Dəhliz dalınca Çinə də getməyinə dəyər... - GƏLİŞMƏ
Tarix: 14-02-2023, 08:06 | Çap et
 İran Prezidenti İbrahim Rəisinin Çinə ilk səfəri gözlənilir, o, bu ölkənin lideri Si Cinpinlə görüşəcək. Bu, Rəisinin prezident seçildikdən sonra Çinə ilk səfəridir. Görüşün qapalı hissəsində nələr danışılacağını müəyyən etmək üçün Çin-İran münasibətlərinin təbiətinə, qlobal miqyasdakı proseslərə, onların regionlara təsirlərinə nəzər yetirmək lazımdır. İbrahim Rəisi əlaqələrdə yarımçıqlıq kompleksinə düçar olmuş səhifələri açmaq üçün Pekinə gedir, məqsəd İranın düşdüyü iqtisadi durumdan, beynəlxalq təcriddən xilas yolları axtarmaqdır. İranda prezidentlik institutu iqtisadi münasibətlərin tənzimlənməsi meyarları ilə fəaliyyət göstərir və bu, Tehranın strateji əlini gücləndirə biləcək faktorlara çevrilməlidir. İranla Çinin 2021-ci ilin martında imzaladıqları, Pekinin 25 il müddətində İrana 400 milyard dollar qoyacağı sərmayənin konturlarını müəyyən edən sənədin icrası Tehran üçün hava-su kimi vacibdir. Düzdür, bu sənədə əsasən, İran 400 milyard dollarlıq nəhəng sərmayənin müqabilində Çinə ucuz neft satacaq, lakin beynəlxalq oyun qaydalarının Ukraynadakı müharibədən sonra dəyişməsi razılaşmanı axsada biləcək səviyyəyə enir. İran bu razılaşmaların icrasının qarşısında dayanan qıfıllara açar salmaq üçün Pekindən zəmanətlər istəyir. Ancaq Çin İrana təhlükəsizlik zəmanətləri deyil, iqtisadi səviyyədə qarantiyalar təqdim edə bilər. Ümumilikdə formul belə qurulub ki, qarşılıqlı maraqlar nüfuz dairələrindən pay verilməsi ilə nəticələnsin. Deməli, İran Yaxın Şərqdə Çinin təsirlərinin heç olmadığı qədər dərinləşdirilməsi üçün Pekini şirnikləndirməyə çalışır. İran atdığı daşı ABŞ-nin başına salmaq istəyir, o mənada ki, Yaxın Şərqdə Pekin-Tehran əməkdaşlıq formatı Vaşinqtonun strateji maraqlarını baltalasın. Ancaq Çinin siyasətində hansısa dövlətin mühafizə edilməsi prinsipləri dayanmır, ona görə də Tehran strateji təhlükəsizlik məsələlərində Pekinə bel bağlaya bilməz. İran da Çin üçün etibarlı tərəfdaş deyil, ona görə də deyə bilərik ki, iki ölkənin strateji tərəfdaşlıq modelindəki təhlükəsizlik çalarları dekorativ bəzəyə oxşayır. Hərçənd ki, İranla Çin müdafiə, silah satışı sahəsindəki əməkdaşlığı ABŞ-yə qarşı geostrateji tarazlıq kimi qiymətləndirirlər. Tərəfdaşlıqdakı nüanslar ABŞ-nin maraqları və məqsədləri üçün unikal problemlər yaratdığından Vaşinqton Rəisinin Çin trayektoriyasını dərin şəkildə təhlil edəcək. Təkcə ona görə yox ki, Çin İranın açdığı kanallarla Yaxın Şərqdəki geniş bir çevrə cıza bilər. Həm də ona görə ki, İranın nüvə proqramına dair aparılan danışıqların tərəfi olan Çin tamamilə Tehran tərəfə yıxılıb nüvə silahının hazırlanmasına təkan verəcək alternativ qüvvədir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Çinin son məqsədi İranı Qərbin caynaqlarından qoparmaq deyil, hansısa ən təhlükəli anda Pekin Tehranı tək buraxıb onun öz qeydinə qalmasını tələb edəcək. Çinlə İranı “Bir kəmər, bir yol” təşəbbüsü, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki iqtisadi aspektlər də tərəzinin eyni gözündə qərarlaşdırır. Məsələnin bu tərəfi Çinin dəstəklədiyi Zəngəzur layihəsi üzrə də siyasi-iqtisadi parametrlərin danışıqlar stolunda bərqərar olmasını labüd edir. Çünki Çin Zəngəzur dəhlizi layihəsini həm “Bir kəmər, bir yol” təşəbbüsünün, həm də “Şərq-Qərb” beynəlxalq dəhlizinin tərkib hissəsində görür. İran isə Zəngəzur dəhlizinin geostrateji maraqlar baxımından özünə təhdid yaratdığını düşünür, hərçənd ki, iqtisadi aspektlər üzrə elə də dərin mübahisələr yoxdur. İstənilən halda, İranın Zəngəzur dəhlizi ilə bağlı tutumu Çini narahat edə biləcək səviyyədədir və mümkündür ki, Cinpin Rəisiyə ölkəsinin dəstəklədiyi layihəyə maneə yaratmaması üçün fikirlər aşılasın. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Makron Putinin İsrail və İran arasında vasitəçiliyinə qarşı çıxdı
Bu gün, 02:32 |
|
|
|
• İsrail üçün dəhşətli iddia – “Bütün HHM-lər sıradan çıxdı”
Bu gün, 02:29 |
|
|
|
• "Nədir bölüşə bilmədiyiniz?" - ETİRAZ
Bu gün, 02:26 |
|
|
|
• İsrail qırıcısı Zəncanda qəzaya uğradı
Bu gün, 02:24 |
|
|
|
• İran Xəzər dənizi üzərində İsrail PUA-larını vurduğunu açıqladı! - “Al Mayadeen”
Bu gün, 02:23 |
|
|
|
• Reydə İsrailin dron sexi aşkarlanıb - FOTO
Bu gün, 02:19 |
|
|
|
• AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
Dünən, 21:20 |
|
|
|
• Hacıyevin Praqa səfərinin pərdəarxası – “Zəngəzurdan keçib Türkiyəyə doğru…”
Dünən, 17:17 |
|
|
|
• İran vuruldu, Ermənistan da hazırlıq görməlidir – Petrosyan təşvişə düşdü
Dünən, 17:14 |
|
|
|
• "Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:09 |
|
|
|
• Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib - TASS
Dünən, 17:03 |
|
|
|
• Bu, qurtuluş savaşıdır, qalib gələcəyik - Netanyahu
Dünən, 17:02 |
|
|
|
• Pekin İranın yanındadır: - İsrailə qarşı kəşfiyyat müharibəsi başlayır?
Dünən, 17:00 |
|
|
|
• Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı - MƏQALƏ
Dünən, 12:24 |
|
|
|
• Tehran Universitetində imtahanlar təxirə salındı
Dünən, 10:16 |
|
|
|
• İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Dünən, 09:50 |
|
|
|
• Azərbaycanda prokuror müavini vəfat etdi
Dünən, 09:48 |
|
|
|
• Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Dünən, 09:46 |
|
|
|
• İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Dünən, 09:42 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Dünən, 07:04 |
|
|
|
• Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Dünən, 07:03 |
|
|
|
• "Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Dünən, 06:45 |
|
|
|
• "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Dünən, 06:39 |
|
|
|
• İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Dünən, 06:37 |
|
|
|
• ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Dünən, 06:34 |
|
|
|
• Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Dünən, 06:29 |
|
|
|
• İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Dünən, 06:20 |
|
|
|
• "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Dünən, 00:56 |
|
|
|
• Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
14-06-2025, 23:21 |
|
|
|
• İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
14-06-2025, 23:15 |
|
|
|
• İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
14-06-2025, 23:13 |
|
|
|
• Netanyahunun oğlunun toyu təxirə salındı
14-06-2025, 18:04 |
|
|
|
• İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
14-06-2025, 18:01 |
|
|
|
• Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
14-06-2025, 17:17 |
|
|
|
• İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
14-06-2025, 17:11 |
|
|
|
• Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
14-06-2025, 17:05 |
|
|
|
• İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
14-06-2025, 16:57 |
|
|
|
• Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
14-06-2025, 16:43 |
|
|
|
• İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14-06-2025, 16:34 |
|
|
|
• İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
14-06-2025, 16:32 |
|
|
|
• Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
14-06-2025, 16:29 |
|
|
|
• İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
14-06-2025, 16:18 |
|
|
|
• AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
14-06-2025, 16:17 |
|
|
|
• “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
14-06-2025, 13:45 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
14-06-2025, 13:41 |
|
|
|
• Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
14-06-2025, 13:14 |
|
|
|
• İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
14-06-2025, 13:08 |
|
|
|
• Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
14-06-2025, 13:04 |
|
|
|
• İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
14-06-2025, 13:02 |
|
|
|
• "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
14-06-2025, 12:56 |
|
|
|
|