“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                     Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi .....                     “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib .....                     TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir .....                     Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... .....                     Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? .....                     Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB .....                     "Xəyanəti və nankorluğu bağışlamıram" .....                     Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib .....                     Sahibkar mağazaya borca görə həmyerlisini döydü .....                     “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” .....                     Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır .....                     Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” .....                     İrana gedən Elminin başına gələn ilginc hadisələr .....                     Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi .....                     Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü .....                     Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son .....                     "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək .....                     HƏQİQƏTİN MATRİSASI: .....                     İran Bakıdan sərhədi açmasını istəyir .....                     Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ .....                     16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... .....                     Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... .....                     Tramp Avropa liderlərini yenə aldatdı .....                     Rusiya onu 11 ildir AXTARIRDI .....                     Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... .....                     İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR .....                     Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda .....                 

'Mənim əsas düşmənim Putindir' - Ukraynadakı çeçen komandir
Tarix: 9-03-2022, 08:20 | Çap et
 'Mənim əsas düşmənim Putindir'
Ukryanada Rusiya təcavüzünə qarşı döyüşmək üçün çeçenlərdən ibarət batalyon təşkil edilir.

Çeçen könüllülərdən ibarət Şeyx Mənsur və Covxar Dudayev adına batalyonlar Ukrayna ordusunun tərəfində döyüşdüklərini bəyan ediblər.

Bəzi xəbərlərə görə Çeçenistanın moskvayönlü başçısı Ramzan Kadırov soydaşlarını silahı yerə qoymağa çağırıb və sözü gedən batalyonların komandirlərinin başı üçün 500 min dollar mükafat elan edib.

Lakin AzadlıqRadiosuna müsahibəsində Şeyx Mənsur batalyonunun komandiri Muslim Çeberloyevski deyib ki, Kadırovu ciddi qəbul etmir və onun əsas düşməni Vladimir Putindir:

“Onun belə nağıllarını çox eşitmişik. O uşaqları bura göndərir, özü isə kiminsə başı üçün qəpik-quruş mükafat qoyur. O həmişə deyib ki, Putinin piyadasıdır, Putinin quludur, Putinin əsgəridir və Putin üçün dünyanın istənilən nöqtəsinə getməyə hazırdır. Odur ki, qoy üstümüzə uşaq-muşağı göndərməsin, yaxınlarını dəstəyə yığıb özü gəlsin...”

“Bizim o vaxtdan bəri Rusiya ilə problemimiz var...”

Muslim Çeberloyevski deyib ki, onun batalyonuna könüllülər gəlməkdə davam edir. O bildirib ki, hazırda yeni qruplar yaradılır və çeçenlər “Putinlə, Kadırovla, Hitlerlə, Lukaşenka” ilə üzbəüz görüşə hazırdırlar:

“Bizə bu müharibə lazım deyil. Bu müharibəni bizə qarşı başlayıblar. İçkeriya çeçen respublikası da başqa respublikalar kimi Sovet İttifaqı dağılarkən ondan ayrılmış, müstəqillik və suverenliyini elan etmişdi. Bizim o vaxtdan bəri Rusiya ilə problemimiz var...Biz birinci müharibəni udmuşduq. Amma 1999-cu ildə onlar səhvlərini düzəltdilər, çatışmazlıqları aradan qaldırdılar...”

“Biz ən müxtəlif səbəblərlə Çeçenistanı tərk etməli olduq. Bizim dörd prezidentimiz həlak olub. Sağ qalan bütün komandanlıq xaricə köçüb”.

Çeçen komandir bildirib ki, uzun illər onların üzərində olan məhdudiyyətlər qaldırılıb və onlar Ukraynanı və Kiyevi müdafiə etməyə tam hazırdırlar. “Əsəs düşməniniz kimdir” sualına Muslim Çeberloyevski belə cavab verib:

“Bu saat Yer üzündə mənim əsas düşmənim Putin, onun rejimi və ətrafındakılardır. Kadırov kimdir axı? Siz jurnalistlər onun əhəmiyyətini şişirtmsiniz. Guya o müstəqil şəxsdir. Kadırov Putinin nökəri və şestyorkasıdır. Əlbətə deyəndə ki, çeçenlər Ukraynaya hücum ediblər, bizim xətrimizə dəyir. Bu özünü çeçen adlandıran alçaqların çeçenlərlə heç bir əlaqəsi yoxdur. Bizim Ukrayna ilə heç vaxt düşmənçiliyimiz olmayıb və olmayacaq. Çeçenistan Rusiya ilə iki müharibədə 1 milyonluq əhalisinin 300 minini itirib. Baxın, əsl çeçenlər belə olur. Amma bu əclaflar Putinin nökərləridir”.

Çeçen komandir daha sonra vətənindəki vəziyyətdən danışıb:

“Əgər Kadırov özünü çeçen sayırsa niyə onu Luqanksdan da balaca olan Çeçenistanda 100 min silahlı Rusiya əsgəri mühafizə edir? O onlarsız heç kimdir. Onu hazırda Çeçenistan ərazisində girova çevirdiyi adi insanlar imkanları olsaydı məhv edərdilər. Amma Kadırovu 100 minlik Rusiya ordusu qoruyur”.

Gürcüstan müharibəsi

Muslim Çeberloyevski deyib ki, 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə Rusiyanın 56-cı ordusu Sxinvaliyə girə bilmirdi. Sonra ora Yamadayevin başçılığı ilə çeçen dəstəsini buraxıblar və Rusiya Sxinvalini ala bilib.

Çeçen komandir deyib ki, Kadırov hakimiyyətə elə Yamadayev qardaşlarının köməyi ilə gəlib və sonra onlara asi çıxıb.

Çeberloyevskinin sözlərinə görə çeçenlərdən 2014-cü ildə də istifadə etmək isəyiblər. Amma o vaxt çeçenlər döyüşə bilməyiblər. Bundan sonra onları təlim keçmək üçün Suriyaya göndəriblər:

“Putin nəyə görə bütün Rusiyada Kadırovun özbaşınalığına göz yumur? Onlar istədikləri şəhərə gəlirlər, mer, deputat onlardan üzr istəyir. Bütün bunlar bugünə hazırlıq üçün idi. Guya bunlar lotu oğlanlardır, məğlubedilməzdirlər”.

Komadir sözünə belə davam edib:

“Biz razıyıq, goy 70 min öz adamını yığıb bura gəlsin. Adamları bura göndərib özü evdə oturan adam ən aciz qorxaqdır. Mən ki döyüşçülərimi harasa göndərmirəm. Onlarla səngərdə oluram. Əgər o Putinin belə sədaqətli piyadasıdırsa, qoy 70 min öz adamını, 100 min də Rusiya əsgərini yığıb bura gəlsin”.

Ukrayna məğlub olsa...

AzadlıqRadiosunun müxbiri Çeberloyevskiyə deyib ki, son vaxtylar qəzetlər ukraynalıların Çeçen müharibəsində çeçenlərə necə kömək etməsindən yazırlar: “siz indi ona görəmi Ukrayna üçün döyüşürsünüz?”

Çeçen komandir suala belə cavab verib:

“Mən heç kimin borcunu qaytarmıram. Belə bir sözü heç vaxt deməmişəm və demərəm. Ukraynalılar 1994-cü ildə Çeçenistana könüllü gəlmişdilər və bacardıqları köməyi göstərmişdilər. Mərhum Saşko Belıy (Aleksansdr Muzıçko – Rusiyada qadağan olunmuş “Sağ sektor”un keçmiş lideri-red) Çeçenistana gələndə ona demişdilər: “Çeçenlər müsəlmandırlar, siz ukraynalılar isə xristiansınız. Sizi çeçenlərə nə bağlayır?” O belə cavab vermişdi: “Biz ona görə gəlmişik ki, Çeçenistanda müharibə başlamasaydı, ruslar Ukraynaya hücum edəcəkdilər. Çeçenistan bu müharibə ilə Ukraynanı qorudu, müharibəni öz üzərinə çəkdi”. Onlar 1994-1995-ci illərdə belə deyirdilər”.

Çeberloyevski daha sonra deyib:

“Bugün burada çox böyük dönüş anı yaşanır. Əgər Ukrayna məğlub olsa, qalan keçmiş sovet respublikaları da yıxılacaqlar. Rusiyanın ətrafındakı ölkələr azadlıq şansını itirəcəklər. Əgər bugün Ukrayna duruş gətirə bilsdə, bu hamı üçün şans olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru