"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı? – Çarı intizarda qoymayın!
Tarix: 25-07-2022, 10:19 | Çap et
Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı?
Rusiyanın Odessa limanını vurması Vladimir Putinin Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğandan qisas almaq niyyətindən qaynaqlana bilər. DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, Ukraynalı hərbi ekspert Mixail Samus bu qənaətdədir.

Ordu, Konversiya və Silahsızlaşdırma Mərkəzinin beynəlxalq məsələlər üzrə direktor müavini olan Samusun fikrincə, Tehran sammitində Ərdoğanın rus həmkarını 50 dəqiqə gözlətməsi Putinin nüfuzunu beş quruşluq edib. Putin də Ərdoğanın cavabını onun adı ilə anılan “Taxıl dəhlizi sazişini” sabotaj etməklə vermiş ola bilər.

“Nəzərə alsaq ki, Odessaya zərbə endirmək əmrini məhz Putin verib, ola bilsin ki, o, Ərdoğanın İrandakı görüşə 50 saniyə gecikməsindən və onu açıq şəkildə alçaltması həqiqətən də çox inciyib. Bu, əslində mümkündür. Ola bilər ki, Putin bu hücumla Ərdoğanın beynəlxalq nüfuzuna zərbə endirmək istəyir. Əgər belədirsə, bu cür hücumlar davam edəcək. Çünki hərbi baxımdan “taxıl dəhlizi”nin məsuliyyətini Türkiyə daşıyır”, - ekspert bildirib.

Bu təhlükəni nəzərə alan Mixail Samus Ukraynanın çoxqatlı və mürəkkəb hava hücumundan müdafiə sistemi potensialını gücləndirməsini və öz infrastrukturunu raket zərbələrindən qorumasını vacib sayır. “Ukrayna Silahlı Qüvvələri tezliklə limanlara və körpüləri vura biləcək qanadlı və ballistik raketləri zərərsizləşdirmək üçün orta və uzun mənzilli sistemlərə ehtiyac duyur”, - deyə ekspert Kiyevə xəbərdarlıq edib.



Onun sözlərinə görə, Almaniyanın IRIS-T SLM sisteminin tədarükü yenə gecikir və bu vəziyyətdə Norveçin NASAMS hava hücumundan müdafiə sistemləri Ukraynanın köməyinə gələ bilər. Ekspert Ukrayna Silahlı Qüvvələrinin rusların Xerson yaxınlığındakı infrastruktur obyektlərinə uğurla zərbə endirməsindən sonra səmanı raketlərdən qorumaq zərurətinin kəskinləşəcəyini proqnozlaşdırır:

“Rusiya qanadlı raketləri ilə Dnepr üzərindəki körpülərimizə zərbələr endirə bilər. Ona görə də hava hücumundan müdafiə məsələləri dərhal həll edilməlidir. Alman IRIS-T SLM-lərinin yenidən ləngidiyi bir zamanda bizim NASAMS sistemlərinə daha çox ehtiyacımız yaranır. Bu müdafiə sistemlərinin alınması ideal olardı. Çünki onlar mobildirlər, çox yığcamdırlar, məsələn, infrastruktur obyektlərinin yerləşdiyi ərazilərə göndərilə bilərlər. Əslində Odessada və Dnepr üzərində mühüm funksiyaları yerinə yetirən o qədər də çox körpü yoxdur. İndi əsasən limanlar rusların xüsusilə diqqət mərkəzində olacaq”.

Ekspert hesab edir ki, limanlara gücləndirilmiş hava hücumundan müdafiə sistemləri yerləşdirməli və onların qorunma tədbirləri genişləndirməlidirlər: “Rusiyanın əlində bir neçə min raketi var (köhnə, yeni - fərqi yoxdur) və onlar həmin raketlərlə limanlara zərbə endirə bilərlər”.

Samus proqnozlaşdırır ki, Putin taxıl ixracı zərurətinin arxasında gizlənərək tezliklə Ukraynanın cənubunda atəşkəsə nail olmaqda israr edəcək.

"Onlar orada çox çətin vəziyyətdədirlər. Amma son HİMARS zərbələrindən əvvəl, məncə, rus generalları Putini əmin etdilər ki, orada dəhşətli heç nə yoxdur, nəzarət öz əllərindədir, sadəcə olaraq, Donbass uğrunda döyüş gedən zaman cənub istiqamətində hücumu davam etdirə bilməzlər. Donbasın işğalını başa çatdıran kimi ruslar qoşunlarını cənuba köçürərək yenidən Odessaya hücuma keçəcəklər. Vəziyyətləri kritikdir, nəsə etmək lazımdır”,- ekspert yekunlaşdırıb.

Qeyd edək ki, İyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın üç limanının - Odessa, Çornomorsk və Pivdennı limanlarının blokdan çıxarılması haqqında saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

120 gün müddətinə qüvvədə olacaq razılaşmaya əsasən, Odessa, Çornomorsk və Pivdennı limanlarına nəzarət tamamilə Ukrayna tərəfində qalır. Gəmilər tərəflərin təsdiq etdiyi marşrut üzrə hərbi müşayiət olmadan hərəkət etməlidir, lakin Ukraynaya gedən gəmilərdə silahların olub-olmaması yoxlanılacaq.

Maraqlıdır ki, imzalanan bu sazişə bir çox Avropa ölkələri təmkinli yanaşmışdılar. Xüsusilə alman mediası rusların bu sazişə əməl edəcəyinə inanmadıqlarını vurğulamışdı. “Volksstimme” qəzeti müqaviləni şərh edən yazısında bildirirdi:

"Bu, ümidverici addım kimi görünür. Rusiya və Ukrayna BMT-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə üçüncü dünyanın təcili ehtiyac duyduğu taxılın Ukraynadan ixracına imkan yaratmaq barədə razılığa gəliblər... Lakin əldə edilən razılaşma ilk növbədə niyyət bəyannaməsidir. Təbii qaz daşınmalarında təcrübələrdən də yaşadığımız kimi, Rusiya müqavilə imzalandıqdan sonra Qərbi istədiyi kimi şantaj edə biləcək. Məsələn, onlar deyə biləcəklər ki, əgər siz bizim tələblərimizi yerinə yetirməsəniz, dünyanın ən kasıb insanları təəssüf ki, aclıqdan ölməyə davam edəcəklər və bu da sizin günahızdır!"

Müqavilənin imzalanmasının ertəsi günü rus qoşunları dörd raketlə Odessaya hücum etməsi alman mediasının bu narahatlığını təsdiqlədi. Atışma nəticəsində Odessa Dəniz Ticarət Limanının infrastrukturuna ciddi ziyan dəydi. Üstəlik, Ukraynalı hərbi ekspert Mixail Samusun qənaətləri doğrudursa, bu hücum sadəcə ona görə edildi ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan rus həmkarını 50 saniyə ayaqda gözlədərək intizarda qoymuşdu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru