Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                 

HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI
Tarix: 9-01-2012, 10:24 | Çap et
HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI

FHN ŞEFİNİN GİZLİ İNŞAAT SÖVDƏLƏŞMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI

DİA.AZ: - "GEN" MMC, "Mur-Ay" MMC, "Kamran - B.Ə" MMC, "Safari-N" MMC... Bu şirkətlərin adı çəkiləndə uzun müddət mətbuatın gündəmindən düşməyən hadisələr xatırlanır: sadə vətəndaşların aldadılması, külli miqdarda pulların mənimsənilməsi, açılan cinayət işləri, həbslər.

Xatırladaq ki, ayrı-ayrı vaxtlarda bu tikinti şirkətlərinin hər biri vətəndaşlardan tikdikləri binalarda mənzil satmaq adı ilə böyük məbləğdə pullar almış, lakin sözlərinin üstündə durmamışdılar. Zərərçəkənlərin şikayətləri əsasında bu şirkətlərin bəziləri haqqında cinayət işi açılmış, bir neçə əməkdaşları həbs olunmuşdu. İş elə bununla da yekunlaşmışdı.

Vətəndaşlara isə nə mənzil verilmiş, nə də ödədikləri məbləğ geri qaytarılmışdı.

Təxminən, bir ay öncə isə "Mur-Ay" MMC-nin aldadıb pullarına sahib olduğu vətəndaşlara başqa bir şirkət tərəfindən yeni evlərin veriləcəyi söylənildi. Belə ki, "Şərur-inşaat" tikinti şirkəti hökumətlə olan anlaşmasına əsasən zərərçəkmişlərə itirdikləri evlərin əvəzində özünün inşa etdiyi və tikilməkdə olan binalardan yeni mənzillər verməyi öz öhdəsinə götürüb.

Məlumat üçün bildirək ki, "Mur-Ay" MMC vətəndaşlarla imzaladığı müqavilə əsasında onlara 80 min 500 kvadratmetr mənzil sahəsi tikib verməli olduğu halda, cəmi 23 min 400 kvadratmetr tikib. Bundan əlavə, vətəndaşlardan yığılmış 21 milyon 269 min manat vəsaitin 17 milyon 310 min manatı mənimsənilib.

Göstərilən rəqəmlər də "Şərur-inşaat"ın öz üzərinə nə qədər böyük məsuliyyətli iş götürdüyünü göstərir. İstər-istəməz, ortaya belə bir sual çıxır - "Şərur-inşaat"ın başqa şirkətin aldatdığı vətəndaşlara pul verməkdə marağı nədir?

İlk versiya kimi ağıla gələn şirkətin özünü bu yolla reklam etməsi fikri olur. Belə ki, bu xəbər demək olar ki, bütün mətbuat orqanlarında dərc olundu, "Şərur-inşaat"ın indiyə qədər heç kimin görmədiyi bir iş görməsi - başqa tikinti şirkətinin fırıldağından əziyyət çəkənlərə pulsuz mənzil paylaması sensasiyalı bir xəbər kimi yayıldı. Əlbəttə, reklam fikri ağlabatan olsa da, o qədər də inandırıcı səslənmir. Çünki, heç bir şirkət öz reklamına 17 milyondan artıq pul xərcləməz.

Başqa bir variant isə şirkətin bu addımından sonra dövlətin ona edəcəyi güzəştlərdən yararlanmasıdır. Çünki, razılaşmaya əsasən hökumət tərəfindən "Şərur-inşaat" şirkətinə Yasamal rayonunda 4 hektar torpaq sahəsi və güzəştli şərtlərlə - illik 12% olmaqla uzun müddətə 10 milyon manat kredit ayırılıb.

Lakin şirkətin maraqları heç bununla da bitmir. Belə ki, "Mur-Ay" MMC-yə mənzillərinin haqqını tam ödəmiş şəxslərə evlər əvəzsiz şəkildə verildiyi halda, pulun yarısını ödəmiş vətəndaşlar ödəmədikləri hissəni "Şərur-inşaat"a verməli olacaqlar. Ən maraqlısı isə qalıq hissənin "Mur-Ay" MMC ilə razılaşdırılmış məbləğdən daha yüksək tələb olunmasıdır.

Amma sadalanan səbəblər belə, "Şərur-inşaat"ın niyə bu cür "xeyriyyəçi" addım atmasına tam aydınlıq gətirmir. Əsas səbəb isə tamam başqadır. Artıq heç kimə sirr deyil ki, yazının əvvəlində adını sadaladığımız tikinti şirkətləri də "Şərur-inşaat"ın törəmə şirkətləridir. Bu isə o deməkdir ki, "Şərur-inşaat" heç də xeyriyyə məqsədli bir iş görmür. Əksinə, çoxdan atmalı olduğu addımı atır.

Əhali isə bu qədər aldanışdan sonra yenə də öz mənzillərinə sahib olacaqlarına inana bilmirlər. Digər tikinti şirkətlərinin qurbanı olmuş vətəndaşlar isə hələ də ya mənzillərini ya da ödədikləri pulu alacaqları günü gözləyir.

Qeyd edək ki, "Şərur" MTK-nın törəmə şirkəti olan "Kamran B.Ə" MMC mənzil-tikinti şirkətinin aldatdığı müştərilər bu günlərdə yenidən etiraz aksiyası keçirdilər. 250-yə yaxın aldadılan müştərini təmsil edən 60-a yaxın müştəri aksiyaya qatılıb.

Aksiya iştirakçıları şirkət rəhbərliyinin müştəriləri aldatmasına, müqavilə şərtlərinə əməl etməməsinə, bir mənzili bir neçə müştəriyə satmasına etirazlarını ifadə edib.

Bu barədə redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, əslində В«Şərur-inşaatВ»ın fırıldaqçı şirkətlərin qurbanı olmuş vətəndaşlarla bağlı yaranmış problemin həllinə cəlb edilməsində birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. Xatırladaq ki, bu barədə hələ öncələrdən də məlumat vermişdik və bildirmişdik ki, birbaşa olaraq dövlət başçısı Kəmaləddin Heydərovu həm В«Mur-AYВ» MMC-nin və həm də digər inşaat firmalarının aldatdığı sakinləri razı salmağa təhkim edib.

Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, Kəmaləddin Heydərov əslində burada təsadüfən seçilməyib. Hər halda, onun bu gün inşaat sektorunda əsas fiqur olması hər kəsə məlumdur. Hətta digər oliqarx-məmurlar belə FHN şefi ilə bu məsələdə ayaqlaşa bilmirlər. Eyni zamanda Kəmaləddin Heydərovun həm də rəhbərlik etdiyi qurumun mahiyyəti səbəbindən inşaat sektorunda əldə etdiyi В«təbii haqqlarıВ» da şərait yaradır ki, o, bu sahədə əsas fiqur kimi qabara bilsin. Bu da nəticədə Kəmaləddin Heydərova üstünlüklər verdiyi kimi, həm də problemləri həll etmə öhdəçiliyini də yaratmış olur.

Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun ilk əvvəl В«Mur-AYВ» MMC ilə bağlı yaranmış qalmaqalı hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədova həll etməsi üçün göstəriş verdiyi və bu göstərişin icra başçısı tərəfindən qulaqardına vurulduğunu da diqqətinizə çatdırmışdıq. Bu səbəbin isə nəticədə icra başçısının FHN şefinin hədəfinə çevrilməsinə şərait yaratdığı məlum olmuşdu. Onu da bildirək ki, Razim Məmmədov birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan fiqurlardan biri kimi dəyərləndirilir.

Qayıdaq mövzumuza. Məlumatlı mənbələr bildirir ki, В«Şərur-inşaatВ»ın fırıldaq nəticəsində aldadılmış vətəndaşların probleminin həllinə cəlb edilməsi ideyası da elə Kəmaləddin Heydərova məxsusdur. Bu barədə məlumatlı qaynağın söylədikləri: В«Həmin şirkət bu vaxta qədər inşaat üçün lisenziya əldə edə bilmirdi. Amma bu ilin ilk günlərindəcə В«Şərur-inşaatВ»ın lisenziya problemi həllini tapıb. Bundan əlavə, В«Şərur-inşaatВ» məhz В«fırıldaq problemiВ»ni çözəcəyi səbəbindən əlavə imtiyazlara da malik olacaq ki, bu imtiyazların başında gələni sözügedən şirkətin tikdiyi yaşayış evlərinin qazlaşdırılma probleminin həlli məsələsidir. Yni zamanda В«Şərur-inşaatВ»ın dövlət layihələrindəki əksər tenderlərdə də qalib olacağı şübhəsizdirВ».

Necə deyərlər, bu ölkədə heç nə təsadüfən baş vermir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru