Daha bir milyarder Putini qəzəbləndirib
Tarix: 8-09-2016, 09:22 | Çap et
 Rusiyada Vladimir Putin hakimiyyətə gələndən Rusiya kapitalizminin ilk onilliyində milyardlar qazanmış şəxslər bir-bir dənlənib: həbsə atılıblar, ölkədən qovulublar, sərvətlərindən əl çəkməyə, yaxud gəlirsiz layihələrdə iştiraka məcbur ediliblər. İndi də növbə, deyəsən, Viktor Vekselberg-ə çatıb. Onun bəzi baş menecerlərinə hücum göstərir ki, Kremlə sadiqliyin davamlı nümayişi də işə yaramır. Bu barədə В«BloombergВ»də Leonid Bershidsky yazır.
В«Hər şey 2000-ci il iyulun 28-dən başlanıb. Putin Rusiya biznesinin generalları ilə ilk rəsmi görüşünü keçirdi. Media maqnatı Vladimir Gusinsky görüşdə deyildi, həbsdəydi, Putin onun televiziya stansiyasını ələ keçirmək üzrəydi. Media orqanları da daxil olmaqla, müxtəlif aktivləri vasitəsilə Putin-in seçilməsinə kömək etmiş Boris Berezovsky də iclasda yoxuydu, Londondaydı. Bir neçə ay sonra heç qayıtmamağa qərar verəcəkdi, çünki həbs olunacaqdı. Az sonra neft şirkətini itirəcək və 10 il həbsdə yatacaq Mikhail Khodorkovsky isə iclasdaydı. Bankir Sergei Pugachev də ordaydı. Amma indi Fransadadır, Rusiyadakı holdinqləri əlindən çıxıbВ», - müəllif yazır.
SADİQLİK
В«Vekselberg də iclasdaydı, bir sıra varlı rusiyalı ilə birlikdə o, Putin-in zamanında pis yaşamayıb, başını aşağı salıb, ödənişlərini edib. В«BloombergВ»in milyarderlər siyahısında 14.2 milyard dollar sərvətinin olduğu göstərilən Vekselberg özünün bir patriot imicini yaradıb, Rusiyanın itirdiyi xəzinənin bir hissəsini ölkəyə qaytarıb. Məsələn, dünyada ən böyük В«Fabergé» pasxa yumurtaları kolleksiyası, filosof Ivan Ilyin-in arxivi bu siyahıdadır. Putin də çıxışlarında Ilyin-dən tez-tez sitatlar gətirir. Dmitry Medvedev-in prezidentliyi dövründə isə onun sevimli layihəsi olan Skolkovo İnnovasiya Mərkəzini könüllü idarə edib. Qısası, hakimiyyətə sadiqliyini, bir an da olsun, əldən verməyibВ», - məqalədə vurğulanır.
Amma bazar ertəsi hökumətin istintaq komitəsi milyarderin iki yaxın həmkarını, Boris Vainzikher və Yevgeny Olkhovik-i saxlayıb, üçüncü, Mikhail Slobodin isə axtarılır. Slobodin Rusiyanın 3 böyük mobil operatorundan biri – В«VimpelComВ»un direktoru, Vekselberg şirkətinin idarə heyətinin üzvüdür. O, xaricdə olduğundan saxlanmayıb. İndi Rusiyaya qayıdacağı bəlli deyil, amma həbslər barədə xəbər yayılan kimi В«VimpelComВ»dan istefa verib.
KORRUPSİYA MEXANİZMİ
Olkhovik Vekselberg-in В«RenovaВ» holdinqinin direktoru idi. Vainzikher isə В«T PlusВ» şirkətini idarə edirdi, bu şirkət Rusiya enerji istehsalının 7 faizinə nəzarət edir.
Müəllif bu ittihamların Putin-in birbaşa qəzəbindən doğduğunu vurğulayır. Avqustun 8-də şimaldakı Komi regionunun qubernatoru Sergei Gaplikov Putin-ə məktub yazıb, şikayətlənib ki, Vorkuta şəhərindəki istilik zavodu sərmayəsizlik üzündən sıradan çıxmaqdadır. 80 min nəfəri istiliklə təmin edən bu şirkətin sahibi В«T PlusВ» onu satmağı planlaşdırır, çünki şəhərin istilikpaylayıcı şəbəkəsi bir neçə aydır ödənişləri etmir. Məktubda bu şəbəkənin bir ofşor-şirkətlə bağlı olduğu vurğulanırdı.
Putin buna dərhal reaksiya verib. Elə Kominin keçmiş qubernatoru Vyacheslav Gaizer bir il öncə saxlanmışdı. O, regionda korrupsioner təşkilat qurmaqda ittiham olunur. Dərhal araşdırma aparılıb və şirkətin 3 meneceri Gaizer administrasiyasına rüşvət verməklə yüksək istilik tarifləri qoymaqda ittiham olunub.
KREMLİN GİROVU
Müəllif yazır ki, buaykı parlament seçkiləri öncəsi Komi korrupsiya qalmaqalı hakim Vahid Rusiya Partiyasının dəyirmanına su tökəcək. Axı sıravi rusiyalılardan çox az adam böyük biznesin ölkədə müsbət dəyişiklik yaratmasına inanır.
В«Vekselberg-in də narahat olunası çox şey var. Yaxın dostlarının həbsi, baş ofisində araşdırmalar Kremlin ondan dəyərli nəsə istədiyinin göstəricisidir. Tezliklə üzə çıxa bilər ki, В«T PlusВ» aktivləri hansısa dövlət şirkətinə, yaxud Putin-in milyarder dostlarından birinə faydalı ola bilər. Ondan nə istənildiyini tez anlayan milyarder sərvətini qoruya bilir. Məsələn, В«Brooklyn NetsВ»in sahibi Mikhail Prokhorov-un ofisində bir neçə dəfə axtarış aparıldı. Sonucda anladı ki, RBC media şirkəti Putin-in ailə biznesini araşdırıb. İşə yeni redaktorlar götürdü və təqiblər də dayandı. Həmkarları kimi Vekselberg də Kremlin girovudur, onun sərvəti istənilən formada yenidən bölüşdürülə bilər. O səbəbdən də Putin-in korrupsiyaya baxışı ikiüzlüdürВ», - müəllif yazır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57 |
|
|
|
• Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55 |
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
|