Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                 

Tanınmış fermerlə icra başçısının qalmaqalı böyüyür - GİLEY
Tarix: 3-04-2018, 11:14 | Çap et
Tanınmış fermerlə icra başçısının qalmaqalı böyüyür
“Təzadlar” saytının 27 mart 2018-ci il tarixli buraxılışında “Goranboy rayon İcra Hakimiyyətindən “Təzadlar”da dərc edilmiş yazıya cavab” başlıqlı yazı təqdim edilmişdir. Həmin yazı-məktubda “Təzadlar” qəzetinin 20 mart 2018-ci il tarixli nömrəsində dərc edilmiş “Goranboyun icra başçısı qocaman fermerə qan uddurur” sərlövhəli yazıya aydınlıq gətirilmişdir. Redaksiya “KİV haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə alaraq həmin cavabı olduğu kimi təqdim etmişdi. Cavab məktubunda tanınmış fermer Akif Rzayevin (qəzetin 20.03.2018-ci il tarixli sayında dərc olüunub) Göranboy rayonunda başına gətirilən problemlərlə əlaqədar Prezident İlham Əliyevə müraciətindəki bir sıra xüsusatlar təkzib edilirdi.
Şikayətçi-fermer Akif Rzayevin də bu cavaba cavabı özünü çox gözlətmədi. Sonuncunun “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi məktub-müraciətinə bir sıra sənədlər də əlavə olunub və dərc olunmasını xahiş edir. Redaksiya bir daha tərəfləri sülhə və orta məxrəcə gələrək yaranmış vəziyyətdən kompromislə çıxış yolu tapmağa dəvət etməklə, A.Rzayevin cavabını ixtisarla təqdim edir:
Çox hörmətli redaksiya!
Ötən saylarınızda Göranboy rayonunda qış otlaq sahəmdə yaranmış vəziyyətlə əlaqədar dərc etdiyiniz obyektiv yazınıza görə sizə bir daha minnətdarlıq edirəm. Siz məni yox, əslində, haqqı müdafiə etmisiniz. Çünki mən sadə bir fermerəm, dövlətdən heç bir xərc, yardım istəmədən qoyunçuluq təsərrüfatı yaradaraq ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı cənab Prezident İlham Əlyievin çağırışlarına kokret əməli işimlə cavab verməyə çalışıram. Lakin bir daha təəssüf hissi ilə deyirəm ki, Göranboy rayon İH başçısı Nizaməddin Quliyev mənə ciddi problemlər yaratmışdır.
Saytınızda Goranboy RİH-nin rəsmi cavabını oxudum. Bu onların haqqıdır, siz də qanunun tələblərini əsas tutub dərc etmisiniz. Lakin orada bir sıra yalnış və doğru olmayan iddialar vardır ki, mən rəsmi sənəd və sübutlarla təkzib edirəm. Həmin sənədlərin surətini sizə göndərirəm.
Beləliklə, Goranboy RİH-nin cavabında yazılır ki, “Akif Rzayev rayon icra hakimiyyətinin başçısına ünvanladığı və Gəncə poçt şöbəsindən göndərdiyi 29 yanvar 2014-cü il tarixli ərizəsində icarəsində olan torpaq sahəsinin 800 hektarının geri qaytarılmasını xahiş etmiş, onun xahişi nəzərə alınaraq 02 may 2014-cü il tarixli sərəncamla 800 hektar torpaq sahəsi geri qaytarılmış, qalan 1847 hektar qış otlaq sahəsi üçün onunla yeni icarə müqaviləsi baqlanmışdır... A.Rzayev müxtəlif dövlət orqanlarına və KİV-lərə ünvanladığı şikayətlərdə icarəsində olan qış otlaq sahəsinin 800 hektarının onun ərizəsi olmadan, əsasız olaraq geri qaytarıldığını iddia edir. Rayon İH-nin müraciəti əsasında rayon Polis şöbəsi tərəfindən araşdırma aparılmış, məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək 01 fevral 2018-ci il tarixdə rəy alınmışdır. Məlum olmuşdur ki, A.Rzayevin rayon İcra Hakimiyyətinə ünvanladığı ərizə onun tərəfindən imzalanmışdır” və s.
Bəli, mənim elə bir ərizəm olmuşdur. Həmin ərizənin surətini sizə göndərirəm, diqqət edin, görün orada nə yazılmışdır. Yazılır ki, icarədə olan 700-800 ha torpaq sahəsi ot bitməyən, keçəl, şoranlıq ərazilərdir. Həmin ərazilərə görə də digər sahələr kimi icarə haqqı ödəyirəm, xahiş edirəm həmin ərazilərin icarə haqqının azaldılması üçün qanun əsasında mənə köməklik edəsiniz. Ərizədə qeyd olunmur ki, həmin əraziləri kəsib Yasin Hüseynov adlı şəxsə verin, ona tapşırın ki, ferma kompleksini mənim fermamın 200 metrliyində tikdirib günümüzü qara edin! Hər gün burada Y.Hüseynovun çoban itləri ilə bizim fermanın itləri boğuşur, qan su yerinə axır, iş gücümüz bu itləri aralamaqdır. Belə təsərrüfat qurulur? Başçı Nizaməddin Quliyevə dəfələrlə məni qəbul edəndə bunu demişəm. Bildirmişəm ki, kimə harda torpaq verirsiniz, öz işinizdir, amma niyə icazə verdiniz ki, mənim fermamın düz qarşısında bu boyda tikinti apardı? Başçı yalandan məni çağırır, deyir, kişi kimi söz verirəm, sən mənim ağsaqqalımsan, get narahat olma, ferma sökülüb başqa əraziyə köçürüləcək. Məni arxayın edir, sonra xəlvətcə Yasin Hüseynova sərəncam imzalayır ki, yerini daha da bərkitsin. Problem bundadır.
Cavab məktubunda yazılır ki, “A.Rzayev 12 dekabr 2017-ci il və 02 fevral 2018-ci il tarixlərdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, müraciəti ilə bağlı onunla lazımi söhbət aparılmışdır. O, ərizədə qeyd etdiklərinin əsassız olduğunu səmimi etiraf etmiş, bir daha belə müraciətlər etməyəcəyini bildirmişdir”.
Bu tamamilə yalandır. Əksinə, başçı müavininin yanında mənə söz verdi ki, tikinti dayandırılıb, sadəcə, qoy Y.Hüseynov yaza kimi heyvanlarını orada qışlatsın, izahat yazıb ki, heyvanlarını dağa qaldıran kimi fermanı söküb başqa yerə köçürəcək. Ardınca isə mənə deyib ki, fermanda erkək bəsləyirsən, onlar kimindir? Demişəm ki, Prezident seçkilərində İlham Əliyevin qələbəsinə qurban demişəm, 100 baş quzudur. Deyib ki, 50-ci bəsdir, 50-ni sat gətir. Demişəm ki, mən bunu edə bilmərəm. Bundan sonra başçı Nizaməddin Quliyev mənimlə intriqa aparır. Mən də bu ilki Novruzda qurbanlıq heyvanları Goranboyda deyil, Daşkəsəndə kəsdim, fotoşəkillər də var, mərasimdə icra başçısı Əhəd Abieyv də iştirak edib.
Başçının daha bir yalanı: cavabda yazır ki, “A.Rzayev nə hüquqi şəxs, nə də fiziki şəxs kimi heyvanlarının olması barədə Rayon Statistika idarəsinə heç bir məlumat verməmişdir. Belə başa düşülür ki, A.Rzayevin özünə məxsus heyvanı yoxdur, icarəsində olan torpaq sahəsindəki heyvanlar başqalarına məxsusdur. O, torpaq sahələrini digər heyvandarlara satmaqla möhtəkirlik edir”.
Tanınmış fermerlə icra başçısının qalmaqalı böyüyür
Bu qədər yalan danışmaq, əsassız iddialar irəli sürmək olarmı? Hörmətli “Təzadlar”, mən sizə Goranboy rayon Statistika Komitəsindən heyvanlarımın baş sayı barədə aldığım arayışın surətini göndərirəm. Xahiş edirəm, fotosunu dərc edin, Nizaməddin Quliyev bir daha belə yanlış ifadələr işlətməsin.
Hörmətli redaksiya! Mən Daşkəsən rayonundan respublikanın ilk fermer kimi, Yeni Azərbaycan Partiyasının üzvüyəm, 72 (yetmiş iki) yaşım var. Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev tərəfindən artıq müntəzəm olaraq təzyiqlərə və təhdidlərə məruz qaldığım üçün məcbur olub aidiyyəti qurumlara müraciət etməkdəyəm. Mən görmüşüm ki, yerli icra hakimiyyətləri sahibkarların qayğısına qalır, diqqət göstərir. Lakin Goranboyun İH başçısı artıq elə vəziyyət yaradıb ki, mən çarəsiz durumdayam. Ya öz halal və min bir zəhmətlə hasilə gətirdiyim, tikib-qurduğum təsərrüfatı məhv etməliyəm, ya da Nizaməddin Quliyev bu intriqalara son verməlidir. Dəfələrlə Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Əmlak Komitəsində, Milli Məclisdə, Baş Prokurorluqda qəbullarda olmuşam, vəziyyəti rəsmi sənədlərlə görənlər təəccüb qalıblar ki, belə də iş olar? Mən ahıl yaşımda qoyun-quzu bəsləyir, dövlətimə bu yolla xidmət göstərirəm, icra başçısı isə tərsinə addımlar atır, məni bu işdən əl çəkməyə sövq edir.
Hörmətli redaksiya! Siz Allah şahidisiniz, çünki münaqişəli mövzu ilə əlaqədar yerində olmuş, vəziyyəti görmüsünüz. Belə vəziyyətdə nə etməliyəm? Başqası olsaydı, hər şeyə tüpürüb rahat həyat sürər, istirahəti ilə məşğul olardı. Lakin mən vicdanımın səsi ilə çalışır, zəhmət çəkir, ölkəmin ərzaq proqramında az da olsa töhfə vermək istəyirəm, lakin Goranboyun İcra başçısı Nizaməddin Quliyev mənə təzyiqlər edir, təhdid edir, işləməyə qoymur. Xahiş edirəm, haqq səsimi ölkə rəhbərliyinə çatdırın, Nizaməddin Quliyevin əsassız, qanunsuz hərəkətlərinə son qoyulsun. Hazırda təsərrüfatımda olan 4000-4500 yaxın qoyunlar və otlaq ərazim Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev tərəfindən şəxsi ədavətin qurbanına çevrilib, blokadada saxlanılır. Buna nə ad vermək olar?
Redaksiyadan: bir daha tərəflərin ortaq məxrəci taparaq yaranmış problemin tezliklə həllinə nail olmasını arzulayırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru