İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                     Mərhum generalın işində hökm oxundu .....                     İbrahim Kalın Suriyaya gedib .....                     "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" .....                     Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib .....                     “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                     Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” .....                     Paşinyandan müxalifətə erkən seçki şoku .....                     İrəvanda “artsax nümayəndəliyi”: .....                     “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                 

Putin Medvedyevi qurban verir
Tarix: 28-03-2017, 09:32 | Çap et
Putin Medvedyevi qurban verir
Rusiya əyalətlərində martın 26-da başlayan aksiyalar paytaxt Moskvaya və Sankt-Peterburqa çatıb. Şimal qonşumuzdakı hadisələr şübhəsiz ki, Azərbaycanda da diqqətlə izlənir. İndi Azərbaycanda “Qərb Rusiyanı içəridən dağıtmağa qərar verdi” kimi versiyalar daha populyardı. 17 illik Putin hakimiyyətinin gözlənilmədən içəridən “çat verməsi”, özünə gün ağlamayan Qərbin(?) Rusiyada inqilab hazırlaması, polisin əyalətlərdə müxalifət fəallarının qarşısından “qaçması” kimi versiyalar əlbəttə ki, reallıqdan uzaq görünür.

Putin hakimiyyəti bəlkə də heç vaxt olmadığı qədər indi güclüdür. Doğrudur, son rəy sorğularında Kreml rəhbərinin ölkədaxili reytinqində müəyyən geriləmə nəzərə çarpırdı, amma bu, ölkəni silkələyəcək həddə deyildi. Son aylar əyalətlərdə və mərkəzi hakimiyyətdə ciddi kadr dəyişikliyi də Putinin mövqelərini xeyli möhkəmlədib. Generalitetdə də özünə sadiq adamları ön vəzifəyə çəkən Putin gələn il keçiriləcək seçkilərə hazırlıq içərisindədir. Amma onun prezidentlik yolunda əngəllərdən biri və bəlkə də birincisi indi Rusiyada baş verənlərin əsas antiqəhrəmanına çevrilmiş baş nazir Dmitri Medvedyevdir.
Rusiya prezidenti Vladimir Putin martın 14-də keçirdiyi Nazirlər Kabinetinin geniş iclasında Dmitri Medvedyevin iştirak etməməsini ölkədəki qrip epidemiyası ilə izah etmişdi. Bu toplantıdan sonra həqiqətən də baş nazir “gözdən itdi” və prezidentin Təhlükəsizlik Şurasının iclasında belə iştirak etmədi. Rusiya mediası və sosial şəbəkə dərhal bu xəbərlərə “Putin Medvedyevlə yollarını ayırır” rəngi verərək, baş nazirin gözdən itməsinin qriplə bağlı olduğuna şübhə ilə yanaşdılar. Medvedyevin qısa müddət sonra işə çıxması və “mən xəstə deyildim” söyləməsi bu məsələ ətrafında müəmmanı daha da artırdı.

Rosbalt.ru saytı yazır ki, Medvedyev bu sözləri ağır yüklü maşınların sürücüləri ilə görüşündə deyib. Belə ki, sürücülərdən biri baş naziri sağalmasına sevindiyini deyib, Medvedyev isə faktiki olaraq prezidenti təkzib edərək, xəstə olmadığını söyləyib. Yada salaq ki, ötən ilin avqust ayında da Medvedyevin istefaya göndəriləcəyi haqda informasiya yayılmışdı. Medvedyevin istefaya göndəriləcəyi və onun yerinə keçmiş maliyyə naziri, baş nazirin ən qatı əleyhdarı kimi tanınan Aleksey Kudrinin gətiriləcəyi haqda informasiyaları Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edərək hökumətin tərkibində də heç bir dəyişiklik gözlənilmədiyini bəyan etmişdi.

Rosbalt yazır ki, Medvedyevin “siyasi qripi”nə səbəb prezidentin ona istefaya getməsi təklifindən sonra baş verib. Bildirilir ki, Putin hələ 2011-ci ildə baş nazirlə anlaşıb ki, 2018-ci ilə - yəni növbəti prezident seçkilərinə qədər baş naziri dəyişməyəcək. İkinci versiyaya görə isə Medvedyev Navalnının onu korrupsiya ilə ittiham edən filmindən sonra istefasını tələb edən “Kreml qırğılarından” inciyib və paytaxtı tərk edib. Bildirilir ki, Medvedyev yalnız Putinin israrından sonra bugünlərdə iş başına qayıdıb.

Rusiya mediası yazır ki, əgər Medvedyevin yaxın günlərdə istefaya göndərilməsi reallaşmasa, o halda əks proses başlaya bilər. Yəni Putin hökumətdə anti-Medvedyev qruplaşmasını dağıtmalı olacaq. Bildirilir ki, aprel ayında Putinin Medvedyevi seçəcəyi, yoxsa onunla vidalaşacağı məlum olacaq.

Amma Rusiyada martın 26-da baş verən hadisələr Medvedyevi bütün dünyada hədəfə çıxarıb. Məlumdur ki, martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarının əsas hədəfi də məhz baş nazir olub. Mitinqlərin keçirilməsinə səbəb Medvedyevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən Navalnı Fondunun araşdırması olub. Navalnı Medvedyevin gəlirsiz təşkilatlar kimi kölgəli şəbəkələr vasitəsilə daşınmaz əmlak, yaxtalar və üzüm bağları kimi sərvətlərə malik olduğuna dair detallı hesabatından sonra ölkənin əksər bölgələrində aksiya çağırıb.

Uzaq Şərqdən paytaxt Moskvayadək əks-səda verən bu mitinqlər 2011-2012-ci illərdə keçirilən mitinqlərdən sonra ən böyük və təşkilatlanmış aksiyalar hesab edilir.

Martın 27-də etiraz aksiyaları Moskva və Sankt-Peterburqda davam etdirilib. Paytaxtda müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib. Maraqlıdır ki, aksiyalarda Putin əleyhinə plakatlar da gözə dəysə də, əsas hədəf baş nazir olub, o, az qala ölkədə baş verən bütün iqtisadi bəlaların səbəbkarı kimi göstərilib. Rusiyanın rəsmi KİV-ləri aksiyalarla bağlı xəbərləri gizlədib, amma məlum olub ki, güc strukturları paytaxtdan kənar keçirilən aksiyalara ciddi müdaxilə də etməyib ki, bu da diqqət çəkir. Çünki Putinin yerli canişinləri miqyasından asılı olmayaraq bu cür etiraz aksiyaların qarşısını dərhal almağa üstünlük verir. Martın 26-da isə Medvedyev əleyhinə aksiyalarda güc strukturları humanist davranıblar ki, bu da yenə diqqətləri baş nazirin istefasına yönəldib.

Daha bir maraqlı məqam isə Medvedyevin martın 26-da başlanılan aksiyalar zamanı harada olması ilə bağlı xəbərlərin rus mediasında geniş tirajlanmasıdır. Məlum olub ki, Rusiyanın baş naziri korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman... xizək sürürmüş.

Müxalifət lideri Navalnının həbsinə baxmayaraq, aksiyaların Rusiyanın iri şəhərlərinə çatması artıq Kremlin müdaxiləsini zəruri edir. Martın 27-də polis öz gücünü göstərib, yüzlərlə müxalifət fəalı həbs olunub.

Medvedyevin rəhbərlik etdiyi hökumət ağır iqtisadi sanksiyalara baxmayaraq, ötən ilin sonu və bu ilin ilk üç ayında maliyyə bazarında stabilləşməyə nail olub. Rublun kursunun möhkəmlənməsi və ÜDM həcminin cüzi də olsa artması hökumətdən narazılıqları azaldıb. Yəni faktiki olaraq hökumət nə bacarıbsa onu edib. Amma indi əsas hədəf son nəticədə Putin rejimi olsa da, Kremllə narazı kütlənin arasında baş nazir amili qoyulub. Bu, Putinə imkan verir ki, “xalqın basqısı altında” baş naziri istefaya göndərsin və ya onu daha uyğun bildiyi zamanda hökumət rəhbərliyində ayrılmasına razı salsın.
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Dünən, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Dünən, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Dünən, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Dünən, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Dünən, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Dünən, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Dünən, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Dünən, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Dünən, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Dünən, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Dünən, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Dünən, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Dünən, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Dünən, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Dünən, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Dünən, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Dünən, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Dünən, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Dünən, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Dünən, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Dünən, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru