İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir .....                     Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? .....                     Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... .....                     Xırda biznesmenlər üçün böyük fürsət .....                     Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib .....                     Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib .....                     Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                 

“Anam məni ayağının altına salıb döyür, dişləyir, sonra üstümdə otururdu”
Tarix: 25-12-2013, 09:58 | Çap et
 “Anam məni ayağının altına salıb döyür, dişləyir, sonra üstümdə otururdu”
... Hər şey atasının evi tərk etməsilə başlayır. Hamilə qadın iki yaşlı balaca qızıyla tək qalır. O vaxt ailəsinə qarşı çıxıb sevdiyinə qoşulub qaçmışdı. İndisə həyatda tək idi. Bir zamanlar sevdiyi insanın onu tərk etməsini həzm edə bilməmişdi. İkinci dəfə ailə quran Kamilə xanımın birinci ərinə olan qəzəbi bitmək əvəzinə günü gündən böyüyür. O qədər böyüyür ki, atalarının qəzəbini qızlarından çıxır. Xüsusən də Türkandan. İş o yerə gəlib çıxır ki, anasının işgəncələri dözülməz həddə çatır. Və günlərin birində aylardı anasından gizli topladığı pulları da götürüb evdən qaçır. Həmin vaxt gedəcəyi bir yer vardı. Televiziya kanallarından birində yayımlanan veriliş. Taksiyə minən kimi bir başa Bakıya sürdürür. Verilişə getməyinin yaxşı tərəfi o olur ki, Türkan Bakıda fəaliyyət göstərən sığınacaq evlərindən birinə yerləşdirilir. Elə mən də onunla orda görüşdüm. Amma görüşməzdən qabaq sığınacaq evinin rəhbəri Kəmalə Ağayeva ilə söhbətləşdim. Türkan haqqında qısaca məlumat almaq üçün. K. Ağayeva sığınacağa gələndə Türkanın psixoloji vəziyyətinin ağır olduğunu dedi. Hətta bəzi adamlar onun yerinin sığınacaq evi yox, dəlixana olduğunu da söyləyib. Lakin Kəmalə xanım buna heç cür razı olmayıb. Sığınacaq evinə yerləşdirilən Türkana psixoloji yardım göstərilib. Ağayevanın sözlərinə görə, Türkan indi özünü çox yaxşı hiss edir. Sadəcə xarici görünüşü ilə problemləri var.


Otaqda oturub Türkanı gözləyirəm. Qapı açılır. İçəri sıxıla-sıxıla bir qız girir. Türkanı rahatlatmaq üçün müxtəlif mövzulardan danışıram. Arada isə lazımı sualları verirəm. Türkanın 22 yaşı var. Anası ilə münasibətini belə izah edir:


- Atam evdən gedəndə mənim iki yaşım olub. Anam isə bacıma hamilə imiş. Atam gedəndən sonra anamın bizə münasibəti çox dəyişdi. Lap balaca vaxtlarım yadıma gəlmir. Üç-dörd yaşımı xatırlayıram ki, anam çox pis söyüşlər söyərdi bizə. Böyüdükcə münasibəti düzəlməkdənsə, əksinə, pisləşirdi. Söyməklə doymayan anam artıq döyməyə başlamışdı. Yoxdan səbəblərdən bizi bərk döyürdü. Ən çox da məni. Bilmirəm, niyə mənə qarşı bu qədər nifrət doluydu?! Kənardan görənlər deyirdilər ki, bu, ya sənin doğma anan deyil, ya da xəstədi. Ögey olmadığına görə, mən onu xəstə qəbul edirəm. Çünki normal insan öz doğma balasına niyə belə zülm versin ki?! Bir neçə dəfə məktəbdən çıxarmaq istədi. Ayaqlarına düşüb yalvar-yaxar elədim yenidən məktəbə qayıtdım. Anam hirslənəndə mən boyda qızı ayağının altına salıb döyürdi. Ürəyi soyumazdı, dişləyirdi. Axırda da üstümdə oturardı. Yerimdən qalxmağa halım olmayanda ayağıyla təpikləyib “artistlik etmə” deyirdi.


Söhbətdən əvvəl Kəmalə xanım Türkanın anasının rəfiqəsinin onlara zəng etdiyini demişdi. Türkanı bayrama evlərində gözləyirlərmiş. Türkandan geri qayıdıb-qayıtmayacağını soruşuram.

- Qəlbim sınıb. Çox qırılmışam. Zamanla necə olacaq bilmirəm. Amma bir neçə günə çətin ki, nəsə dəyişər. Bayramı burda keçirəcəm.



Deyir və kədərlənir.

- Anam üçün yox, evimiz üçün darıxıram.


Anası məcbur edir ki, bacısı onun sevdiyi oğlanla danışsın

- Rayon yerlərində belə adət var. Deyirlər qızını varlı oğlana ərə ver, sənə də baxsın. Anam da istəyirdi ki, məni xalam oğluna versin. Ali təhsili yoxdu, ticarətlə məşğuldu. Mən isə ali təhsilli bir oğlanı sevirdim. Anam ayırdı bizi. O, zəng edən də telefonu bacıma verirdi ki, danış. Ona deyirdilər ki, guya mən daha onunla danışmaq istəmirəm. O da inandı. Artıq evlənib. Bacım yazıq da məcbur qalıb danışırdı. Yoxsa pis qız deyil. Anam məni otağa salıb ac saxlayanda o, xəlvətcə mənə yemək gətirirdi. İndi ailəlidi. Amma xoşbəxt deyil.


Türkanın həkim pulunu anası xərcləyir

- Mədəm ac qalmaqdan xəstədi. Ən çox ağrılarım uzananda olur. Dayımın yoldaşı Rusiyadan gələndə məni həkimə aparmışdı. Amma həkim yerində olmadı deyə göstərə bilmədi. Özü bilet almışdı, Rusiyaya qayıtmalıydı. Pulu anama verdi ki, sonra apararsan. Anam pulu xərclədi, amma məni həkimə aparmadı. Mən əvvəllər gözəl idim. Xəstəlikdən belə olmuşam. Çox istəyirəm sağalım. Üzümdəki səpkilər də gedəcək o zaman.


Gələcəyi ilə bağlı isə Türkan bunları deyir.

- Təhsil almaq istəyirəm. Kəmalə xanım mənə kömək edəcəyini deyir. Psixoloq olacam. İnsanlara yardım edəcəm.



... Otaq isti olsa da, Türkan başını örtmüşdü. O qədər ac qalıb ki, vitamin çatışmazlığından saçları tökülür. Bu da ona pis təsir edir. Utandığına görə saçlarını ləçəyin altında gizlədir. Sonda şəkil çəkdirmək istəyəndə bayaqdan bəri “mən güclüyəm. Hər xırda şey üçün ağlamaram” deyən qız, üzünü ovcuna sıxıb başlayır hönkür-hönkür ağlamağa. Hıçqırtılar arasından qırıq-qırıq səslər gəlir: “Utanıram, çox utanıram”.


Bu gün Türkan sığınacaq evində yaşayır. Hələ ki, psixoloji yardım alır. İndi onun tək dərdi müalicə almaq, tökülmüş saçlarının bərpa olunmasıdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Bu gün, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Bu gün, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Bu gün, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Bu gün, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Bu gün, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Bu gün, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Bu gün, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Bu gün, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru