“Azneft” İstehsalat Birliyi cərimələnə bilər .....                     Fətulla Mustafayev NQS işçilərindən pul yığır .....                     Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür .....                     Paşinyan Qarabağ klanına qarşı .....                     “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” .....                     Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: .....                     Rəqsanənin səhhətində problemlər var .....                     AZƏRİQAZ LƏĞV OLUNUR? .....                     Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... .....                     Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı .....                     "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" .....                     Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək .....                     Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil .....                     Ukrayna çoxlu ərazi qazanacaq .....                     İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi .....                     Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq .....                     Şair Məmməd İsmayıl vəfat edib .....                     Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı .....                     Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam .....                     “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... .....                     Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                     Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri .....                     Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb .....                     Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır .....                     Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib .....                     Ağ Evdə Ukrayna müzakirələri: .....                     Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                 

AZƏRBAYCANLI AKTRİSA: "QADINLARIN ƏKSƏRİYYƏTİ"...
Tarix: 3-12-2013, 08:43 | Çap et
AZƏRBAYCANLI AKTRİSA: "QADINLARIN ƏKSƏRİYYƏTİ"...
“Yuğ” Dövlət Teatrının aktrisası Natəvan Qeybaninin Milli.Az-a müsahibəsi.

Dosye: Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardandır. Teatrın səhnəsində qoyulan tamaşalarda Sara (“Solğun çiçəklər”, C.Cabbarlı), Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi), “Qaratoxmaq qadın” (“At. Daş. Qadın”, T. Daimi), Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası), Əmidostu (“Hop? Hop!”, M. Ə. Sabir), Divanə Qız (“Zindan guşəsindən bir səs və yaxud Divanə”, H.Cavidin altı poeziya nümunəsi əsasında), Xurşud (“Sən həmişə mənimləsən və yaxud Boyçiçəyi”, İ.Əfəndiyev), Varya (“Birinci akt”, A.P.Çexovun “Albalı bağı” komediyası əsasında) və digər rollarda çıxış edib.

“Yuğ” Dövlət Teatrında görüşdüyümüz gün digər həmkarları kimi Natəvan xanım da iranlı kinorejissor Babək Şirinsifətin Vaqif İbrahimoğlu və onun yaratdığı “Yuğ” Teatrı haqqındakı sənədli filminin çəkilişlərindən yenicə çıxmışdı...

- Sizin təqdimatınızda gördüyümüz personajlar möhkəm iradəli, hər şey barədə özünün fikri olması və hətta bir qədər sərtliyi ilə fərqlənirlər. Gerçək həyatda da beləsiniz?

- Bilirsiniz ki, bizim teatrda “obraz üzərində işləmək” ifadəsi yoxdur. “Yuğ”çular insan ruhunda olan keyfiyyətləri bədii hala gətirməklə məşğuldurlar. Dediyiniz sərtlik görünən üst qatdır. Bu qatın altındakı Natəvanı məqamından və konkret dairədən asılı olaraq istər gerçək həyatda, istərsə də səhnədə insanlar müxtəlif cür səciyyələndirə bilərlər. Sabit olan odur ki, mən heç bir halda qeyri-səmimiyyəti qəbul etmirəm. Bütün kollektivimiz birlikdə gedib hansısa tamaşaya baxanda səhnədə qeyri-səmimilik sezirdimsə, dərhal buna reaksiya verirdim, Vaqif müəllimə (“Yuğ” Dövlət Teatrının yaradıcısı mərhum Vaqif İbrahimoğlu – red.) deyirdim ki, səmimi deyillər e, müəllim. O da deyirdi ki, bu qədər hövsələsiz olma. Mənim bəxtim onda gətirdi ki, Vaqif müəllimin kursuna düşdüm. Düzdür, çox gənc olduğumuzdan ilk vaxtlar onun psixosof poetikasını qavramaq iqtidarında olmadığımız üçün kontakt alınmırdı və iki ildən sonra o, bizdən imtina etmişdi. Amma sonra yaxşı ki, məşğələləri davam etdirdi.

İnsan doğulandan ölənə qədər özünün mənəvi böyüməsi ilə məşğul olmalıdır. Şəxsiyyət özünə daha çox şey götürməlidir. Vaqif müəllim bizə bunu öyrədirdi və bütün bunları bizə verirdi. Ancaq öz daxili potensialını artırmaq qabiliyyətinə malik olan, belə gücü olan insan bunları qəbul edə bilər. Valideynlərimdən aldığım tərbiyənin davamını Vaqif müəllimdən gördüm. Ondan əqidə möhkəmliyini öyrənmişəm. Necə deyərlər, onun tələbəsi olmaqla öz qabıma düşdüm. Mən başqa teatrda işləyə bilmərəm. Bizim teatrın aktyorları eqosentrizmi əsas götürürlər.

- Bu sənəti seçəndə nəyi əsas götürdünüz?

- Bu sənəti təsadüfən seçdim. Yəqin ki, dram dərnəklərində məşğul olmağım qərarıma təsir edib. Amma hər hansı aktyorun pərəstişkarı olduğum üçün bu sənəti seçdiyimi deyə bilmərəm.

- Ola bilməz ki, başqa heç nə ilə maraqlanmayasınız...

- Belə deyək, yüksək dəyər verdiyim peşələrdən biri həkimlikdir. Müqəddəs sənət kimi baxıram həkimliyə. İnsanların sağlamlığının keşiyində dayanmaq, doğrudan da, müqəddəs işdir. Həkim hikmət sahibi deməkdir. Yəqin ki, aktrisa olmasaydım, həkim olardım. Daha doğrusu, olmaq istərdim. Bir də idmanla çox maraqlanmışam, hətta mütəmadi məşğul olmuşam. İndi vaxt məhdudluğundan məşğul ola bilmirəm. Qızımın bu sahəyə həvəsi olsa, çox şad olaram.

- Bəs övladlarınızın aktyorluğa meylini necə qarşılayarsınız?

- Çox yaxşı. Bizim sənət adamlarının əksəriyyəti, hətta demək olar ki, hamısı bunu arzulamadıqlarını deyirlər, amma mən belə düşünmürəm. Övladlarım mənim yolumu davam etdirsələr, yalnız sevinərəm. Oğlum hələ balacadır, dörd yaşı var. Qızım isə səkkiz yaşındadır, hələlik skripkaya yaman bağlanıb, özünü aparıcı rolunda təsəvür etməyi xoşlayır. Mən özüm aktrisa olmaq istədiyimi valideynlərimə deyəndə kəskin reaksiya ilə qarşılaşmamışdım. Təbii ki, atam təəccüblənmişdi, amma anam dedi ki, işin olmasın, qoy həvəsi haradırsa, o sənətin dalınca da getsin.

- Məişətdə necə, xüsusi həvəslə gördüyünüz iş hansıdır?

- Məncə, qadınların əksəriyyəti ev işlərini məcburi, daha doğrusu, vəzifə borcları olduğu üçün görürlər. Düzdür, bir və ya bir neçə ev işinə xüsusi həvəsi olan qadınlar da az deyil, amma mən belə deyiləm. Hansısa ev işinə xüsusi həvəsim, hansındasa fərqli bacarığım yoxdur. Hamısını lazım olduğuna görə edirəm. Amma bu, o demək deyil ki, karyera mənim üçün daha önəmlidir. Qətiyyən. Ailəm və karyeram ikisi də mənim üçün bir müstəvidədir. Biri o birindən üstün deyil.

Yaxşı bacardığım işlərdən biri dublyajdır. On ildən çoxdur bu işlə məşğulam. Özü də maraqlıdır ki, elə o vaxtdan mənə yaşımdan xeyli böyük qadın personajları səsləndirməyi həvalə edirlər.

- Yaşdan söz düşmüşkən, aktyorların bacarıqlarının üzə çıxmağında bu, vacib amillərdən biridir. Bununla bağlı səhnədə, ya da ekranda hələ canlandırmadığınız hansısa personajdan ötrü heyfsilənirsiniz? Əlbəttə, “Yuğ” Teatrında bu məsələ bir az başqa cürdür, amma hər halda...

- Yox, hansısa rolun həsrətində olmamışam və deyiləm. Zamanında Kleopatranın da, Cülyettanın da vasitəsilə tamaşaçılarla ruhi kontakta girmişəm. Pünhan Həsənlinin hazırladığı tamaşalarda. Yeri gəlmişkən, deyim ki, onunla yenidən məmnuniyyətlə işləyərdim.

Əksinə, bizim teatrda ruhi kontaktın alınmasında yaş amili bir az başqa rol oynayır. Hələ də kinorejissorlardan sanballı təklif almadığıma görə də yaş amili məni narahat etmir. Məsələn, Varyanın tamaşaçılarla ruhi kontaktı bir neçə il əvvəl başqa çalarda ola bilərdi. Əslində, Vaqif müəllim demişkən, bunlar hamısı bəhanədir, əsas olan tamaşaçı ilə kontaktın alınıb-alınmamasıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Bu gün, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Bu gün, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Bu gün, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Bu gün, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Bu gün, 17:46
Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Bu gün, 17:42
Rəqsanənin səhhətində problemlər var – Vəkil
Bu gün, 17:39
AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Bu gün, 17:37
Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Bu gün, 17:33
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Bu gün, 17:13
"Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 17:05
Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Bu gün, 17:01
Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Bu gün, 16:54
Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Bu gün, 16:49
İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Bu gün, 16:41
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Bu gün, 16:37
Şair Məmməd İsmayıl vəfat edib
Bu gün, 16:36
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Bu gün, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Bu gün, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Bu gün, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Bu gün, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Bu gün, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Bu gün, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Bu gün, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Bu gün, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Bu gün, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Bu gün, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru