Moskvadan Nursultana xəbərdarlıq siqnalları: - Rusiya Qazaxıstana təzyiqi artırır
Tarix: 8-07-2022, 08:23 | Çap et
 İyulun 5-da Rusiyanın Novorossiysk Məhkəməsi “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir aylıq dayandırıb. Xatırladaq ki, Qazaxıstanın ixrac neftinin böyük qismi - üçdə ikisindən çoxu məhz bu konsorsiumun Novorossiysk limanındakı terminalı vasitəsilə dünya bazarına çıxarılır. Analitiklər bildirirlər ki, bu qərar Rusiya tərəfindən Qazaxıstana qarşı siyasi xəbərdarlıqdır. DİA.AZ-ın AYNA-ya istinadən xəbərinə görə, politoloq Şahin Cəfərli deyib ki, ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladıqdan və bununla bağlı Qazaxstanın mövqeyində Moskvanı qane etməyən məqamların təzahüründən sonra Xəzər Boru Kəməri Konsorsiumu ətrafında qəribə hadisələr baş verir.
Analitik xatırladır ki, martın sonları terminalın 3 liman qurğusundan ikisinin fəaliyyəti "qasırğadan zərər gördükləri" səbəbi ilə dayandırılıb və onların fəaliyyəti 1 ay sonra bərpa edilib: "Bu müddətdə təbii ki, qazax neftinin ixracında ciddi (gündəlik ixracın 80%-i həcmində) azalma baş verib.
İyunun 15-də dənizdə “İkinci Dünya müharibəsindən qalmış minaların aşkarlanması” səbəbi ilə yenə 3 liman qurğusundan ikisinin fəaliyyəti 5 iyul tarixinə qədər dayandırılıb. Üçüncü dayandırılma qərarı isə elə həmin gün (5 iyul) – bu dəfə məhkəmə müstəvisində verilərək hər üç qurğuya şamil edilib və 30 sutka qüvvədə olacaq".
"Maraqlıdır ki, məhkəmə qərarından bir gün əvvəl – iyulun 4-də Prezident Tokayev Avropa Birliyinin prezidenti Şarl Mişel ilə telefon danışığında Qazaxıstanın Avropa bazarında vəziyyəti stabilləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə, yəni bazara əlavə neft çıxarmağa hazır olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. Digər önəmli məqam isə budur ki, Qazaxıstan Maliyyə Nazirliyi iyunun 8-də sanksiya altına düşən məhsulların Qazaxıstan vasitəsilə Rusiya və Belarusa çatdırılmasının qadağan olunmasına dair əmr layihəsi hazırlayaraq bunu rəsmi sayta yerləşdirib. Rusiya tərəfi bu məsələyə məhz indi - bir ay sonra rəsmi münasibət bildirməyi uyğun görüb. Peskovun dilindən səslənən mövqe məzmun baxımından standart olsa da, məhkəmənin Qazaxıstan neftinin ixracını bloklayan qərarından dərhal sonra ifadə edilməsi təsadüf sayıla bilməz", - Ş.Cəfərli hesab edir.
Analitik qeyd edib ki, baş verənlər Rusiya-Qazaxıstan münasibətlərində böhran olmasa belə, ən azı sıxıntıların olduğunu göstərir: "Rusiyanın Mərkəzi Asiyadakı maraqları və onun yürütdüyü Avrasiya inteqrasiyası prosesləri baxımından açar dövlət olan Qazaxıstanın müstəqil və balanslı xarici siyasət yeritməyə çalışması Moskvanı məmnun etmir. Tokayevin Rusiya tərəfindən rəsmən tanınan Ukraynadakı separatçı "DNR" və "LNR"i Putinin yanında "kvazi dövlətlər" adlandırması Moskvada qıcıq doğurub. Bu baxımdan qazax neftinin ixracına problemlər yaradılması rəsmi Nursultana xəbərdarlıq siqnallarıdır. Eyni zamanda, Qərbin Rusiya neftinə embarqo və yuxarı qiymət həddi tətbiq etməyə hazırlaşdığı bir dövrdə Rusiya onun infrastrukturu ilə Qazaxıstanın öz neftini bazara çıxarmasında və boşluğu az da olsa doldurmasında maraqlı deyil".
"Qazaxıstan isə bölgədə Rusiya maraqlarının ötürücüsü rolunu oynamağı qəbul etmir, çoxvektorluluq əsasında həm Çin, həm də Qərblə əlaqələrini inkişaf etdirmək istəyir. Ölkənin ən iri xarici ticarət tərəfdaşlarından biri və 1 saylı ixrac bazarı Avropa Birliyidir, ən böyük investorlarından biri isə ABŞ-dır. Qazaxıstan öz xarici və iqtisadi siyasətində bu faktoru nəzərə alır. Onu da qeyd edək ki, Elbası Nursultan Nazarbayev 32 il hakimiyyətdə olmasına baxmayaraq, bu müddətdə ölkənin strateji məhsulunun ixrac marşrutlarını diversifikasiya etməyib və bu sahədə Rusiya kimi güvənilməz və təhlükəli partnyordan asılılığı saxlayıb", - deyə politoloq fikrini yekunlaşdırıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Getdiyimiz yolun güzgüsü – Aparır, bizi... büdcə, aparır!
Bu gün, 00:46 |
|
|
|
• AMİP QURULTAYA GEDİR - Ali Məclis "hə" dedi
Bu gün, 00:36 |
|
|
|
• İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... - BU NƏDİ BELƏ?
Bu gün, 00:31 |
|
|
|
• “Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:28 |
|
|
|
• Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı
Bu gün, 00:21 |
|
|
|
• “SƏS Azərbaycan”ın qalibi bəlli oldu - "Qızım qalib oldu!"
Bu gün, 00:18 |
|
|
|
• Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır - ETİRAZ
Dünən, 23:43 |
|
|
|
• Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI - "Ağırdır, amma..."
Dünən, 23:39 |
|
|
|
• Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” - GƏLİŞMƏ
Dünən, 20:28 |
|
|
|
• “Məni itirmək istəmir”
Dünən, 20:23 |
|
|
|
• "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" - Aydın Xırdalanlının anası
Dünən, 15:03 |
|
|
|
• “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Dünən, 11:14 |
|
|
|
• Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Dünən, 11:11 |
|
|
|
• Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Dünən, 11:04 |
|
|
|
• Kreml miqrant ovunu davam etdirir...
Dünən, 09:42 |
|
|
|
• Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Dünən, 09:40 |
|
|
|
• Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Dünən, 09:16 |
|
|
|
• Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Dünən, 09:14 |
|
|
|
• Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Dünən, 08:40 |
|
|
|
• Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Dünən, 08:30 |
|
|
|
• Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Dünən, 08:26 |
|
|
|
• Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:37 |
|
|
|
• “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Dünən, 07:31 |
|
|
|
• SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:23 |
|
|
|
• 'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Dünən, 07:19 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Dünən, 06:28 |
|
|
|
• "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Dünən, 06:20 |
|
|
|
• Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Dünən, 06:11 |
|
|
|
• Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Dünən, 05:59 |
|
|
|
• Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Dünən, 05:46 |
|
|
|
• Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Dünən, 05:42 |
|
|
|
• "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Dünən, 05:38 |
|
|
|
• "İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Dünən, 05:34 |
|
|
|
• İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 00:10 |
|
|
|
• İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Dünən, 00:05 |
|
|
|
• Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
24-05-2025, 23:39 |
|
|
|
• "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
24-05-2025, 23:36 |
|
|
|
• "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
24-05-2025, 21:46 |
|
|
|
• 74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
24-05-2025, 21:42 |
|
|
|
• Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
24-05-2025, 21:38 |
|
|
|
• "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
24-05-2025, 21:34 |
|
|
|
• Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
24-05-2025, 19:12 |
|
|
|
• Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
24-05-2025, 19:10 |
|
|
|
• "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
24-05-2025, 19:04 |
|
|
|
• Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
24-05-2025, 19:01 |
|
|
|
• Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
24-05-2025, 18:45 |
|
|
|
• Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
24-05-2025, 18:41 |
|
|
|
• "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
24-05-2025, 18:19 |
|
|
|
• Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
24-05-2025, 18:15 |
|
|
|
• Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
24-05-2025, 18:13 |
|
|
|
|