HÜSEYN BAĞIROVUN İSMAYILLIDAN XƏBƏRİ VARMI?
Tarix: 4-12-2013, 13:48 | Çap et
Basqal qəsəbəsinin əhatəsində olan meşəliklər kəsilərək məhv edilir. Yerli sakinlər deyirlər ki, vaxt var idi buralarda ağacların sıxlığından meşəyə girmək çətin idi. İndi meşənin içərilərinə girdikdə hektarlarla ərazinin kəsildiyinin şahidi olursan. Artıq necə deyərlər meşədə bilək yoğunluğunda qalın ağac tapa bilməsən. QƏBƏLƏDƏN İSMAYILLIYA QƏDƏR İSTİRAHƏT MƏRKƏZLƏRİ VAR Qəbələ rayonundan İsmayıllının çıxacağına kimi meşələrin içində çoxsaylı istirahət mərkəzləri tikilib. Belə yeni bir obyekt də Basqalın çıxacağında tikilməkdədir. Bu üzdən də yeni ağaclar qırılmaqdadır. Biz əraziyə gedəndə də orada texnikalar iş başındaydı. Həmin texnikaların 10 saylı İsmayıllı Yol İstismar idarəsinə məxsus olduğu iddia olunurdu. Ərazidə çalışanlarla söhbətdən bəlli oldu ki, texnikanın günü 500 manatdır. Onlar rəhbərliyin tapşırığı ilə iş görürlər. EKOLOGİYA İDARƏSİ VƏZİYYƏTDƏN XƏBƏRSİZDİR... Gördüklərimizə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin İsmayıllı regional idarəsinin rəisi Əlirza Əliyevə üz tutduq. O, bildirdi ki, bu vəzifədə yenidir və baş verənlərdən xəbəri yoxdur: “Təcili baş verənlərlə əlaqədar əraziyə gedib lazımı ölçü götürəcəm”. İdarənin işçiləri isə deyirdilər ki, rəis Əlirza Əliyevi belə işlərə qarşı barışmaz mövqedədir. Biz idarədən uzaqlaşmamış qrup şəklində həmin əraziyə baxış üçün nümayəndələr göndərildi. Sonradan diqqətimizə çatdırıldı ki, baş verənlər nəzarətə götürülüb və tədbir görülməsi üçün ciddi fəaliyyətə başlanılıb. Dəfələrlə cəhd etsək də Yol İstismar İdarəsinin müdiri Məhəmməd Musayevlə isə əlaqə saxlaya bilmədik. DÖVLƏTİN TEXNİKASINDAN ŞƏXSİ MARAQLAR NAMİNƏ İSTİFADƏ? Daha sonra rayon icra hakimiyyətinə üz tutduq. Rayon icra hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Mahmud Süleymanov da bildirdi ki, bu işlərdən rayon rəhbərliyinin xəbəri yoxdur: “Necə yəni, qəti şəkildə deyirəm dövlətin texnikasından, əmlakından şəxsi maraqlar naminə istifadə yolverilməzdir. Yaxşı oldu ki, bu məsələni diqqətimizə çatdırdınız. Mən bu saatdan etibarən bu məsələni araşdırıb tədbir görəcəm”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb - “Bloomberg”
Bu gün, 06:27 |
|
|
|
| • Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16 |
|
|
|
| • Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12 |
|
|
|
| • “Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07 |
|
|
|
| • Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04 |
|
|
|
| • “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40 |
|
|
|
| • “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38 |
|
|
|
| • Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01 |
|
|
|
| • Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59 |
|
|
|
| • “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52 |
|
|
|
| • Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30 |
|
|
|
| • Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28 |
|
|
|
| • Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27 |
|
|
|
| • Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23 |
|
|
|
| • "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20 |
|
|
|
| • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56 |
|
|
|
| • Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49 |
|
|
|
| • "Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28 |
|
|
|
| • “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22 |
|
|
|
| • Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18 |
|
|
|
| • Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52 |
|
|
|
| • Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40 |
|
|
|
| • Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
| • Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Dünən, 11:29 |
|
|
|
| • Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Dünən, 11:25 |
|
|
|
| • 'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Dünən, 11:21 |
|
|
|
| • Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Dünən, 11:18 |
|
|
|
| • Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Dünən, 11:09 |
|
|
|
| • Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Dünən, 10:57 |
|
|
|
| • “Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Dünən, 10:49 |
|
|
|
| • 1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 10:46 |
|
|
|
| • Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Dünən, 10:40 |
|
|
|
| • İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Dünən, 10:19 |
|
|
|
| • "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Dünən, 10:09 |
|
|
|
| • Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Dünən, 10:01 |
|
|
|
| • İslam Mahaçev UFC çempionu oldu
Dünən, 09:59 |
|
|
|
| • Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Dünən, 09:57 |
|
|
|
| • Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Dünən, 09:55 |
|
|
|
| • NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Dünən, 09:53 |
|
|
|
| • Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Dünən, 09:51 |
|
|
|
| • “İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Dünən, 04:37 |
|
|
|
| • Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Dünən, 04:24 |
|
|
|
| • LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Dünən, 04:21 |
|
|
|
| • Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Dünən, 04:13 |
|
|
|
| • Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Dünən, 04:07 |
|
|
|
| • “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Dünən, 03:55 |
|
|
|
| • Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Dünən, 03:50 |
|
|
|
| • 8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Dünən, 03:41 |
|
|
|
| • 2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Dünən, 03:38 |
|
|
|
| • "Hələ də inana bilmirəm..." - FOTO
Dünən, 03:31 |
|
|
|
|