Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                     Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                 

Sahil Babayevin bu qazimizdən xəbəri varmı? - Müalicə olunmaq üçün bankdan kredit götürdü
Tarix: 22-05-2019, 15:12 | Çap et
Sahil Babayevin bu qazimizdən xəbəri varmı?
Aprel döyüşlərində yaralanan 1-ci qrup Qarabağ qazisi Amin Sadıqov “Hürriyyət”ə məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Sadıqov Amin 1990-cı ildə Gədəbəy rayonunda anadan olmuşam. 171 saylı hərbi hissənin 2-ci taborunun 5-ci bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, manqa komandiri olmuşam. Göyçə gölü ilə üzbəüz dağda yerləşən Alagöllər postunda vətənimizin sərhədlərini qorumuşam.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qış üçün odun tədarükü görmək məqsədi ilə hərbi hissəsimizin komandirinə verdiyi hazırlıq nömrə 1 döyüş tapşırığına əsasən odun doğramaq üçün 8-ci təminat bölüyünə endirilmişəm.

Döyüş tapşırığını yerinə yetirərkən odun onurğamı sındırıb, helekopterlə xəstəxanaya çatdırılmışam. 6 ay hərbi hospitalda müalicə olunmuşam, belimdən əməliyyat keçirmişəm və hospitaldan evə buraxılmışam.

Otura bilmədiyim üçün bir neçə ay yorğan-döşəkdə qaldım. Dövlət tərəfindən mənə 8800 manat kompensasiya verildi. Həmin məbləği müalicəmə, özəlliklə də uzun müddət uzanıqlı qaldığımdan bədənimdə açılan, ağrısından göz aça bilmədiyim yaraların sağaldılmasına xərclədim. Amma yaraların hamısını sağaltmağa pul çatmadığından (1 yaranın tam sağalması üçün 1500-2000 manat civarında maddi vəsait tələb olunur), bu gün də bir neçə açıq yara qalmaqdadır və mənə olmazın əziyyət verir. Üstəlik ayağımda bəz əmələ gəlib deyə ayağımı qatlayıb rahat otura bilmirəm.

Müalicəmi davam etdirmək məqsədi ilə Kapitalbankdan 10 min manat məbləğində kredit götürdüm. Bir müddət müalicə olundum. Döş qəfəsindən aşağı hissəni hiss etmirdim, heç otura bilmirdim, müalicədən sonra isə fasilələrlə əlil əlifbasında otururam, sol ayağımın üstünə qalxıb, qısa müddət ayaqda qala bilirəm.

Əlilliyə görə 574 manat pensiya, 250 manat da prezident təqaüdü alıram. Hər ikisi ömürlük təyin edilib. Amma hər ay 400 manata yaxın banka ödəniş etmək məcburiyyətindəyəm.

Əvvəllər hər ay 412 manat ödəyirdim, sonra ödəmə müddətini artırdılar. Əvvəl 10 min manata 4 min faiz gəlirdisə, indi 6 min gələcək(16 687 man). Aya 347 manat 61 qəpik ödəyirəm, hələ dörd il də ödəməliyəm. Ailəmizdə heç kəs işləmir. Atam, anam, həyat yoldaşım, iki azyaşlı övladım və mən bu pula möhtacıq. Artıq qeyd etdiyim kimi, bu məbləğin bir hissəsi aybaay banka ödənir, üstəlik, hərəkət etmədiyimdən yoğun bağırsağım fəaliyyətdən qaldığı üçün qarın nahiyəmə katetr və kisə qoyulub. Dediyim odur ki, vəziyyətim çox ağırdır, maddi durumumuz acınacaqlıdır.

Ən ucuz dərmanımın qiyməti 12 manata yaxındır. O da ki, heç bir həftəyə bəs etmir. Dörd günə bir qutu dərman istifadə olunub qurtarır.

“Kapitalbank”ın rəhbərliyindən xahiş edirəm ki, mümkünsə ya borcumun ödəmə müddətini artırsınlar, ya da tutulan faizi azaltsınlar.

Sumqayıt şəhərindəki özəl klinikalardan birində çalışan yəhudi həkim məni ayağa qaldıracağına söz verib. Bunun üçün məndən 30 min manat istəyib. Bu məbləği 6 ay ərzində hissə-hissə, yaxud birdəfəlik ödəməliyəm. Amma imkanım olmadığı üçün bu variantlardan heç birini seçə bilmirəm, vəziyyətim isə günü-gündən ağırlaşır.

Hazırda ailəmlə birgə Gədəbəy rayonunun Şahdağ kəndində, atamın ata yurdunda yaşayıram. Müalicəmi davam etdirmək üçün atam yaşadığımız evi satışa çıxarmışdı. Amma Bakıda yaşayan bibilərim buna etiraz etdi, atama “dədə-baba yurdumuzu sata bilməzsən, oğlun dövlətə xidmət edib, indi qoy dövlət qayğısına qalsın”,-dedilər. Məhkəmədə iddia qaldırıb məni qeydiyyatdan çıxartdırdılar. Hazırda heç yerdə qeydiyyatım yoxdu, havadan asılı vəziyyətdəyəm, yay aylarında bibilərim ailələri ilə birgə bura gələcək, o zaman mən ailəmlə birgə evdən çıxmalı olacağam, getməyə isə yerim yoxdur.

Prezidentimiz İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban xanımdan, aidiyyati qurumlardan xahiş edirəm, tam müalicə olunub ayağa qalxmağım üçün mənə yardım etsinlər”.

Müəllifdən: Vətən uğrunda sağlamlığını itirən gənc qazinin məktubunu ürək ağrısı ilə oxuduq, redaksiyamıza yolladığı fotolar isə bizi dəhşətə gətirdi. İki övlad atası, vətəninin bütövlüyünü qorumağı özünə peşə seçən mərd Azərbaycan oğlu bu gün ağır durumdadır. Bədənindəki yaralar ona əzab verir, 3 ildir hərəkətsiz qalıb, ailəsini dolandıra bilmir. Dövlətin ona ayırdığı pulun böyük hissəsini aybaay banka verməli olur. Bütün ailə və yorğan-döşək xəstəsi olan qazimiz aclıq və səfalət içində yaşayır.

İnanırıq ki, nə ölkə başçımız, nə də birinci vitse-prezidentimiz vətən yolunda sağlamlığını itirən qazimizin düşdüyü ağır duruma biganə qalmayacaq. Azərbaycanda qazilərə hər zaman xüsusi diqqət və qayğı göstərilib.

Biz də öz adımızdan cənab İham Əliyevə və Mehriban xanım Əliyevaya, eləcə də aidiyyati qurumlara müraciət edərək, onlardan 1-ci qrup Qarabağ qazisi Amin Sadıqova yardım etmələrini xahiş edirik.

“Kapitalbank”ın rəhbərliyindən isə qazimizin müalicə üçün götürdüyü 10 mini ona bağışlamağı xahiş edirik. Bağışlamaq mümkün deyilsə, heç olmasa, faiz silinsin. Milyonlarla aylıq gəliri olan bir bank sağlamlığını itirən qaziyə belə kiçik bir güzəşt etməklə kasıblamaz, əksinə bu hərəkəti ilə çoxlarına gözəl örnək olar.

Gənc qazimizin yenidən sağlamlığına qovuşması üçün cəmi 30 min manat tələb olunur. Azərbaycan kimi zəngin yeraltı və yerüstü sərvətləri olan bir ölkə üçün 30 min manat çox cüzi bir məbləğdir. Heç kəs üçün sirr deyil ki, bu məbləğ yüksək vəzifəli məmurlarımızın az qala gündəlik yemək puludur. Söhbət isə bir insan həyatından, bir gəncin, iki azyaşlı övladı olan atanın gələcəyindən gedir.

Vətən uğrunda canından keçən, sağlamlığını itirən oğul və qızların özlərinə və ailələrinə qayğı, diqqət göstərmək xeyriyyəçilik deyil, borcdur, dövlətin borcudur.

Bu gün şəhidlərimizin ailəsi, sağlamlığını itirən qazilərimiz dövlət qayğısından kənarda qalarsa, sabah heç bir soydaşımız öz övladını vətəni qorumağa yollamaz.

İnanırıq ki, qazimizin harayı cavabsız qalmayacaq, ən tez zamanda dövlətimizin dəstəyi ilə sağalıb ayağa qalxacaq və sağlam canla ailəsinə qovuşacaq qeyrətli vətən oğlu.

Sahil Babayevin bu qazimizdən xəbəri varmı?
Sahil Babayevin bu qazimizdən xəbəri varmı?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru