Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu .....                     Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var .....                     Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                 

Qanunsuz təhsil biznesinin ARXASINDA KİM DAYANIR? - İTTİHAM
Tarix: 3-03-2020, 09:49 | Çap et
Qanunsuz təhsil biznesinin ARXASINDA KİM DAYANIR?
Bu kəlamdan da göründüyü kimi, təhsil yalnız orta məktəblərdən başlamamalı, insan körpəliyindən öyrənməyə başlamalıdır. Deməli, məktəbəqədər təhsil sisteminin qurulması bütün ölkələr kimi Azərbaycanın da təhsil strategiyasının ən ümdə məsələsi kimi aktuallıq qazanır. Statistik məlumatlar isə Azərbaycan uşaqlarının çox az qisminin bu imkandan yararlandığını göstərir. Belə ki, hazırda ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin sayı 1700-dən bir qədər artıqdır. Onların əksəriyyəti isə dövlət bağçalarıdır. Azərbaycan hökumətinin uşaq bağçaları və inkişaf mərkəzləri yaratmaq üçün həyata keçirdiyi bütün təşviqedici qərarlarına baxmayaraq, indiyədək cəmi 90 özəl müəssisə lisenziya ala bilib. Hazırda məktəbəqədər təhsil müəssisələrində yetişdirilən gələcək nəsillərimizin sayı isə qətiyyən ürəkaçan deyil. Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu gün ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə övladlarımızın cəmi 25%-i gedə bilir. 75% isə valideynlərinin imkansızlığı və uşaq bağçalarındakı qiymətlərin ailə büdcəsinə uyğun olmaması səbəbindən beynəlxalq qanunlarla təsbit olunmuş bu hüquqdan məhrum olunublar.

Halbuki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yaradılması şərtləri o qədər sadələşdirilib ki, hətta xaricdən gəlib burada uşaq bağçası açmaq belə mümkündür. Bir çox ölkələrdə milli təhsil strategiyasına, vətəndaş yetişdirmək siyasətinə zidd hesab edərək əsla icazə vermədiyi bu avantaja baxmayaraq, hələ də bu sahədə ciddi boşluqların olması xeyli düşündürücüdür. Valideynlərin öz uşaqlarını uşaq bağçalarına göndərməməsinin əsas səbəbi isə bayaq da qeyd etdiyimiz kimi ailə büdcəsi ilə təhsil haqqı arasındakı uyğunsuzluqdur.

Uşaq bağçalarının qiymətini öyrənmək üçün jurnalist qrupu olaraq Empaty uşaq bağçasında apardığımız reyd əsnasında öyrəndik ki, bu müəssisədə bir uşağın aylıq təhsil haqqı 350 manatdır. Azərbaycanda orta aylıq nominal əmək haqqının 500-550 manat civarında və bir ailədə adətən 2 uşağın olduğunu nəzərə alsaq, məktəbəqədər təhsil müəssisələrində təklif edilən xidmət haqqının ortagəlirli ailələrin aylıq büdcəsindən belə çox olduğunu görə bilərik. Üstəlik, aylıq maaşı orta nominal həddən aşağı olan ailələrin çoxluq təşkil etdiyi də sirr deyil. Ən əsası isə azmaaşlılar adətən gənclərimizdən təşəkkül tapır və onlar ailə qurarkən övladlarının necə yetişdirilməsi problemi ilə üz-üzə qalırlar.

Empaty uşaq bağçasında gözümüzə çarpan bəzi məqamlar problemin bununla məhdudlaşmadığını ortaya çıxartdı. Məlum oldu ki, ölkədə fəaliyyət göstərən bir çox məktəbəqədər təhsil müəssisələrində dövlət standartlarına da tam cavab vermir. Belə ki, Nazirlər Kabinetinin ötən il qəbul etdiyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında 351 saylı qərarının 5-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaq bağçalarının infrastrukturuna həyətyanı sahə, sadə idman qurğuları da daxil olmalıdır. Biz isə Emapty uşaq bağçasına bitişik hər hansı həyətyanı sahə və bu sahə üzərində qurulan idman qurğularına rast gəlmədik. Müəssisə çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərdiyindən yerləşdiyi məkan da bu cür infrastrukturu yaratmağa imkan vermir. Belə ki, uşaq bağçaları gərək bu təyinat üçün uyğun olan yerlərdə tikilsin, tələb edilən bütün infrastruktur şərtləri həyata keçirilsin. Empaty uşaq bağçası isə həyətyanı sahəsi olmadığı üçün bağçadan daha çox uşaq inkişaf mərkəzini xatırladırdı. Çünki uşaq inkişaf mərkəzləri uşaqlara müxtəlif peşələrə yiyələnmək vərdişləri öyrətdiklərindən həyətyanı sahələrə ehtiyac duymurlar. Uşaqlar öz günlərinin bir və ya iki saatını bu mərkəzlərdə keçirdiyindən yemək və yataqla da təmin olunmurlar. Biz də bu faktı dəqiqləşdirmək üçün Empaty uşaq bağçasının rəhbərliyindən uşaqlara yemək verib vermədiklərini, yataq otaqlarının olub olmadıqlarını soruşduq. Aldığımız cavab ilsə belə oldu:

Müəssisə rəhbərliyinin bu açıqlamasından məlum oldu ki, “Empati” uşaq inkişaf mərkəzi yox, bağçasıdır. O halda həyətyani sahəsinin olmaması, bu müəssisənin Nazirlər Kabinetinin 351 saylı qərarla müəyyənləşdirdiyi infrastruktur qaydalarına əməl etmədiyini göstərir. Elədirsə, sual yaranır: Bu müəsissənin uşaq bağçası kimi fəaliyyət göstərməsi üçün müvafiq lisensiyası varmı? Müəssisədən bizə lisenziyalarının olduğunu desələr də, bunu göstərmək istəmədilər. Əgər həqiqətən də haqlıdırlarsa, dövlət standartlarına cavab verməyən bu müəssisəyə lisenziyanı kim verib? Yeni qaydalara əsasən, bunu Xətai icra hakimiyyəti verməlidir. Bəs İcra hakimiyyəti niyə lisenziya verərkən bu çatışmazlığa göz yumub?

Araşdırmalarımız nəticəsində “xoruzun quyruğunu” yaxalaya bildik. Sən demə, bu müəssisə Azərbaycan Milli Məclisinin dəyişilməz deputatlarından olan Məlahət İbrahimqızının bacısı Mətanət Cabbarlıya aid imiş. Bu o Mətanət xanımdır ki, bacısının deputat seçildiyi Nizami rayonunun 62 saylı məktəb-liseyinin direktorudur. Hansı ki, bu məktəbdə baş alıb gedən özbaşınalıqlar barədə məlumatlar bir zamanlar tez-tez mətbuatın gündəminə gəlir, amma heç bir tədbir görülmürdü. Emapti uşaq bağçasının sahibi Mətanət xanımı daha yaxından tanımaq üçün gəlin, 2012-ci ildə “Yeni Müsavat” qəzetində dərc olunan “DEPUTATIN BACISININ MƏKTƏBİNƏ QARŞI RÜŞVƏT İDDİASI” sərlövhəli yazının bəzi sətirlərinə nəzər salaq:

“Müəllimlər və valideynlər 62 saylı məktəbdəki rüşvət yığımından narazı olsa da direktordan şikayət etməyə heç kim cəsarət göstərmir. Narazı valideyn və müəllimlərin qəzetimizə bildirdiyinə görə, bunun səbəbi məktəbin direktoru Mətanət Cabbarlının deputat Məlahət İbrahimqızının bacısı, deputatın isə YAP-çı olmasıdır.

Məktəblə bağlı narazılıqlar isə saysız-hesabsızdır. Valideynlərin sözlərinə görə, ötən ilin sentyabrında dərs ili başlanandan məktəbdə onlardan mütəmadi olaraq pul tələb edilir. Valideynlər hər bayramda onların övladlarından 50-100 manat məbləğində pul yığıldığını söyləyir. Onlar məktəbdə tez-tez keçirilən qanunsuz test imtahanlarından da şikayətlənir. Belə ki, məktəbin direktoru bu testlər zamanı şagirdlərin qiymətini aşağı salır, kəsir və onlardan pul tələb edir. Şagirdlərə paylanan surəti çıxarılmış test vərəqi isə onlara 2 manata satılır. Həmçinin yuxarı sinif şagirdlərinin qiyməti aşağı salınaraq sinifdə qalmaması üçün valideynlərdən 500-1000 manat tələb olunur. Bu imtahanların nazirlik tərəfindən keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur”.

Narazı müəllimlər isə bildirir ki, uzun illər məktəbdə işləyən savadlı müəllimlər direktor tərəfindən sıxışdırılıb işdən çıxarılıb. Müəllimlərə direktor tərəfindən təzyiq göstərilir ki, işdən çıxmaq barədə özləri ərizə yazsınlar. Çünki yalnız həmin halda müəllimə əmək kitabçası normal halda qaytarılır. Başqa əlacı olmayan müəllimlər də bununla razılaşmağa məcbur olur. İl ərzində 5-6 müəllimin işdən bu cür çıxarıldığı bildirilir. Onların yerinə isə direktorun qohumları və tanışları gətirilir. Narazı müəllimlər direktorun tanışlarının və yerlilərinin əvvəlcə məktəbdə laborant kimi işə götürüldüyünü, az müddət sonra isə başqa müəllimin işdən çıxarılması hesabına müəllim işlədiyini qeyd edirlər.

Valideynlərin sözlərinə görə, ötən ilin sentyabrında dərs ili başlanandan məktəbdə onlardan mütəmadi olaraq pul tələb edilir. Valideynlər hər bayramda onların övladlarından 50-100 manat məbləğində pul yığıldığını söyləyir. Onlar məktəbdə tez-tez keçirilən qanunsuz test imtahanlarından da şikayətlənir. Belə ki, məktəbin direktoru bu testlər zamanı şagirdlərin qiymətini aşağı salır, kəsir və onlardan pul tələb edir. Şagirdlərə paylanan surəti çıxarılmış test vərəqi isə onlara 2 manata satılır.

Şikayətçilərin sözlərinə görə, hər bayramda siniflərdən direktor üçün mütləq pul yığılmalıdır. Bu məbləğ direktor üçün 100, tədris hissə müdiri üçün isə 50-60 manat civarında olur.

Müəllimlər onu da qeyd edir ki, direktor məktəb üçün lazım olan kompüteri və digər texniki avadanlıqları onlara öz hesablarına aldırır: “Direktor bizi onları almağa məcbur edir, həm də baha qiymətə”.

Təhsil işçiləri il ərzində məktəbə gələn iki komissiya üçün də onlardan pul yığıldığını bildirir. Bu məbləğ ibtidai siniflər üçün 50, yuxarı siniflər üçünsə 25 manatdır. Müəllimlərdən bu il artıq dördüncü dəfə qəzet pulu da yığılıb: “Hər dəfə də 10 manatdan yığıblar. Ancaq qəzet üzü görməmişik”.

“Müəllimlər deyir ki, 2004-cü ildən direktor işləyən M.Cabbarlı indiyədək bir saat da olsun dərs deməyib: “Ancaq adında dərs yükü gedir. Yəqin adını axşam şöbəsinə yazdırıb, ancaq faktiki olaraq dərs demir””.

Xüsusilə sonuncu məqam bizim də diqqətimizi cəlb etdi. Belə ki, Empati uşaq bağçasında reydimiz saat 16-17 arasında düşmüşdü. Məntiqlə həmin vaxt Mətanət xanım 62 saylı məktəbdə olmalı idi. Hətta dərs yükü çox olmasa belə, bu, onun bir məktəb direktoru kimi, təhsil ocağının ən qaynar zamanında öz işinin başında dayanmaq məsuliyyəti var. O isə həmin saatlarda Empati uşaq bağçasında bizimlə sövdələşirdi.
"Hürriyyət"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru