Müğənni Xuraman Şuşalı həmkarı Nadir Qafarzadənin mərhum qayınanası Südabə xanımın vəsiyyətini yerinə yetirməsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, ifaçı yas mərasimi əvəzinə ehsanın ehtiyacı olanlara paylayınılmasını dəstəkləyib. O, bu barədə “@axsamaz” instaqram səhifəsində şərh yazıb:
"Axır ki, vəsiyyətə hörmətlə yanaşıldı. Qohum-qonşu nə deyər, yas verməsəm? Borc-xərc, kreditlə mərasim evi danışırlar ki, camaat deməsin, "yas vermədi". Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər. Camaata yox, dünyadan köçənlərə gözəl əməllər etmək nə yaxşıdır. Təəssüf ki, mən özüm də o sadaladıqlarımdan oldum. Ancaq gecdir. Çalışıb savab əməllərimizi dünyadan köçənlərimizə ehsan edək".