Rus dilini bilməsəniz, işsiz qalacaqsınız – Avropa ölkəsinin paradoksları
Tarix: 22-06-2021, 08:30 | Çap et
 Latviya Prezidenti Egils Levits bugünlərdə Seymdə (parlament) çıxış edərək, rus dilini işğalın qalığı adlandırdı və ölkədə onun ingilis dili tərəfindən sıxışdırılacağını proqnozlaşdırdı. “Delfi” portalının verdiyi məlumata görə, Levits hesab edir ki, latviyalıların əksəriyyəti rus dilini bilmədikləri üçün əmək bazarında ayrı-seçkiliklə üzləşirlər və səlahiyyətlilər problemi həll etmək üçün ölkə ərazisində “Avropa Birliyinin dillərindən birinin” yayılmasına kömək etməlidirlər.
“Bu Sovet irsinin qalıqlarına son qoymalıyıq, çünki əks halda xaricdən qayıdan soydaşlarımız və rus dilini bilməyən gənclər əmək bazarından kənarda qalacaqlar”, - deyə dövlət başçısı bildirib.
Əlavə etdi ki, respublika parlamenti daha tez-tez bu mövzuda mübahisələr aparmalı və onlara Baş naziri, xarici işlər naziri və ombudsmanı dəvət etməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova dərhal buna reaksiya verdi - Latviya hakimiyyətini “rusdilli vətəndaşlara qarşı sistemli ayrıseçkiliyi dayandırmağa və rus dilinə rəsmi hüquqi status verməyə” çağırdı.
“Cənab Levitsə cavab vermək istərdim ki, bu, Sovet mirası deyil, Avropa Birliyinin bu günüdür. Latviyanın bu qədər can atdığı demokratiya”, - deyə Zaxarova iddia edib.
Rusiya XİN sözçüsü hesab edir ki, Levits bu açıqlaması ilə “ictimaiyyətin diqqətini beynəlxalq cəmiyyətin iddialarından - onun rəhbərlik etdiyi dövlətin rusdilli vətəndaşlara qarşı sistemli ayrı-seçkilik təmin edən daxili siyasətindən yönəltməyə” qərar verib.
Mövzunu AYNA-ya latviyalı jurnalist (Liepaya şəhəri) Yuris Ekşteins şərh edib:
“Levits təbii ki, bir az idealistdir. Ancaq onun rus dilini Avropa Birliyi dilləri ilə əvəzləməyə çağırması aydın deyil. Latış dili həm də Avropa Birliyinin dillərindən biridir. Məsələn, ingilis dilindən danışırıqsa, bu dilin Latviyada başqa dili əvəzləməsi yaxın gələcəyin işi deyil. Məsələn, Qərbi Avropadan olan mütəxəssislər burada Liepayada yaşayırlar. Əlbəttə ki, ingilis dilində danışırlar və hər zaman onlara bu dildə cavab veriləcək.
Ya da tutalım, mağazalarda bütün malların üzərində latış dilində nə olduğunu izah edən məcburi bir annotasiya olmalıdır. Məsələn, yuyucu vasitələrlə bağlı bir növ xəbərdarlıq ola bilər və ingilis, fransız, alman dillərində olan məlumat kifayət etmir, mütləq latış dilinə tərcüməsi olmalıdır.
Ancaq əsas olan bu deyil. Müşahidələrimə görə, Latviyanın yeni nəsilləri demək olar ki, hər yerdə - işdə, nəqliyyatda, şirkətlərdə, tətildə latış dilində səlist danışırlar. Elə həmin insanların evdə rusca danışması tamamilə mümkündür. Ancaq hamısı öz aralarında latışca danışırlar.
Bir çoxu qarışıq ailələrdə doğulub. Və mənə görə, onlar Mariya Zaxarovanın nədən danışdığını belə, başa düşməyəcəklər. Çünki, buradakı hər kəs rus dilini mükəmməl başa düşür və bu da hər yerdə səslənir və bununla bağlı heç bir problem yoxdur.
Ancaq Prezident Levitsin danışdığı problem mövcuddur. Məsələn, bir hadisəni xatırlayıram: Liepayada bir restorana gələn rusdilli qonaqlar, rus dilində güclü latış aksenti ilə danışdığına görə ofisiantdan rəhbərliyə şikayət etdilər. Şübhəsiz ki, qonaqlar üçün ofisiantın belə danışığı xoşagəlməz idi. Və restoran rəhbərliyi müştərilərin tərəfini tutdu. Ofisiant işdən qovulmasa da, aylıq mükafatdan məhrum edildi.
Digər tərəfdən, bir biznesdə müştəri sizin məkanı narazı halda tərk edərsə, bu, pisdir. Bu səbəbdən iş üçün müraciət edərkən həmişə rus dilində danışan namizədlərə üstünlük veriləcək. Eyni zamanda, Latviyada belə bir tələbin heç bir hüquqi əsası yoxdur. Yəni istənilən sahədə işçinin rus dilini bilməmək hüququ var”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranın başında düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30 |
|
|
|
• Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22 |
|
|
|
• Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08 |
|
|
|
• Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35 |
|
|
|
• ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• “Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17 |
|
|
|
• Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
• Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59 |
|
|
|
• Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57 |
|
|
|
• Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53 |
|
|
|
• Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49 |
|
|
|
• "Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16 |
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03 |
|
|
|
|