Fransızlar ingilis dilini Avropa İttifaqından вЂ?çıxarmaq’ istəyirlər
Tarix: 9-06-2021, 10:30 | Çap et
 Emmanuel Makronun hökuməti Britaniya Avropa İttifaqını tərk edəndən bəri bu blokda fransız dilinin mədəni mühümlüyünü gücləndirməyə çalışır.
The Daily Telegraph qəzeti yazır ki, Fransa 2022-ci ildə Avropa İttifaqı Şurasında rotasiyalı sədrliyi qəbul edəcək.
Belə bir şəraitdə fransız siyasətçilər israr edirlər ki, onlar əsas görüşləri və işçi qrupların iclaslarını öz ana dillərində keçirəcəklər.
Bir diplomat qəzetə deyib ki, sözü gedən iclasların stenoqramları fransızca yazılacaq və onların başqa dillərə tərcüməsi dərhal təqdim olunmayacaq.
Fransa habelə bildirib ki, Avropa İttifaqı diplomatlarından fransız dilini öyrənmək istəyənlər üçün vəsait ayrılacaq.
Məqalədə deyilir ki, Paris, Fransa hər dəfə Avropa Şurasında sədrliyə gələndə bu məsələni qaldırır.
Amma Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Fransa fransız dilinin Avropa İttifaqı təsisatlarının əsas dili olmasına can atır.
Fransanın Avropa naziri Klement Byene hələ aprel ayında demişdi:
“Fransız dili diri, çiçəklənən, dünya boyunca tədrisi inkişaf edən bir dil olsa da, burada Avropa təsisatlarında onun mövqeyi zəifdir. Komissiyada, şurada, agentliklərdə, qurumlarda, administrasiyalarda və iclaslarda indi əsasən ingilis dilindən istifadə olunur. Bu, ingilis dilində yazılan hesabatların sayını artırıb. Halbuki bu dil indi cəmi iki üzv ölkənin dilidir”.
Prezident Makron deyib ki, dünya boyunca fransız dilinin tədrisini gücləndirmək və çoxdilliliyi təbliğ etmək onun əsas məqsədlərindən biridir.
Fransız dili almanca və ingiliscə ilə yanaşı Avropa İttifaqının üç işçi dilindən biridir.
Avropa İttifaqında bütövlükdə 24 rəsmi dildən istifadə olunur.
The Express qəzeti yazır ki, fransız dili bu dildə danışan Brüsselin diplomatik dairələrində populyardır.
Amma 2004-cü ildə Avropa İttifaqına Polşa, Macarıstan və Çexiya kimi ölkələr daxil olduqdan sonra fransız dilinin işlənməsi tənəzzülə uğrayıb.
Beləliklə, Avropda ən çox danışılan dil olan ingiliscə Brüsseldəki təsisatların dəhlizlərində daha tez-tez eşidilir.
Avropa İttifaqında ikinci dil kimi ingilis dilinin nüfuzu son illərdə yüksəlib.
Lakin Britaniya ittifaqı tərk etdikdən sonra ingilis dili yalnız iki üzv ölkənin - İrlandiya və Maltanın əsas dili olub.
Britaniya mediası yazır ki, bu, ingilis dilinin hökmranlığı üçün risk yaradır.
2020-ci ilin məlumatına görə Avropa Komissiyası əməkdaşlarının 80 faizi üçün fransız dili birinci, ikinci və ya üçüncü danışıq dilidir.
Belə xəbərlər də var ki, Avropa Komissiyasına ingiliscə yazılan məktublar cavabsız qalır.
Bir Avropa diplomatı The Daily Telegraph qəzetinə deyib:
“Fransız komissar ingiliscə məktub alanda, biz onu Parisə göndərməzdən əvvəl fransız dilinə tərcümə etdiririk. Biz Şuranın iclaslarında fransızca danışacağıq. Bəzi işçi qruplarda tərcümə sistemləri yoxdur…”
Amma həmin diplomat Britaniya qəzetinə narahat olmamağı məsləhət görüb:
"Əgər nəsə anlaşılmasa, iclasların arasında biz bunu izah edərik. Burada Brüsseldə dövlət qulluqçuları arasında çox sayda fransızdilli var”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Dünən, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Dünən, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Dünən, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Dünən, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Dünən, 07:03 |
|
|
|
|