Avstriya vaksini məcburi edir
Tarix: 21-01-2022, 10:21 | Çap et
 DİA.AZ: - Avstriyada deputatlar gələn aydan koronavirusa qarşı vaksinasiyanı məcburi ediblər. Etiraz dalğasına baxmayaraq, Avstriya Avropada məcburi vaksin qaydası tətbiq edən ilk ölkə olacaq.
DİA.AZ xəbər verir ki, indiyədək ölkə əhalisinin 72 faizinin koronavirusa qarşı tam peyvənd olunduğu bildirilir. Avropa İttifaqı üzrə ümumi orta göstərici isə 70 faizdir.
Noyabrda məcburi vaksin qaydasının anonsu veriləndən həftəsonları onminlərlə insan etiraz yürüşlərinə çıxır. İfrat sağçıları çıxmaqla bütün partiyalar bu addımı dəstəkləyir.
Müvafiq qanunvericiliyin lehinə 137, əleyhinə 33 deputat səs verib.
Çex nümunəsi
Gələn ayın əvvəlinədək yaşı 18 və yuxarı olanlar COVID-19-a qarşı peyvənd vurdurmalıdırlar, əks halda cərimə olunacaqlar. Hamilə qadınlar və tibbi səbəblərdən vaksin vurdura bilməyənlər istisnadır.
Avropa hökumətlərinin bəziləri səhiyyə işçiləri və müəyyən qruplar üçün vaksini məcburi edib. Almaniya və Fransa daxil bəzi ölkələr isə peyvənd olunmayanların müxtəlif xidmətlərə, əyləncə növlərinə çıxışını yasaqlayıb.
Avstriyanın eksperimenti həm hökumətin onu gerçəkləşdirməsi, həm də pandemiyaya qarşı effektivliyi baxımından diqqət mərkəzində olacaq.
Qonşu Çex Respublikasının yeni hökuməti yanvarın 19-da bildirib ki, yaşlılar və müəyyən peşə qrupları üçün vaksinasiyanı məcburi etmək planından əl çəkir. Məcburi vaksin qaydası yaşı 60-dan yuxarı olanlara, polis əməkdaşlarına, yanğınsöndürənlərə, əsgərlərə, tibb sahəsi və qocalar evlərinin işçilərinə aid ediləcəkdi.
Yunanıstan, Almaniya
Bu həftənin əvvəlindən Yunanıstanda yaşı 60 və yuxarı olan, koronavirusa qarşı peyvənd vurdurmayanları cərimə etməyə başlayıblar. Hökumət digər yaş qrupları üçün vaksini məcburi etməyəcəyini bildirib. Çünki Covid-dən vəziyyəti ağırlaşanlar, xəstəxanada müalicə alanlar əsasən yaşlılar olub.
Italiya hökuməti də bu aydan yaşı 50-dən yuxarı olanlar üçün vaksini məcburi elan edib, onların yoluxma riskinin daha böyük olduğunu bildirib.
Almaniya Kansleri Olaf Şolts səhiyyə naziri ilə birlikdə məcburi vaksin qaydasını təşviq edir. Ancaq ziddiyyətli hesab olunan bu məsələnin müqavimətlə üzləşəcəyi gözlənir.
Martın ortasınacan səhiyyə və qocalar evləri sakinlərinin vaksin vurdurması, yaxud COVID-19-a yoluxmasına sənəd göstərməsi tələb olunacaq. Bu haqda ötən ay qanunvericilik qəbul edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Vasif Məhərrəmli yalan danışır"
Bu gün, 17:14 |
|
|
|
• "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Bu gün, 17:07 |
|
|
|
• Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Bu gün, 17:01 |
|
|
|
• TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Bu gün, 16:52 |
|
|
|
• Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Bu gün, 16:48 |
|
|
|
• Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Bu gün, 16:45 |
|
|
|
• “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Bu gün, 16:43 |
|
|
|
• Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Bu gün, 16:38 |
|
|
|
• Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Bu gün, 16:31 |
|
|
|
• Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25 |
|
|
|
• Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21 |
|
|
|
• Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18 |
|
|
|
• Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15 |
|
|
|
• Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10 |
|
|
|
• Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06 |
|
|
|
• İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05 |
|
|
|
• Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32 |
|
|
|
• Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29 |
|
|
|
• İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24 |
|
|
|
• İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08 |
|
|
|
• Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03 |
|
|
|
• Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00 |
|
|
|
• Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55 |
|
|
|
• Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52 |
|
|
|
• Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51 |
|
|
|
• Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04 |
|
|
|
• Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03 |
|
|
|
• Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58 |
|
|
|
• “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
• Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31 |
|
|
|
• “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28 |
|
|
|
• “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09 |
|
|
|
• “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00 |
|
|
|
• FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56 |
|
|
|
• "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49 |
|
|
|
• Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47 |
|
|
|
• "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44 |
|
|
|
• Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37 |
|
|
|
• Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35 |
|
|
|
• Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30 |
|
|
|
• “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24 |
|
|
|
• TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14 |
|
|
|
• Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06 |
|
|
|
• Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53 |
|
|
|
|