Rusiyanın hücumu divara dirənibmi? - GƏLİŞMƏ
Tarix: 19-03-2022, 08:24 | Çap et
 DİA.AZ: - Martın 18-də Rusiya Ukraynada paytaxt Kiyevin və başqa şəhərlərin bombardmanını davam etdirib. DİA.AZ xəbər verir ki, buna baxmayaraq Qərb mənbələri və Ukrayna rəsmiləri Rusiya qoşunlarının hücum əməliyyatının divara dirəndiyini bildirirlər.
Ukraynaya hücumdan üç həftədən çox vaxt keçməsinə baxmayaraq, Rusiya qoşunları ölkənin böyük şəhərlərini ələ keçirə bilməyib, Kiyevin şimalında isə bəzi mövqelərdən hətta geri çəkilməli olublar.
Rusiya ələ keçirdiyi Xerson şəhərində belə nəzarəti tam ələ ala bilməyib.
Reuters agentliyi yazır ki, Kiyevin yaşayış məhəllələrinin gündəlik bombardmanına baxmayaraq torpaq üstündə Rusiya qoşunları Ukrayna ordusunun qızğın müqaviməti ilə üzləşirlər.
Ukrayna Müdafiə Nazirliyinin sözçüssü Oleksandr Motuzyanık martın 18-də deyib ki, Rusiya qüvvələri Kiyev ətrafında son 24-48 saat ərzində əhəmiyyətli irəliləyişə nail ola bilməyiblər.
Onun sözlərinə görə onların yaşayış məntəqlərini ağır silahlardan xaotik atəşə tutması da bu “çarəsizlikdən” qaynaqlanır.
ABŞ-ın müdafiə rəsmilərindən biri həftənin əvvəlində demişdi ki, Rusiyanın Ukraynadakı hücumu “divara dirənsə” də, Kreml geri çəkiləcəyinə dair heç bir ümid vermir.
Rəsmi bildirib ki, hücum əməliyyatlarında yaranmış texniki və logistika çətinliklərinə rəğmən Rusiya döyüşlərin intensivliyini azaltmır.
Onun sözlərinə görə Rusiyanın hücumları Kiyevin mərkəzindən 15 kilometr məsafədə durğunlaşıb, Xarkov və Mariupolun bombardmanına baxmayaraq bu istiqəmətlərdə də irəliləyiş yoxdur.
ABŞ və Britaniya kəşfiyyatı
ABŞ və Britaniya müdafiə rəsmiləri deyirlər ki, Rusiya hələki Ukrayna səmasında hegemonluğa da sahib ola bilməyib.
Britaniyanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ukrayna hərbçilərinin qızğın müqaviməti ilə üzləşən Rusiya qoşunları böyük bir ehtimalla hücum əməliyyatlarını təşkil etməkdə çətinlik çəkir.
Britaniya hərbi kəşfiyyatının son məlumatlarına görə Rusiya Ukraynada verdiyi canlı itkilərin yerinin doldurulması üçün tədbirlər görür.
Məlumatda qeyd edilir ki, bu itkilər Rusiyaya indikindən daha böyük əraziyə nəzarəti ələ almaq imkanı verməyə bilər.
Britaniya hərbi kəşfiyyatının ehtimalına görə Rusiya səfərbər etməyə çalışdığı yeni canlı qüvvənin köməyi ilə indiyədək ələ keçirdiyi əraziləri saxlamağa çalışacaq.
Məlumatda deyilir ki, Rusiya əlavə canlı qüvvəni Şərq Hərbi Dairəsindən, Sakit Okean Donanmasından və Ermənistandan gətirir, habelə özəl hərbi şirkətlərin döyüşçüləri və Yaxın Şərq muzdluları hərbi əməliyyatlara cəlb edilir.
“Qarşıdan gələn 10 gün həlledici olacaq”
Bu arada ABŞ ordusunun keçmiş komandanlarından general-leytenant Ben Hoces deyib ki, müharibənin qarşıdan gələn 10 günü həlledici olacaq.
Sky News yazır ki, hazırda Avropa Siyasəti Mərkəzində Strateji Tədqiqatlar bölümünün başçısı olan general bu həftə dərc etdiyi məqalədə yazıb:
"Rusların başı bəladadır və onlar bundan agahdırlar. Onlar elə bu səbəbdən kömək üçün Çinə müraciət ediblər. Rusiya generallarının vaxtı, silah-sursatı və canlı qüvvəsi tükənir. Bunlar heç bir daxili informasiyadan qaynaqlanmır. Mən açıq mənbələrdən aldığım məlumatlara və öz şəxsi təcrübəmə görə bu qənaətə gəlmişəm. Yanıla bilərəm, amma bu qiymətləndirməmdən əminəm”.
General yazır ki, yaranmış vəziyyət ABŞ-ın rəhbərliyi altında Qərbdən Ukraynaya verilən dəstəyin sürətləndirilməsini və genişləndirilməsini tələb edir.
Ben Hoces hazırda Ukrayna müharibəsində yaranmış vəziyyəti 1948-1949-cu illərdə həyata keçirilmiş Berlin hava təxliyəsi ilə müqayisə edir:
"Onların Ukrayna şəhərlərinə ən çox dağıntı verən raketləri, ballistik raketləri, uzaqmənzilli artilleriyanı məhv etmək üçün silah-sursata, habelə bu sistemlərin yerini aşkarlamaq üçün kəşfiyyata ehtiyacı var”.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenskinin müşavirlərindən biri deyib ki, Rusiya tərəfi ilə danışıqlar çətin gedir.
Onun fikrincə kompromis üçün imkan olsa da, fikir ayrılıqları fundamentaldır.
Döyüşlər danışıqların getdiyi saatlarda da dayanmayıb və hansının hansına daha çox təsir göstərdiyini demək çətindir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|