Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                 

“AAAF Park” Tarif Şurasına alternativ yaradıb? - İTTİHAM VAR
Tarix: 12-01-2017, 09:10 | Çap et
“AAAF Park” Tarif Şurasına alternativ yaradıb?
Yeniçağ.Az xəbər verir ki, Xırdalanda geniş ərazidə inşa olunmuş “AAAF Park”da məskunlaşan sakinlərin bir problemi həll edilməmiş digəri baş qaldırır.

Qeyd olunan ərazidə artıq bir neçə ildir ki, istifadəyə verilmiş “AAAF Park” yaşayış kompleksində yaşayan sakinlərin bu və ya başqa məsələlərlə bağlı şikayətlərinin ardı-arası kəsilmir. Kompleksə daxil olan yaşayış binalarının müştərilərə vəd olunan müddətdən xeyli gec tikilərək, təhvil verilməsi ilə başlayan narazılıqlar sonradan başqa problemlərin ortaya çıxması ilə daha da böyüyüb. Haqqında danışılan ərazidəki binalara qaz çəkilməməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması, xidmət tariflərinin müqavilədə nəzərdə tutulan miqdardan fərqlənməsi və başqa məsələlər “AAAF Park”ı media ilə sosial şəbəkələrin qınaq obyektinə çevirib. “AAAF Park” təmsilçiləri ortaya çıxan şikayətləri obyektiv səbəblərlə əlaqələndirərək, sadalanan problemin həll olunacağını bildirsələr də, sakinlərin narazılığı azalmır.

“AAAF Park” sakinlərinin bu günlərdə üzləşdikləri hal isə həqiqətən, analoqsuz sayıla bilər. Söhbətin nədən getdiyini konkretləşdirməzdən əvvəl Tarif Şurasının ötən ilin noyabrında təbii qazın və elektrik enerjisinin qiymətlərinin differensiallaşdırılması haqqında qərarını xatırlatmaq lazım gəlir. Qurumun sonradan etdiyi düzəliş əsasında abonentlərin əhali kateqoriyası üzrə 1 kilovatt saat elektrik enerjisinin qiyməti aylıq 300 kilovatt saat limit çərçivəsində 7 qəpik, bu limiti keçdikdə isə 11 qəpik həddində müəyyən edilib. Yəni bu tarif ölkənin bütün ərazisi üçün dəyişməz xarakter daşıyır.

Lakin kompleksdə yaşayan sakinlərdən Yenuçağ.Az-a daxil olan şikayətdən belə məlum olur ki, “AAAF Park”ın rəhbərliyi özünü Tarif Şurasının müəyyənləşdirdiyi qiymətləri dəyişəcək səviyyədə səlahiyyətli instansiya hesab edir. Kompleksin 12-ci küçəsində yaşayan sakinlərin şikayətinə əsasən, rəhbərlik onların sərf etdikləri elektrik enerjisi üçün “vahid tarif” müəyyənləşdirib. Yəni aylıq sərfiyyatdan asılı olmayaraq, hər kilovatt/saat elektrik enerjisi üçün 9 qəpik ödəmək məcburiyyətində qalıblar. Daha sadə dillə desək, kompleksdə yaşayan sakin (abonent) hər ay 300 kilovatt/ saatdan az və ya çox elektrik enerjisi işlətsə də, hər kilovatt/ saat üçün nə 7, nə də 11 deyil, məhz 9 qəpik ödəyir.

Bu barədə Yeniçağ.Az-a məlumat verən sakinlərin sözlərinə görə, “AAAF Park” rəhbərliyi bu qərarı özünəməxsus tərzdə əsaslandırmağa çalışıb. Sakinlərə bildirilib ki, “Azərenerji”, yaxud da “Azərişıq” elektrik enerjisini şirkətə baha satdığı üçün (?!) onlar belə bir qiymət təyin etmək məcburiyyətində qalıblar. Yuxarıda bildirildiyi kimi, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərin ölkə ərazisində dəyişməz xarakter daşıdığı halda, “AAAF Park” rəhbərliyinin bu izahatı məsələnin araşdırılması zərurətini doğurur.

Bu barədə Yeniçağ.Az-ın sualını cavablandıran “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, “AAAF Park” yaşayış kompleksindəki binalarda məskunlaşan abonentlər üçün fərqli tariflərin müəyyən edilməsi mənzil-tikinti şirkətləri ilə vətəndaş arasında bağlanmış müqavilə əsasında mümkün ola bilər:
“Bildiyiniz kimi, elektrik enerjisinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. “Azərişıq” paylayıcı qurum olaraq, bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil. Əgər qeyd etdiyiniz kimi, həmin yaşayış kompleksində elektrik enerjisi sərfiyyatının həcmindən asılı olmayaraq, 9 qəpik tarif tətbiq olunubsa, bu, şirkətlə vətəndaş arasında bağlanan müqavilə əsasında gerçəkləşə bilər. Yəni biz buna müdaxilə edə bilmərik. Ola bilsin ki, həmin qayda şirkətin hansısa daxili qərarı ilə tətbiq edilib və vətəndaş da orada mənzil alarkən, müqavilədə bu hal nəzərdə tutulub. Sakinlərin bu tarifə münasibətinin birmənalı olmaması təbiidir. Çünki müəyyən edilmiş limitdən çox elektrik enerjisi işlədən abonent üçün 9 qəpik tarifi çox münasibdir. Ayda 300 kilovatt/ saatdan az enerji sərf edən abonent isə bundan narazı qalacaq. Ancaq təkrar edim ki, bu məsələ şirkətlə vətəndaş arasında bağlanan müqavilə əsasında tənzimlənir”.

Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz “AAAF İnşaat MMC”-nin mətbuat katibi Kənan Məstəliyev Yeniçağ.Az-a açıqlamasında bildirib ki, qeyd edilən ərazidəki binalar smart sayğacları ilə təmin edildikdən sonra, elektrik enerjisi sərfinə görə hesablama Tarif Şurasının müəyyənləşdirdiyi qaydada aparılacaq:

“Kompleksin 12-ci küşəsindəki bir çox binaların sakinləri subabonent kateqoriyasına daxildirlər. Yəni həmin binalara verilən elektrik enerjisinin hər kilovatt/ saatı “AAAF İnşaat MMC tərəfindən “Azərişıq”dan 9 qəpiyə alınır və o qiymətə də sakinlərə satılır. Ancaq bu, müvəqqəti haldır. “Azərişıq” o binalarda smart sayğaclar quraşdırdıqdan sonra elektrik enerjisi də ölkə üzrə müəyyən edilmiş tarif əsasında hesablanacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Dünən, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Dünən, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Dünən, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru