Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                     Paşinyana qarşı Zəngəzur iddiası .....                     Rubio və Fransa XİN başçısı .....                     Günahı İranda görə Pezeşkian... .....                     Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki .....                     Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA .....                     “Kinostudiya bərpa olunmalıdır” .....                     “Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır .....                     Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                     Bakı və Ankaranın dostuna pis xəbər .....                     "Az-çox qazandığınız etimadı alt-üst etdiniz" .....                     ABŞ konqresmeni: .....                     Bu il sülh ÇƏTİN GÖRÜNÜR... .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək .....                     Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır .....                     Azərbaycanda 21 illik xarici şirkət .....                     Kremlin şantajları nə qədər davam edəcək? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Deputatdan Prezidentə şikayət olundu .....                     Turizmin anasını özümüz AĞLADIRIQ .....                     Ruslar Qarabağda: Bunu görmüşük axı... .....                     "Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" .....                     SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? .....                     Azərbaycan təhsilində BARMAQ HESABI... .....                     Ağ Ev Güney Qafqazda nələri planlayır? .....                     Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər .....                     "Bu, Amerikanın qlobal gücünü göstərir" .....                     Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... .....                     Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... .....                     Naxçıvandan gedənlərə RUS ZÜLMÜ .....                     "Əgər qadın yalnızlıq çəkərsə..." .....                     Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır .....                     Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi .....                     İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan .....                     Mixail Qusman yeni vəzifəyə təyin olunub? .....                     Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib .....                     Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi .....                 

Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı...
Tarix: 14-02-2015, 10:36 | Çap et
Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur
Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib

Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat rəhbərlərinin qanuna sığmayan hərəkətləri ilə bağlı yuxarılara ünvanlanan şikayət məktublarının sayı kəskin şəkildə artıb. Buna baxmayaraq, vətəndaşları incidən, onların haqqını tapdalayan vəzifəli şəxslərin barəsində heç bir ölçü götürülmür.

Qəzetimizin keçən saylarından birində "Qarabağ müharibəsi veteranları, əlil və şəhid ailələri" İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri Aydın Aslanovun icra başçısı İsmayıl Vəliyevə arxayın olaraq törətdiyi özbaşınalıqlar haqqında yazı dərc etmişdik. Redaksiyamıza müraciət edən rayon sakinləri Aydın Aslanovun bu ictimai təşkilata rəhbərlik etməsinin Qarabağ qazilərinə, əlil və səhid ailələrinə qarsı hörmətsizlik olduğunu bildirmişdilər: "Çünki Aydın Aslanovun Qarabağda nə vaxt, harada olması, hansı istiqamətdə gedən döyüşlərdə istirak etməsini rayonda heç kim bilmir. Bilinən odur ki, Aydın Aslanov məhz Qarabağ müharibəsindən yayınmaq üçün polisdən çıxıb. 2012-ci ildə isə birdən-birə necə oldusa Aydın Aslanov "Qarabag müharibəsi veteranları, əlil və şəhid ailələri" İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri oldu?! Təskilata sədrliyə keçəndən sonra isə icra başçısı İsmayıl Vəliyevdən müxtəlif instansiyalara şikayət ərizələri yazmağa başladı. Daha sonra bu şikayətlərin nə məqsədlə edildiyi aydınlaşdı. Sən demə, bütün bunlar sadəcə, şahmat termini ilə desək, "Atla gediş" imiş?! Bunu deməyə Aydın Aslanovun icra başçısı ilə sonrakı yaxınlığı əsas verir. Bir müddət sikayətləri ilə icra başçısını şantaj edən Aydın Aslanov indi artıq icra başçısının obrazlı desək, vuran əli, eşidən qulağı, lazım gələndə danışan dilidir! Rayon rəhbərinin yanında belə hörmət qazanan Aydın Aslanovun ilk işi o oldu ki, rayonun avtovağzalını bu məqsədlər üçün tam yararlı olan bir binadan, rayon mərkəzində-yaşayış binaları, həyət evləri və 3 saylı orta məktəblə əhatə olunmuş bir ərazidə tikilən bazarda, avtovağzal üçün heç bir şəraiti olmayan bir otağa köçürülməsinə nail oldu.

Bu işdə icra başçısının da xüsusi marağı oldu. Çünki yeni tikilmiş bazarın el dililə desək, gurlaşması icra başçısının da marağında idi. Əks halda bu bazarı da Qobustan rayonunda inşa edilmiş bazarın aqibəti gözləyirdi. Bütün bunlara qanuni don geyindirmək üçün isə rayonun 1 saylı orta məktəbinin direktoru Alim Abdullayevin rəhbərlik etdiyi "Avtoservis"MMC-yə Aydın Aslanov icraçı direktor təyin edildi. Bu da az oldu! Aydın Aslanov Nəqliyyat Nazirliyinin Cəlilabad rayon 13 saylı Regional Nəqliyyat Departamentinin rəisi Namiq Kərimovla əlbir olub yeni avtovağzalda marşrut alveri etməyə başladı. Aydın Aslanov və Namiq Kərimov cütlüyü Neftçala bazarı-"Sədərək" ticarət mərkəzi marşrutu üzrə işləyən mikroavtobusları şəxsi əmlakları kimi istifadə edib, qaz vurub, qazan doldururlar! Kassası olmayan, vətəndaşlara bilet satılmayan "avtovağzaldan" çıxan mikroavtobusların sürücüləri hər oturacağa görə Aydın Aslanova reysdə bir manat ödəyirlər. Əvəzində isə Aydın Aslanov onlara "yolunuz aydın olsun" deyib yola salır. Yox əgər kimsə Aydın Aslanovun icra başçısı üçün tələb etdiyi 1300 manat pulu verməsə, onda Aydın Aslanov həmin sürücüyə hücum edib, onun kimliyindən, ailə vəziyyətindən asılı olmayaraq onu reysdən çıxarıb ailəsini çörəksiz qoyur! Namiq Kərimov da Aydın Aslanova dəstək verib, şikayət edənlərin qarşısında dağ olub, dim-dik dayanır". Şikayətdən göründüyü kimi, rayonun qeyri-qanuni fəaliyyət göstərən avtovağzalını nəzarətdə saxlayan Aydın Aslanov bəzi insanların burda işləməsinə imkan vermir. Rayondakı qaynaqlardan redaksiyamıza daxil olan məlumatlara görə, Aydın Aslanov icra başçısı İsmayıl Vəliyevin xeyir-duası ilə Neftçala şəhər bələdiyyəsinin sədri seçilib: "Onun bələdiyyə sədri vəzifəsində oturması rayonun mərkəzi hissələrinin bundan da bərbad hala düşəcəyindən xəbər verir. Çünki bu adamı Neftçalanın inkişafı yox, tamamilə başqa məsələlər maraqlandırır. O icra hakimi ilə şərikli şəkildə bəzi biznes layihələri həyata keçirməyə hazırlaşır. Hazırda Neftçala rayonunda İsmayıl Vəliyevlə yanaşı, Aydın Aslanovun hegemonluğu hökm sürür. O bələdiyyə sədri kimi artıq ilk özbaşınalıqlara qol qoyub. Belə ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində yerləşən bütün ticarət obyektlərinin sahibləri ilə yeni müqavilələr bağlanıb. Köhnə bələdiyyə sədrinin dövründə həmin müqavilələrə görə 6 manat tələb edilirdi. Aydın Aslanov isə müqaviləyə görə hər sahibkardan 10 manat yığdırır. Onun gördüyü iş tam qanunsuzdur. Çünki bələdiyyənin ilk iclası keçirilməyib və müqavilələrin bağlanması haqda qərar qəbul edilməyib. Sədr nə bilirsə onu da edir. Özbaşına şəkildə müqavilə şərtlərinə dəyişiklik edir".

Mənbəmiz bildirir ki, Aydın Aslanov indiyə kimi səbəb olduğu qeyri-qanuni əməllərinə görə çoxdan həbs olunmalı idi: "Belə ki, bir müddət əvvəl rayon sakini Elmir Hüseynov Aydın Aslanovdan Vergilər Nazirliyinə şikayət edib. Vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun imzası ilə Elmir Hüseynova cavab məktubu gəlib. Məktubda yazılıb ki, Neftçala şəhər sakini Aslanov Aydın Balağa oğlunun vergidən yayınması və digər məsələlər barədə Vergilər Nazirliyinə daxil olmuş 15.01.2015-ci il tarixli teleqramınıza dövlət vergi orqanlarının səlahiyyətləri daxilində baxılmışdır. Müraciətinizdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı Aslanov Aydın Balağa oğlunun Neftçala şəhəri, H.Əlyev prospektində yerləşən "Avtoservis" Məhdud Məsuliyyətli Cəmiyyətində 15.01.2015-ci il tarixədək icraçı direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir. Vergi orqanının müvafiq qərarına əsasən həmin cəmiyyətdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 29.01.2015-ci il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda, araşdırma zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanmışdır. Məlumat üçün bildiririk ki, "Avtoservis" Məhdud Məsuliyyətli Cəmiyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama başa çatdıqdan sonra nəticəsindən asılı olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Amma bələdiyyə sədri zəmin yaratdığı vergi cinayətinə görə hələ də cəzalandırılmayıb". Növbəti saylarımızda Aydın Aslanovun İsmayıl Vəliyevin haqqında yuxarılara yazdığı şikayətlərdən sonra ələ keçirdiyi obyektlər və digər qanunsuzluqları barədə məlumat verməyə çalışacağıq. Bizi izləyin.
\\ GünBakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Naxçıvandan gedənlərə RUS ZÜLMÜ - BU NƏDİ BELƏ?
Bu gün, 06:38
"Əgər qadın yalnızlıq çəkərsə..." - FOTO
Bu gün, 06:22
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir
Bu gün, 06:20
Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi - ƏMR
Bu gün, 00:16
İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan - NƏ ETMƏLİ?
Bu gün, 00:14
Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı
Dünən, 20:40
Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib
Dünən, 20:38
Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə
Dünən, 19:15
Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"
Dünən, 19:12
“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Dünən, 18:05
“10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Dünən, 18:02
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Dünən, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Dünən, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Dünən, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Dünən, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Dünən, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Dünən, 17:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru