“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                     Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı .....                     Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI .....                     Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb .....                     Qriqoryan Tehranda Əraqçı ilə görüşüb .....                     İstanbulda nəticəsiz görüş .....                     “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                 

Qara dənizdə Rusiya-NATO toqquşması? - TƏHLİL
Tarix: 24-06-2021, 08:11 | Çap et
Qara dənizdə Rusiya-NATO toqquşması?
Dünən Rusiya Müdafiə Nazirliyi sensasion məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiyanın keşikçi gəmisi Qara dənizdə Böyük Britaniyaya məxsus “Defender” gəmisinə (destroyer) xəbərdarlıq atəşi açıb, “Su-24 M” döyüş təyyarəsi isə gəminin hərəkət kursu istiqamətinə bombalar atıb. Rusiya tərəfi iddia edir ki, Britaniya gəmisi Krımdakı Fiolent burnu rayonunda Rusiya sərhədini pozaraq 3 km irəliləyib və bununla bağlı xəbərdarlıqlara məhəl qoymayıb: “Gəminin hərəkətini dayandırmaq üçün “Su-24 M” təyyarəsi onun hərəkət kursu iqtiqamətinə 4 ədəd OFAB-250 T qəlpə-fuqas bombası atıb. Sonra “Defender” Rusiya ərazi sularını tərk edib”.

Lakin Britaniya tərəfi Rusiya Müdafiə Nazirliyinin iddialarını təkzib edib. Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, onların gəmisi beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın ərazi sularından dinc keçid edib. Nazirlikdən qeyd ediblər ki, “Defender” gəmisinə xəbərdarlıq atəşi açılmayıb və onun yoluna bomba atılmayıb, sadəcə olaraq, həmin vaxt ruslar dənizdə atəş təlimləri keçirirmişlər.

Britaniya gəmisinin Krım akvatoriyasında üzməsi barədə Rusiya tərəfinin açıqlaması böyük ehtimalla həqiqətdir. Amma məsələ burasındadır ki, belə olsa belə, bu, Rusiya dəniz sərhədlərinin pozulması demək deyil. Çünki beynəlxalq hüquqa görə, Krım Ukrayna ərazisidir və Böyük Britaniya dövləti də Krımı Ukrayna hesab edir. Bu baxımdan hər hansı pozuculuq faktından söhbət gedə bilməz.

Qeyd edək ki, “HMS Defender” esminetsi (destroyer) 2009-cu ildə suya buraxılıb. Onun uzunluğu 152 metr, sürəti saatda 55 km-dir. Gəmidə radiolokasiya stansiyası, zenit artilleriyası və raket qurğusu quraşdırılıb. Gəmi iyunun 14-də Niderlanda məxsus “HNLMS Evertsen” hava hücumundan müdafiə freqatı ilə birlikdə Qara dənizə daxil olub. Məlum olduğu kimi, Krımın ilhaqından sonra NATO Qara dənizdə öz mövcudiyyətini artırmağa başlayıb və hər ay ittifaqa üzv ölkələrin hərbi gəmiləri dənizə daxil olur və Ukraynaya dəstək nümayişi kimi bu ölkənin limanlarına yanaşır. Bu isə Rusiyada ciddi narazılıqla qarşılanır. Rusiya hərbi rəhbərliyi NATO gəmilərinin dənizdə aktivliyinin provokasiya məqsədi daşıdığını iddia edir.

Qara dənizdə suların isinməsinin əsas səbəbi şübhəsiz ki, NATO dövlətlərinin Ukrayna ordusunun gücləndirilməsi və modernləşdirilməsi, onun hərbi dəniz donanmasının dirçəldilməsi istiqamətində atdığı addımlardır. Elə cəmi 2 gün əvvəl – iyunun 21-də məhz “Defender”ın göyərtəsində Ukrayna və Büyük Britaniya hökumətləri arasında önəmli sənəd imzalanıb. Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk və Britaniya hökumətinin müdafiə sahəsində alqı-satqılar üzrə naziri Ceremi Kvin tərəfindən imzalanmış Memorandumda hərbi gəmilərin birgə layihələndirilməsi və tikintisi, Ukrayna gəmiqayırma müəssisələrinin rekonstruksiyası və Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 bazanın tikintisi nəzərdə tutulur. Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin oktyabrında Londona səfəri zamanı imzalanmış sazişə əsasən isə Britaniya Ukrayna ordusu və hərbi donanmasının inkişafı üçün 1,25 milyard funt-sterlinq ayırıb.

Moskvanı narahat edən başqa bir məsələ 28 iyun – 10 iyul tarixləri arasında Qara dənizdə Ukraynanın iştirakı ilə keçiriləcək “See Breeze” hərbi təlimləridir. ABŞ-ın 6-cı donanmasının, NATO-ya üzv və tərəfdaş 32 ölkədən 40-a yaxın hərbi gəminin və 5 minə yaxın hərbçinin qatılacağı təlimlərdə məqsəd Ukrayna ordusu ilə ABŞ və NATO qüvvələrinin birgə fəaliyyət bacarıqlarının artırılmasıdır. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, təlimlər pərdəsi altında NATO Ukraynaya ən müasir silahlar ötürəcək. Moskva ABŞ-ı “Qara dənizdə savaş variantlarının sınaqdan keçiriləcəyi” bu təlimlərdən imtina etməyə çağırıb.

Bütün bunlar Rusiya rəhbərliyində ciddi qıcıq yaradır. Niyə? Çünki bu halda Rusiyanın əlində Ukraynanı çəkindirən yeganə vasitə olan sərt güc alətinin siyasi təsiri azalır və müqavimət imkanları artan Ukrayna Moskvanın tələblərini daha inamla rədd edir. Ukrayna nümayiş etdirir ki, o, nəinki Donbas istiqamətində hər hansı porovokasiyaları dəf etməyə hazırdır, hətta Rusiyanın bütün sərhəd xətti boyu genişmiqyaslı hücuma başlaması ehtimalından da qorxmur və zəruri müdafiə tədbirləri görür. Bu baxımdan dost və tərəfdaş ölkələrlə hərbi əməkdaşlığın inkişafı zəruridir və təbiidir. Artıq Ukrayna ABŞ, Kanada, Britaniya və Türkiyədən müasir silah və müdafiə sistemləri almağa başlayıb. Türkiyə Ukraynaya “Bayraktar” zərbə dronları satmaqdan əlavə, öz tərsanələrində bu ölkə üçün 2 ədəd korvet inşa edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Türkiyə hökuməti ilə bu mövzuda ciddi söhbət aparacaqlarını deyib.

Yəqin ki, Rusiya yenə turist göndərməmə şantajı, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin tətbiqi, Suriyada – İdlibdə Türkiyəyə yaxın qruplara rejimin hücumlarını təşviq etmək kimi daha öncə sınaqdan keçirdiyi təzyiq metodlarından istifadə edə biləcəyini Ankaranın nəzərinə çatdıracaq.

Moskva Ukraynanın NATO-ya qəbulunu özünün qırmızı xətti elan edib. İttifaqın lider dövlətləri hələlik Putinin təhrik etməmək üçün Ukraynanı (eləcə də Gürcüstanı) NATO-ya qəbul etməkdə tələsmirlər. Amma Ukrayna ordusunun gücləndirilməsi və NATO standartlarına uyğunlaşdırılması davamlı prosesdir.
Müəllif: Şahin Cəfərli











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Dünən, 10:10
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Dünən, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Dünən, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Dünən, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Dünən, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Dünən, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Dünən, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru