Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

“Duqinanın qətli Kremldəki daxili toqquşmaların nəticəsidir” - Ekspert danışır
Tarix: 24-08-2022, 14:23 | Çap et
“Duqinanın qətli Kremldəki daxili toqquşmaların nəticəsidir”
Avqustun 20-si axşam saatlarında rusiyalı filosof, politoloq, Avrasiyaçılıq nəzəriyyəsinin müəllifi Aleksandr Duqinin qızı, jurnalist Daria Duqinanın avtomobili Moskva yaxınlığında partlayıb. Partlayış nəticəsində Duqina həlak olub.

İlkin məlumatlara görə, ata və qızı "Ənənəvi" ədəbi-musiqi festivalında iştirak ediblər. Duqinlər festivala birlikdə gediblər və birlikdə qayıtmalıymışlar. Təsadüf nəticəsində filosof tədbirdən başqa avtomobillə qayıdıb. Ehtimal edilir ki, sui-qəsd Duqinlərin hər ikisi üçün hazırlanıbmış.

Xatırladaq ki, A.Duqin rus millətçisi kimi tanınır. Kremlin əsas ideoloqlarından olan filosof Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin dəstəkçilərindəndir. Bir müddət öncə Duqin efirdə Rusiya əsgərlərinə "ukraynalıları öldürün, öldürün, öldürün" deyə səslənmişdi.

Jurnalist olan qızı Daria da atasının fikirlərini bölüşənlərdən idi. Duqina Ukraynanın Rusiya tərəfindən işğal olunan Mariupol şəhərinə səfər edərək orada reportaj hazırlamış, küçələrdə qanı quruyan ukraynalılara yönəlik "iblislərin qanı üzərində" kimi ifadələr işlətmişdi.

Avqustun 22-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Duqinanın qətlinin üstünün açıldığı haqqında məlumat yayıb. FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında qeyd edilib ki, araşdırmalara görə, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib.

“Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. Daria Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər”, - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, qətl günü Vovk da Darianın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olub: “Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”.

Yerli və beynəlxalq müşahidəçilər hadisə ilə bağlı FSB-nin açıqlamasının inandırıcı olmadığı qənaətini bölüşməklə yanaşı, sui-qəsddə bir sıra versiyaların mümkünlüyünü bildirirlər. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikrincə, bu hadisə Rusiya daxilindəki savaşın nəticəsidir:

- FSB-nin guya ki, sui-qəsdin Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb həyata keçirilən terror aktı olduğu ilə bağlı açıqlaması çox absurddur. Bu, "tədqiqat" hadisənin daxili qarşıdurma nəticəsində törədilməsi ehtimalından diqqəti yayındırmaq cəhdidir. Yenə deyirəm, şübhəsiz ki, bu, daxili savaşın nəticəsində baş verən aktdır. Səbəb də odur ki, Duqinin Putinin siyasi kursuna çox ciddi təsiri var. Duqinin ideyaları əslində açıq faşizm ideyalarıdır, bunun başqa adı yoxdur. Onun ideyalarında dini çalarlar da var, millətçi çalarlar da var, zorakılıq var, işğalçılıq var və s. Bir sözlə, faşizm ideyasının bütün komponentləri var.

- Dediklərinizdən belə anlaşılır ki, Rusiya daxilində bu ideyaları qəbul etməyənlər də var...

- Təbii ki, bugünkü Rusiya ierarxiyası bir tək Putindən və onun siyasi dəstəkçilərindən ibarət deyil. Rusiya böyük dövlətdir və dövlətin mürəkkəb siyasi qanadları var. Burada bir nəfər istəsə belə, bütün qərarları təkbaşına verib, onu icra edə bilməz. Putin hakimiyyəti əlində cəmləməklə və Duqinin xəstə təxəyyülünün məhsulu olan faşist ideologiyasının təsiri altında Rusiyanı elə bir istiqamətə aparır ki, bunun mənfi nəticələri görünməkdədir. Hətta Putin fevral ayında Ukraynaya işğalçı hücum ərəfəsində Təhlükəsizlik Şurasının toplantısında öz komandasını bu istiqamətə təhrik etdi. Rusiya Prezidentinin Sergey Narışkinə təzyiqi, Nikolay Patruşevin Putinə cavabı göz önündə oldu. Bunlar hamısı göstərirdi ki, daxildə çox zidiyyətli mövqelər var.

Putinin komandası vahid siyasi platforma kimi görünə bilər, amma heç də belə deyil. Siyasi ziddiyyətlərin olması təbiidir, çünki yenə deyirəm, Rusiya böyük dövlətdir, onunla bağlı bir nəfər xəstə təxəyyülün məhsuluna uyğun özbaşına qərar verə bilməz. Hətta vaxtilə Stalin SSRİ-yə tam olaraq nəzarət edə bilməyib. Dediyim odur ki, Duqinin qızının avtomobilinin partladılması Putinə Duqin təsirinin aradan qaldırılmasına yönəlmiş terror aktı idi. Terrorun Duqinə, yoxsa onun jurnalist qızına qarşı hazırlanmasını dəqiq söyləmək bir qədər çətindir. Prinsipcə, fərqi yoxdur. Əgər Duqinin özü öldürülərdisə, bununla Putin öz ideoloqundan məhrum olardı. Qızının ölümü isə Duqinin özünə də, Putinə də xəbərdarlıqdır. Mən zərrə qədər şübhə etmirəm ki, bu terror xarici yox, Rusiyanın daxili məsələsi ilə törədilən aktdır.

- Gözlənilən baş verdi: Ukrayna terrorda ittiham edildi. Sizcə, bu ittiham hadisəni törədənlərin uydurmasıdır, yoxsa Putin rejiminin?

- Terror aktının Ukrayna ilə heç bir bağlantısının olmadığını dəqiq bilənlər məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Təbii ki, onlar bunu üzərlərinə götürmək istəmirlər. FSB-nin "təhqiqatı" nəticəsində terrorun həyata keçirilməsində ittiham olunan qadın - Natalya Vovk (bilmirəm, bu qadının hadisə ilə nə qədər bağlılığı var) Rusiyadan necə qaçıb gedə bilir? Guya ki, Vovk hadisəni törətdiyi gecənin səhəri Estoniyaya qaçıb, bunların xəbəri olmayıb. FSB bir gün ərzində araşdırma aparıb və ortaya çıxarıb ki, hadisə belə törədilib. İllərdir Nemtsovun qatillərini tapa bilməyənlər (2015-ci ilin fevral ayında Moskvada qətlə yetirilmiş rusiyalı müxalifətçi Boris Nemtsov - A.B.), müxalifətçi Sergey Navalnının kim tərəfindən zəhərlənməsi cinayətinin üstünü aça bilməyənlər bir gün ərzində bu partlayışı törədəni tapıb ortaya çıxardılar? Bu, gülüncdür. Saxta və qurama iş olduğu kimi, həm də kobud hazırlanmış "təhqiqatdır". Hətta bu, Rusiya hüquq-mühafizə orqanlarının deqradasiyaya uğramasının dərinləşdiyini göstərir. Çünki ictimai rəyə belə primitiv versiya təqdim edirlər.

- Amma Rusiya cəmiyyəti bu primitiv versiyaya inanmış kimi görünür...

- Təbii ki, Rusiya ictimai rəyi bu gün hər şeyi həzm edir. Bu, hələlikdir. Sonrası necə olacaq, bilmirəm. Bütün hallarda, Kreml çalışır ki, Ukraynanın terrorçu dövlət olduğunu dünyaya qəbul etdirsin, belə bir imic yaratsın. Amma buna nail ola bilməyəcəklər. Ona görə ki, Rusiya cəmiyyətindən fərqli olaraq, dünyada heç kim belə primitiv oyunları həzm etmir. Hər kəs bilir ki, nə baş verir. Bunu adi şərhçi kimi mən başa düşürəmsə, dünyanın Rusiyaya qarşı olan aparıcı ölkələrinin xüsusi xidmət orqanları bilmir?! Onlar qəflət yuxusunda deyillər ki, primitiv versiyaya inansınlar. Ukrayna terrorçu dövlət deyil, Rusiya terroruna məruz qalan dövlətdir.

- Kremlin ideoloquna, Avrasiyaçılıq ideyasının müəllifinə qarşı terror aktı ilə Rusiyanın xarici siyasət kursunda dəyişikliyə nail olmaq, Avrasiyaçılıqdan Kremli yayındırmaq cəhdi nəticə verəcəkmi?

- Əlbəttə, burada bir məqsəd də ölkənin xarici siyasət kursunun yox, ümumiyyətlə, Rusiyanın xarici siyasət strategiyasının dəyişdirilməsi cəhdidir. Avrasiyaçılıq ümumiyyətlə, xülyadır. İnkişaf, texnologiyalar, müasir iqtisadiyyat, müasir münasibətlər sistemi Qərbdədir. Rusiya siyasiləri istəsələr də, istəməsələr də, bu, faktdır. Duqinin Avrasiyaçılıq ideyası nədir? Ən pis halda Rusiyanın təcrid olunması, özünə qapanması - hansı ki, bunlar baş verdi. Ən yaxşı halda isə Rusiyanın tərəfdaşlarının Əfqanıstan kimi, İran kimi, Şimali Koreya kimi, idealda Çin kimi ölkələrin olmasıdır. Moskvada bunu hər kəs qəbul etməyə hazır deyil. 300-400 il əvvəl Birinci Pyotr Avropaya ona görə pəncərə açmamışdı ki, bu gün hansısa Duqinin ideyası əsasında bu pəncərə qapansın və Rusiyanın inkişaf strategiyasını dəyişsinlər. Bu, mümkün deyil. Ona görə də, tamamilə razıyam ki, bu terror aktının arxasında dayanan ən böyük hədəf məhz yanlış xarici siyasət strategiyasını dəyişmək idi. Yəqin ki, bu, baş verəcək.

Təbii ki, Duqin sakitləşməyəcək. O da başa düşür ki, bu aktda Ukrayna izi yoxdur, bu versiya mənasızdır. Amma özünü elə göstərəcək ki, guya, FSB-nin bu "təhqiqatı"na inanır. Ukraynaya qarşı bir qədər də aqressiv ifadələrdən istifadə edəcək. Amma daxilində çox gözəl bilir ki, onu hardan vurdular, kimlər vurdu, məqsəd nədir. Duqin geri çəkilməyəcəksə, bu ideya xəttini israrla davam etdirəcəksə, deməli terror aktları davamlı olacaq. Güman ki, bu dəfə onun özü terror aktının qurbanı olacaq.

Şərt deyil ki, Duqini də maşında partlatsınlar. Rusiyada nə qədər oliqarxlar, keçmiş dövlət xadimləri "ürəktutmasından" ölür, "xəstələnib" ölür, "intihar" edir və s. Yəni öldürməyin min üsulu var. Nəzərə alsaq ki, belə hadisələrin arxasında xüsusi xidmət orqanları dayanır, onlar nəyi bacarmasalar da, insanı aradan götürməyi yaxşı bacarırlar. Düzdür, son illər bu əməliyyatlarda da ciddi səhvlərə yol verirlər. Hər halda daxildə bu metod işləyir və məqsədlərinə çata bilirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru