SOCAR "Azneft" İstehsalat Birliyi yenə də sıravi işçilərə sitəm edir. "DİA-AZ" xəbər verir ki, növbəti dəfə neft çalışanlarına istinadla SOCAR-ın yaratdığı problemlərdən danışan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı aidiyyatı qurumları tədbir görməyə çağırıb.
"Yenə gəmi problemi?" deyə müraciət edən M.Qəhrəmanlı açıqlamasında belə vurğulayır: "Həlli düyünə düşmüş problem. İşçilərin günahı nədir?"
"Azneft" İstehsalat Birliyinə aid Neft Daşları 1, 2, 4 və 5-ci mədənlərində çalışan neftçilər NHMT-yə müraciətlərində qeyd edir:
"Rayondan çağırıblar... 2 gündür Bakıda saxlayırlar.
Gəmi ilə təmin etmirlər. Pulumuz da yoxdur... daha qutarib.
Lakin hələ də dənizə göndərmirlər..."