayaraq planın işə düşməsinin qarşısını almağa çalışırlar. Artıq Ermənistanda bəzi dairələr Ağdam-Əsgəran yolunu bağlayanların arxasında Rusiya sülhməramlılarının dayandığından danışır. Çünki inteqrasiya planının işə düşməsi və irəliləməsi artıq Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlısına ehtiyacın qalmaması anlamına gəlir. Buna uyğun olaraq da sülhməramlılar ərazini tərk etmək məcburiyyətində qalacaqlar.

Rusiyadan kömək uman qanadlar üçün isə bu, əsl faciəyə çevrilə bilər. Eyni zamanda, Rusiya da bu məsələdə maraqlı deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağ ərazisini tərk edəcəyi barədə açıqlaması da bir çox dairəyə açıq mesaj idi.

Bütün bu hadisələrin fonunda Araik Arutyunyanın oturaq aksiyaya keçməsi tükənmişlik sindromundan xəbər verir. Araik çadırda oturaraq etiraf edib ki, bir sıra dövlət və qurumlara məktub ünvanlasa da, cavab ala bilmir. Görünən odur ki, bu gün çadırda oturan Araikin Bakı həbsxanasında oturacağı gün o qədər də uzaq deyil…

Kamil Məmmədov
//report//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uyğunsuz təkliflər 2,6 milyon manatlıq tenderi ləğvə apardı - DETALLAR
Bu gün, 16:06
Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ
Bu gün, 16:04
Tramp Əliyev və Paşinyanı qonaq edəcək - Dünya sülhü gözləyir
Bu gün, 15:59
Bakıda köşk işçisini aldatdılar: - Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
Bu gün, 15:58
Rusiyada həbs olunan Azərbaycan diasporunun rəhbəri istintaq təcridxanasında hansı şəraitdə saxlanılır
Bu gün, 15:52
Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan 137 min manatlıq benzin alacaq - TƏFƏRRÜAT
Bu gün, 15:48
Dini düşmənçilikdə ittiham olunan İmamverdi Əhmədova hökm oxundu
Bu gün, 15:45
Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? - Yusif Pezeşkian
Bu gün, 15:43
Ermənistanda PANİKA: Trampla görüşdən sonra... – Moskvanın ilginc təxribat planı
Bu gün, 15:38
Bu ilin yeddi ayında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
Bu gün, 15:35
Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi başlayıb
Bu gün, 15:32
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Bu gün, 15:00
Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... - İLGİNC FAKTLAR...
Bu gün, 14:59
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Bu gün, 13:42
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib - “X”
Bu gün, 13:32
Putin Kremldə Uitkoffu qəbul edir - KİV
Bu gün, 13:10
“Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi
Bu gün, 13:03
Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Bu gün, 12:54
Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... - AKTUAL
Bu gün, 12:50
Hərbi Prokurorluqda yeni təyinat - ƏMR
Bu gün, 12:47
Penitensiar Xidmətin Alay komandiri vəfat edib
Bu gün, 12:45
Ekologiya naziri postuna 3 namizəd var - AKTUAL
Bu gün, 12:38
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:29
“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Bu gün, 12:26
İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Bu gün, 12:22
Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Bu gün, 12:19
Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Bu gün, 12:12
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Bu gün, 12:10
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 12:08
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:01
İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Bu gün, 11:59
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb - TƏFƏRRÜAT
Bu gün, 11:56
Repetitor hazırlıqlarına tələbat artdı - “Bəzi direktorlar müəllimlərdən faiz alır”
Bu gün, 11:54
Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:48
Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:42
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:34
Pasport yox, əllər lazımdır: - Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
Bu gün, 11:31
“Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” - AKTUAL
Bu gün, 11:24
Putin geri çəkilmək üçün yer qoymadı: - Müharibəni dayandırsa, uduzacaq
Bu gün, 11:20
Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək - Zaur Mikayılova sual olunur
Bu gün, 11:09
İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:01
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı XƏBƏR YAYDI
Bu gün, 10:58
Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 10:56
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru