Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                     Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                     “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır .....                     Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? .....                     Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... .....                     Corab satan aktyorun 2 evi varmış: .....                     Məktəb direktorunun səs yazısı yayıldı .....                     Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                     Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj .....                     II Qaregin həbs oluna bilər .....                     Canlı yayımda gərgin anlar .....                     Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu .....                     Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir .....                 

Birinci raund Ərdoğanın xeyrinə, ikinci raundda nə baş verəcək? - Ekspert danışır
Tarix: 15-05-2023, 16:28 | Çap et
Birinci raund Ərdoğanın xeyrinə, ikinci raundda nə baş verəcək?
Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərinin nəticələri demək olar ki, bəlli olub. Qardaş ölkənin Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener son açıqlamasında deyib ki, seçki qutularının 99 faizi açılıb. Onun sözlərinə görə, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.

İndiki nəticələrə əsasən, hazırk; Prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, müxalif Cümhuriyyət Xalq partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,96 faiz, ATA blokunun namizədi Sinan Oğan 5,2 faiz, namizədliyini geri götürmüş Məmləkət Partiyasının sədri Məhərrəm İncə isə 0,44 faiz səs qazanıb.

Parlament seçkilərində isə “Cümhur İttifaqı” 49 faiz səslə 322, “Millət İttifaqı” 35 faizlə 212, “Emek və Özgürlük İttifaqı” 10 faizlə 66 deputat yeri qazanıb. Bununla da Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərin qalibi hakim AKP-nin və Millətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur İttifaqı” olub.

Prezident seçkilərinin nəticələri üzrə Türkiyənin yeni Prezidentini birinci turda müəyyənləşdirmək mümkün olmayıb. Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün ikinci tur seçkilər keçiriləcək və qalib o zaman müəyyən olunacaq. İkinci tur isə mayın 28-də keçiriləcək. Bu turda iki əsas namizəd yarışacaq – Ərdoğan və Kılıçdaroğlu.

DİA.AZ-ın məlumatına görə, Türkiyədə keçirilən seçkilərlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, prinsipcə, gözlənilənlər oldu:

- Bu seçkinin gözlənilməzi məncə, Sinan Oğanın yığdığı səs faizidir. Oğan siyasətçi kimi böyük uğur qazandı. Düşünmək olar ki, 5 faizdən bir az artıq səs toplayıb və bu, uğur deyil. Amma belə düşünmək yanlışdır. Çünki Sinan bəy gənc siyasətçidir, gələcək perspektivi var. Əgər siyasi arenada qalsa, 10-15 ildən sonra Türkiyədə öndə olan siyasətçilərindən birinə çevrilə bilər.

Nəzərə almaq lazımdır ki, seçkiləri ikinci tura saxlayan məhz onun topladığı səs faizi oldu. Oğanın səs faizi 1, yaxud 2 faiz olsaydı, birinci turdan Türkiyənin Prezidenti bəlli olacaqdı. Muharrem İncə seçkilərdə iştirak etsəydi, yenə ikinci tur olacaqdı. Bəziləri deyirdi ki, İncə geri çəkildiyi üçün ikinci tur ehtimalı aşağıdır. Amma Oğan hesablamaları pozdu, qalibin müəyyənləşməsinə imkan vermədi.

- Seçki ikinci tura qalsa da, Ərdoğanın səs faizi Kılıçdaroğlunun səs faizindən təxminən 5 faiz artıqdır. Sizcə, ikinci turun necə olacağını bununla təxmin etmək olarmı?

- Əlbəttə, aradakı fərq böyükdür. Faiz nisbətini azaltmaq Kılıçdaroğlu üçün son dərəcə çətin olacaq. Seçkilərin ikinci turunda Ərdoğanın şansları daha çox görünür. Eyni zamanda, müxalifətin hesablamadığı məqamlar var. Zəlzələdən sonra müxalif düşərgə yanlış olaraq düşündü ki, zəlzələ bölgəsinin insanları Kılıçdaroğluna səs verəcək. Çünki evlər dağıldı, hökumətin zəlzələnin fəsadlarını aradan qaldırması uzun zaman çəkdi, insanlar küçələrdə yaşayırlar. Amma tam tərsi oldu. Bütün zəlzələ bölgəsində Ərdoğanın səs faizi 54, Kılıçdaroğlunun səs faizi 41-dir. Bu, Ərdoğanın böyük uğuru sayılmalıdır. Zəlzələ bölgəsinin insanları üçün Ərdoğanın vədləri daha inandırıcı olub. Müxalifət isə zəlzələ bölgəsində görünür, yaxşı işləməyib.

Bütövlükdə isə seçkilər gözlənilən kimi keçdi. Sakit, demokratik bir səsvermə prosesi baş tutdu. Aşağı-yuxarı əsas namizədlər gözlənilən səsi yığdılar. Dediyim kimi, seçkilərin əsas gözlənilməzi Sinan bəyin yığdığı səs faizidir. Bu, bizi sevindirir. Nəzərə almaq lazımdır ki, Oğan Azərbaycan kökənli biridir, Azərbaycana sevgisi var, millətçi siyasətçidir.

- Seçkilərin ikinci turundan gözləntilər nələrdir?

- Əlbəttə, ikinci turda Ərdoğan şanslı görünür. Müxalifət seçki təbliğatını daha çox iqtisadi problemlər üzərində qurmuşdu. Hesab edirəm ki, bu baxımdan uğurlu gediş idi. Çünki həqiqətən də Türkiyədə iqtisadi problemlər dərinləşib, inflyasiya geniş yayılıb. Üstəlik, dağıdıcı zəlzələ də ölkə iqtisadiyyatına böyük ziyan vurdu. Amma seçkinin nəticələri göstərdi ki, əhalinin əksər kəsimi daha çox təhlükəsizlik məsələlərini nəzərə aldı. PKK terror təşkilatının siyasi qanadı sayılan qüvvələrin “Millət İttifaqı”nı dəstəkləməsi ola bilsin ki, seçicilərin bir hissəsini müxalifətdən küsdürdü. Düşünürəm ki, fövqəladə hadisə baş verməsə, Ərdoğanın ikinci turda qalib gəlmə ehtimalı çoxdur.

- İkinci tur üçün “kilit isim” kimi Sinan Oğan göstərilir və onun kimi dəstəkləyəcəyindən çox şeyin asılı olduğu bildirilir. Sizcə, Oğan Ərdoğanı, yoxsa Kılıçdaroğlunu dəstəkləyəcək, yaxud da Oğanın seçiciləri hansı namizədə səs verəcəklər?

- Oğan tərəfdarlarını Kılıçdaroğluna səs verməyə çağıra bilər. Bu, istisna deyil. 14 gün ərzində onların danışıqlarından çox şey asılıdır. Lakin bu, o demək deyil ki, Oğana səs verən 5 faiz seçicinin hamısı Kılıçdaroğluna səs verəcək. Oğana səs verənlər də bölünə bilərlər. Həmin 5 faizin 2 faizi Ərdoğana səs verərsə, bu, hazırkı Prezidentin yenidən qalib gəlməsi üçün kifayət edəcək.

- “Millət İttifaqı” dönüş yaratmaq üçün nə etməlidir?

- Qarşıdakı iki həftədə Kılıçdaroğlu elə işləməlidir, elə inandırıcı vədlər verməlidir ki, Ərdoğana səs verənlərin 4-5 faizini öz tərəfinə çəkə bilsin. Məncə, bu, çətin olacaq. Demək istədiyim odur ki, iki həftəlik kampaniyadan çox şey asılıdır. Unutmaq olmaz ki, Ərdoğanın da komandası güclüdür. Ərdoğan kampaniyasında ağırlığı daha çox qazanılan uğurlara yönəltdi, eyni zamanda, müxalifəti terrorçularla əməkdaşlıqda ittiham etdi. Bu, seçicilərin əksər hissəsini qorxudur. Əyalət insanlarının əksəriyyəti qorxur ki, Kılıçdaroğlu hakimiyyətə gəlsə, PKK, FETÖ kimi terror təşkilatları yenidən Türkiyədə at oynadacaqlar. Yenə deyirəm, insanların əksəriyyəti iqtisadi-sosial durumu ağır olsa da, təhlükəsizlik məsələlərini önəmli sayırlar. Onlar Ərdoğana üstünlük verdilər ki, Prezident həm gördüyü işləri davam etdirsin, həm də terror təşkilatları ilə mübarizəsi yarımçıq qalmasın. Bir faiz səs çatmadı ki, Ərdoğan seçkini birinci turda qazansın. Lakin Kılıçdaroğlu ilə arasındakı səs faizi 5 faizə yaxındır ki, bu, ciddi rəqəmdir.

- Dünən, eyni zamanda, parlament seçkiləri də keçirildi və Ərdoğanın partiyasının təmsil olunduğu “Cümhur İttifaqı” seçkiləri qazandı. Bunu necə qiymətləndirmək olar?

- AKP və MHP-nin birləşdiyi “Cümhur İttifaqı” 322 deputat yeri qazandı ki, bu, mütləq hakimiyyət deməkdir. Düzdür, bu, 2018-ci il parlament seçkilərinə nisbətən az deputatdır, amma siyasi vəziyyət baxımından AKP-MHP-nin uğurudur. Müxalifətin “Millət İttifaqı” bu seçkidə 212 deputat yeri qazanıb ki, bu, ötən seçkilərə nisbətdə çoxdur. Amma məsələ burasındadır ki, “Millət İttifaqı” daha çox deputat yerinə iddia edirdi, böyük koalisiya yaratmışdı. Demək ki, yaranan siyasi koalisiyanın heç bir xeyri olmadı. Əvvəldən də bilinirdi ki, Əli Babacanın, Əhməd Davudoğlunun partiyasının elə də çox səs qazanmaq imkanı yoxdur. Bu məsələdə İncə seçki kampaniyası zamanı dediklərində haqlı idi. İncə bildirirdi ki, səs ala bilməyəcək partiyalarla ittifaq yaratmaqdansa, onun rəhbəri olduğu Məmləkət Partiyası ilə ittifaq yaratsaydı, daha çox deputat yeri əldə edə bilərdi. Ümumilikdə, müxalifət parlamenti uduzdu. Kılıçdaroğlu bildirir ki, Türkiyə Prezidenti postuna gəldikdən sonra gücləndirilmiş parlament sisteminə keçəcək. “Millət İttifaqı”nın parlamentdə qazandığı yerlərin sayına baxdıqda görürük ki, Kılıçdaroğlunun dedikləri artıq xəyaldır. Kılıçdaroğlu ikinci turda qalib gəlsə belə, gücləndirilmiş parlament sisteminə keçid edə bilməyəcək. Çünki parlamentdə əsas güc artıq AKP-MHP ittifaqıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Bu gün, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Bu gün, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Bu gün, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Bu gün, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Bu gün, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Bu gün, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Bu gün, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Bu gün, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Bu gün, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Bu gün, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Bu gün, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Bu gün, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Bu gün, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Bu gün, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Bu gün, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Bu gün, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Bu gün, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Bu gün, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Bu gün, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Bu gün, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Bu gün, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Bu gün, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Bu gün, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Bu gün, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Bu gün, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Bu gün, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Bu gün, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38
Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33
Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25
Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21
"Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" - Tramp Medvedevə xəbərdarlıq edib
Bu gün, 10:18
Azərbaycanda şirkət torpağını satışa çıxarır - YIĞINCAQ
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru