“Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                     Bizimkilərin susqunluğu, onların iftiraları davam edir .....                     Xalq artistlərinin övladları niyə fərsiz çıxır? .....                     Nazirlik 14 ədəd “Hyundai” alır .....                     İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb .....                     Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar .....                     Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası .....                     İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` .....                     İşçilərin ezamiyyə hüquqları... .....                     Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                     Bakıda şagird dərs zamanı canlı yayım açdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                 

Putin Tokayevin adını təsadüfənmi səhv deyib?
Tarix: 14-01-2022, 08:17 | Çap et
Putin Tokayevin adını təsadüfənmi səhv deyib?
DİA.AZ: - DİA.AZ-ın məlumatına görə, CurrentTime yazır ki, yanvarın 10-da KTMT-nin onlayn iclasında Vladimir Putin Qazaxıstan prezidentinə səhvən Kasım-Jomart yox, Kemel Jomartoviç deyə müraciət edib. Səhv təsadüfi olmaya da bilərdi: Kemel - Tokayevin atasının adıdır.

O Qazaxıstanın sovet çekistləri barədə kitabın müəllifidir.

2019-cu ildə Tokayev Qazaxıstan prezidentinin əvəzi vəzifəsinə gələndə, elə bu adı onun oğlu Timur özünə soyad edib.

AzadlıqRadiosunun Rus xidməti və CurrentTime onun Rusiyadakı biznes aktivlərini aşkar ediblər.

O 2016-cı ildə Mayak MMC-nin direktorlar şurasına daxil idi. Bu şirkətin Moskva ətrafındakı Ximki şəhərində eyniadlı yaşayış kompleksi var.

Bu kompleksin tikintisi böyük qalmaqala səbəb olmuşdu, çünki sakinlərin şəhərdəki yeganə ictimai stadiona yolunu kəsmişdi.

Versiyalardan birinə görə 2022-ci ilin əvvəllərində Qazaxıstandakı iğtişaşlar Tokayevin adamları ilə onun sələfi - Nursultan Nazarbayevin adamları arasında klanlararası mübarizəyə görə başlanıb.

AzadlıqRadiosu hələ 5 il bundan əvvəl aşkar etmişdi ki, Kasım-Jomart Tokayevin rusiyalı arvadından olan oğlu Nazarbayevlərə və onların “pul kisəsi” sayılan iş adamı Kenes Rakişevə bağlı biznes strukturlarından birinə sıx inteqrasiya olunub.

Bəzi təsdiq olunmamış məlumatlara görə etirazlar başlanan kimi Rakişev Qazaxıstanı tərk edib.

Kasım-Jomart Tokayev barədə Vikipediya səhifəsində deyilir ki, o Nadejda Davıdovna Tokayeva ilə evli olub.

Amma Qazaxıstan prezidentinin rəsmi saytına görə Tokayev boşanıb və Timur adlı oğlu var.

Buna da fikir vermişdilər ki, Tokayev 2019-cu ildə prezident vəzifəsinə gələndə barmağında nişan üzüyü var idi. Sonrakı fotolarda artıq üzük görünmürdü.

Jurnalistlər Tokayevin arvadı Nadejda Davıdovna barədə də çox məlumat ala bilməyiblər.

2020-ci ildə acca.media aşkar etmişdi ki, Nadejda Tokayeva 2011-ci ildə BMT Qadın gildiyasının fəxri prezidenti olub. Tokayevin özü isə həmin vaxtlar BMT baş katibinin müavinlərindən biri idi, həm də BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru idi.

Qazaxıstan mediası yazırdı ki, Nadejda Tokayeva rusiyalıdır. Bu da məlum olub ki, Rusiyanın kommersiya reyestrində bu ad və bu soyadla qeydiyyatdan keçən olub.

Həmin Nadejda Tokayeva 2005-ci ildə daşınmaz əmlakın kirayəyə verilməsi ilə məşğul olan sahibkar kimi qeydiyyatdan keçib. Həmin Nadejda Tokayevanın bir sıra pasport göstəriciləri də bu Nadejda Tokayevanın göstəriciləri ilə eyniyyət təşkil edir.

Dəqiq məlum olan budur ki, Tokayevanın Rusiya pasportu hələ də etibarlıdır.

Qazaxıstan medialarının versiyasına görə Nadejda Tokayevanın ərindən boşanmasına səbəb onun Rusiya vətəndaşı olması və Kasım-Jomartın prezidentliyə gətirilməsi ola bilərdi.

Anasından fərqli olaraq Timurun Rusiya pasportu yoxdur.

Aleksey Navalnının 2021-ci ildə Rusiya Ədliyyə Nazirliyinin “xarici agent” siyahısına saldığı korrupsiya ilə mübarizə fondunun videoçarxlarından birində deyilirdi ki, Rosreyestr – yəni Rusiyanın daşınmaz əmlak reyestri yüksək vəzifəli məmurların adlarını gizlətmək üçün “Rusiya Federasiyası” ifadəsindən istifadə edir.

Fondun araşdırmasında bu da deyilirdi ki, Kasım-Jomart Tokayevin arvadının və oğlu Timurun adı reyestrin köhnə variantında Moskvanın mərkəzindəki iki mənzilin sahibləri kimi göstərilsə də, sonradan adlar “Rusiya Federasiyası” ifadəsi ilə əvəz olunub.

AzadlıqRadiosu aşkar edib ki, Nadejda Tokayevaya məxsus daha bir daşınmaz əmlakın sahibi kimi “Rusiya Federasiyası” yazılıb. Bu Abramtsevo qəsəbəsindəki daçadır. Buralara “General daçaları” deyilir və burda mülklərin generallara paylanmasına hələ Stalinin vaxtlarından başlanıb.

AzadlıqRadiosunun açıq mənbələrdə apardığı araşdırmadan məlum olub ki, Mayak MMC-nin direktorlar şurasının üzvlərindən biri də Timur Tokayev olub.

Həmin sənəddə Timur Tokayev barədə əvvəllər dərc olunmamış başqa məlumatlar da var:

“Təhsili – ali. Siyasət elmləri namizədi. Leman Kolleci – Cenevrə, İsveçrə. Rusiya Federasiyası Diplomatiya Akademiyası”.

İnternetdə Timur Tokayevin 2009-cu ildə müdafiə etdiyi dissertasiyanı da tapmaq olar: “Qazaxıstan Respublikasının Qərblə münasibətlərdə strategiyası. Milli maraqlar, prioritetlər, istiqamətlər”.

215 səhifəlik bu elmi işdə Nazarbayevin adı 112 dəfə çəkilib. Putinin adına bircə dəfə rast gəlinir. Obamanın adı 6, Buşun adı 14 dəfə çəkilib. Oğul Tokayev yazır ki, “Rusiya Qazaxıstanın yeganə müttəfiqidir”.

Biznes reyestrlərinin məlumatına görə Timur Tokayev Qazaxıstanda bir neçə hüquqi şəxslə bağlıdır.

O habelə babası – Kemel Tokayevin adını daşıyan xeyriyyə fondunun başçısıdır. Fondun saytında onun idarə heyətininü üzvü olduğu qeyd olunur.

Xeyriyyə fondundan başqa Timur Tokayevin adı habelə iki kiçik şirkətin sahibi kimi keçir. Geoloji kəşfiyyat və texniki ekspertiza ilə məşğul olan bu qurumların mənbələrdə əslində heç bir fəaliyyətinin və gəlirinin olmadığı göstərilir.

Eyni məlumat bazasına görə Timur Tokayev fəaliyyətini dayandırmış Salış şirkətinin həmsahibi olub.

Bu şirkətin adı əvvəllər “Abi Petroleum Capital” idi. Qazaxıstan mənbələrindəki məlumata görə Timur Tokayev onun həmtəsisçilərinin sırasına 2002-ci ildə, yəni 18 yaşındaykən qoşulub və dərhal şirkətə Atırau vilayətindəki Qryadovoye yataqlarının işlənməsi üçün lisenziya verilib.

Timur Tokayev bu şirkətdən payını atası baş nazir postundan xarici işlər naziri postuna keçəndə alıb.

“Abi Petroleum Capital” şirkətinin ikinci şəriki Qazaxıstan diplomatı Temirtay İzbastinin oğlu Muxamed İzbastin olub.

Temirtay İzbastin Kasım-Jomart Tokayevin yeznəsdir.

Bu da xəbər verilir ki, qohum şəriklərin biznesi pis tutmayıb. Onlar 2012-ci ildə 50 milyon dollar təmiz gəlir əldə ediblər.

Bundan sonra gəlir azalıb, 2014-cü ildən isə şirkət ziyanla işləməyə başlayıb. 2020-ci ildə şirkət artıq Saliş adı ilə ləğv olunub.

Açıq mənbələrə görə Timur Tokayev son illərdə ziyanla işləyən KM GOLD şirkətinin minoritar səhmdarı olub. Beləliklə son illərdə biznes prezident oğluna əhəmiyyətli gəlir gətirməyib.

2018-ci ildə Scanner Project saytı “Cenevrəyə səyahət” adlı araşdırma dərc etmişdi.

Bu araşdırmada deyilirdi ki, Timur Tokayevin adı Chemin Gilbert-Trolliet küçəsindəki 3 nömrəli evin sakinləri arasındadır.

Onun qonşularından birinin Semyon Vinokurov olduğu qeyd olunurdu. Vinokurov Rusiya xarici işlər naziri Sergey Lavrovun bacanağıdır.

kz.expert saytının təxminlərinə görə Tokayevin Cenevrə mənzilinin qiyməti 2 milyon dollara yaxındır.

Həmin saytın məlumatına görə Timur Tokayev Moskvada yaşayır və bizneslə məşğul olur.

Bu da qeyd olunur ki, onun biznesində Qazaxıstanın böyük iş adamları iştirak edirlər.

2005-ci ildə Qazaxıstandakı Qryadovoye yatağında geoloji kəşfiyyat işlərini Tokayevin Abi Petroleum Capital şirkəti üçün Kazaxstankaspişelf şirkəti aparırdı. Bu şirkətin yarısı öz növbəsində Qazaxıstanın ən zəngin biznesmeni Kenes Rakişevin "Sat&Company" şirkətinə aid idi.

Əslində Moskvadakı Mayak MMC də Rakişevlə əlaqəli idi.

Mayak MMC-nin səhmlərinin 57.4 faizi Niderlandın Dostyk Investments B.V. şirkətinə məxsus idi.

Bu şirkətə Nazarbayevin böyük qızının əri Timur Kulibaliyev nəzarət edirdi.

Kenes Rakişevin özü də Qazaxıstan elitasına yaxşıca inteqrasiya olunub.

O təkcə faydalı qazıntıların çıxarılması, texnologiya və bank sektorlarında böyük biznesmen olması ilə yox, həm də İmanqali Tasmaqambetovun qızına evli olması ilə məşhurlaşıb.

Tasmaqambetov Nazarbayev administrasiyasının rəhbəri, Almatı və Astana şəhərlərinin başçısı, 2016-2019-cu illərdə isə Qazaxıstanın Rusiydakı səfiri olub.

Onu bu vəzifədən artıq yeni prezident Kasım-Jomart Tokayev azad edib.

Digər tərəfdən Rakişevin Rusiya ilə sıx biznes əlaqələri var. Rusiya mediasında və bloqlarda onu “Nazarbayevin sədaqətli pul kisəsi” adlandırırlar.

Kenes Rakişev habelə Axmat Kadırov ordeni ilə təltif olunub.

Ramzan Kadırov onu “əsl dost və qardaş” adlandırırdı, hərçənd bu dostluq və qardaşlıq uzun sürməyib.

Son illərdə Rakişev səylərini yüksək texnologiyalar sektoruna yönəldib. O smartfonlar və kompüterlər istehsalı üzrə layihələrdə iştirak edir, elekltrik avtomobillərinin istehsalına, Qazaxıstanda isə akkumulyator batareyaları üçün lazım olan metalların emalına investisiyalar yatırıb.

Kasım-Jomart Tokayevin oğlunun Kenes Rakişevin bizneslərindən biri olan Mayak MMC-nin direktorlar şurasına daxil olduğu vaxtdan artıq beş il keçir.

Timur Tokayevin indi nə işlə məşğul olduğu bilinmir. Bilinən budur ki, o 2019-cu ilin aprelindən, yəni atası prezidentin səlahiyyətlərinin icrasına başladığı vaxtdan soyadını dəyişərək Timur Kemel olub.

Rusiyanın biznes informasiya banklarında bu ad və bu soyadda artıq heç kim yoxdur. Ola bilsin ki, o Rusiya biznesində hələ də köhnə soyadından istifadə edir.

Amma “Nazarbayevin sədaqətli pul kisəsi” – Rakişevin nə işlə məşğulı olduğu məlumdur.

O bu ilin 10 yanvarında özünün Kazaxıstandakı bankı – BTA ilə Vladimir Qolubevin “Adamant” şirkəti arasında razılaşma imzalayıb.

Bu razılaşmaya əsasən Rakişev özünün Nord Star şirkətindəki bütün payını Qolubevə satıb.

Bu şirkət 2020-ci ildə Rusiyanın Arktika zonasında ilk mənzillənən qurum olub.

Nazarbayevə çox yaxın biznesmenin bu layihədən soyumasının səbəbi bilinmir. Amma əvəzində Qolubevin bu layihədə iştirakı məntiqli görünür.

Onu da “pul kisəsi” adlandırıblar. Amma bu “pul kisəsi” artıq İqor Seçinə aid idi.

Qolubevin adını 1990-cı illərdə Sankt Peterburqun kriminal aləmi ilə bağlayırdılar.

Jurnalist Andrey Konstantinov özünün “Bandit Peterburqu” kitabında yazırdı ki, Qolubev kriminal avtoritet sayılırdı və ayaması “Barmaley” idi.

O hazırda kriminal aləmlə hər hansı əlaqələrini inkar edir və 2017-ci ildə Google axtarış sistemindən bu barədə resurslara çıxışların silinməsinə nail olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Bu gün, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Bu gün, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Bu gün, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Bu gün, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Bu gün, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Bu gün, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Bu gün, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Bu gün, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Bu gün, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Bu gün, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Bu gün, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Bu gün, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Bu gün, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Bu gün, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Bu gün, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Bu gün, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Bu gün, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Bu gün, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Bu gün, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Bu gün, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Bu gün, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru