AZƏRBAYCANA QARŞI YENİ MOLLA TƏXRİBATI
Tarix: 14-01-2012, 12:50 |
Çap et
FARS MİLLƏTÇİLƏRİ BİZİ «İSLAMA QARŞI ÇIXAN ÖLKƏ» KİMİ TƏQDİM EDİRLƏR
DİA.AZ: - Molla rejimi Azərbaycan əleyhinə müxtəlif təbliğat növlərindən istifadə etməkdədir. Bu dəfə isə diqqətləri «irib.ir» xəbər portalında ölkəmizin, xüsusən də hakimiyyətin guya ki, islam dini əleyhinə olması barədə rəylər yaradılmaqdadır. Davamlı olaraq bu portalda Azərbaycan xalqı «kafir müsəlmanlar» kimi təqdim olunur.
DİA.AZ-ın verdiyi xəbərdə bildirilir ki, bu dəfə molla rejimi saxta sorğu vasitəsilə Azərbaycan barəsində mənfi imic formalaşdırmaq fikrinə düşüb. Belə ki, sözügedən saytda respondentlərə «2012-ci ildə Azərbaycan Respublikası hakimiyyətinin islama olan münasibəti necə olacaq» şəklində sual verilir. Təbii ki, bu sorğunun hansı sonluqla bitəcəyi indidən məlumdur.
Amma məsələ bundadır ki, əslində fars-molla rejimi bu yolla Azərbaycanda islama qarşı bir hərətlənmənin olması barədə rəy yaratmağa çalışır. Halbuki Azərbaycanda islam yox, islam pərdəsi altında həyata keçirilən fars nökərçiliyi və müxtəlif qeyri-ənənəvi islam təriqətləri hədəfə alınıb. Hər halda, bunu Tehranda oturan saqqalı uzunlar da yaxşı bilir.
«Sorğunun» bu vaxta olan nəticələrini diqqətinizə çatdırırıq:
2012-ci ildə Azərbaycan Respublikası hakimiyyətinin islama olan münasibəti necə olacaq?
Vəziyyət indikindən daha da pisləşəcək
28 65.1%
Tamamilə dəyişəcək və müsbət olacaq
8 18.6%
Bəzi tolerant mövqelər göstərəcək
7 16.3%