İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                     Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                 

ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK
Tarix: 13-07-2013, 09:40 | Çap et
ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK
Şamil Hüseynov:“Prezident saat təxminən 16:30 radələrində stadiona gələndən sonra maşının yanında durduğum vaxt mənə Mahirlə dostluqmünasibətlərində olan Sənan İbrahimov və Araz Mürsəliyev yaxınlaşdılar...”

“Təzadlar” 105157 saylı cinayət işi üzrə istintaq tərəfindən dindirilmiş Hüseynov Şamil Sabir oğlunu şahid qismində dindirmə zamanı verdiyi ifadəsini təqdim edir. Dindirilmə “19” oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində aparılmışdır.

Qeyd edək ki, Şamil Hüseynov Elşad Abdullayevin dayısı oğludur.

(Əvvəli keçən günlərdə)

İfadə:

-...ABU tələbələrinin oturacağı sektor müəyyən edildikdən sonra Mahir Abdullayevə sektorun dəvətnamələri verilmişdir. Bu söhbəti mən 12 oktyabr 2003-cü il tarixdə, həftənin bazar günü Elşad Abdullayev ABU-nun həyətində Mahir, rektorun baş müşaviri Nizami Süleymanov və rektorun təsərrüfat işləri üzrə prorektoru Sədirəddin Qədirovla söhbət edərkən eşitmişəm. Həmin gün səhər saatlarında Elşad Abdullayev ABU-nun həyətində Sədirəddin Qədirovla söhbət edərkən Mahir Nizami ilə birlikdə sonuncunun maşınında ABU-ya gəldi. Maşından düşən Mahir qardaşı Elşada narahat olmamağı və hər şeyin qaydasında olduğunu bildirməklə bir gün sonra keçiriləcək tədbirlə əlaqədar hər bir şeyin qaydasında olduğunu söylədi.

13 oktyabr 2003-cü il tarixdə bizim maşının arxasınca ABU-nun bir qrup müəllimi də stadiona gedirdi. Stadiona çatdıqdan sonra Elşad Abdullayev başda olmaqla bütün müəllim heyəti Tofiq Bəhramov adına stadiona daxil oldu. Tədbirdə iştirak etməli olan tələbələr isə artıq içəri keçmişdilər.

“Prezident saat təxminən 16:30 radələrində stadiona gələndən sonra maşının yanında durduğum vaxt mənə Mahirlə dostluq münasibətlərində olan Sənan İbrahimov və Araz Mürsəliyev yaxınlaşdılar”

Mən isə bayırda maşının yanında qaldım. İlham Əliyevlə əlaqədar keçirilən tədbir axşam saat 19-20 radələrində yekunlaşdı, çünki hamı stadiondan həmin vaxt çıxmağa başladı. Elşad müəllim stadiona girəndən tədbir yekunlaşana qədər mən “Toyota RAV-4”-ün yanından heç bir yerə getməmişəm. Tədbir davam edərkən, daha doğrusu cənab Prezident saat təxminən 16:30 radələrində stadiona gələndən sonra maşının yanında durduğum vaxt mənə Mahirlə dostluq münasibətlərində olan Sənan İbrahimov və Araz Mürsəliyev yaxınlaşdılar. Onlar “Nissan-Maxima” markalı maşınla gəlmişdilər. Gələnlər məndən tədbirin başlayıb-başlamadığını soruşduqdan sonra içəri keçə bilib-bilməyəcəkləri ilə maraqlandılar. Mən isə İlham Əliyevin gəlib keçdiyini və tədbirin artıq başlandığını bildirdim. Onlar bunu eşidəndən sonra bir-birinin üzünə baxıb heç bir şey demədən çıxıb getdilər. Tədbir bitəndən sonra aparıb Elşad müəllimi Novxanıdakı bağ evinə düşürtdum, özüm isə evimə gəldim.

“Mahir Abdullayevin bir gün əvvəldən mobil telefonunu söndürməyini mən də bilirdim”

14 okytabr 2003-cü il tarixdə saat 9-10 aralığında Elşad müəllim mənə zəng vurub Novxanıya çağırdı, lakin yarı yolda zəng vurub məni ABU-ya yönləndirdi. Novxanıya getmədən ABU-ya gəldim. ABU-da Elşad müəllimin danışdıqlarından bildim ki, onun qardaşı Mahir bir sutkadır ki, telefonunu söndürüb və heç yerdə yoxdur. Mahir Abdullayevin bir gün əvvəldən mobil telefonunu söndürməyini mən də bilirdim. Çünki bir gün əvvəl Elşad müəllimi Bakı şəhəri, Bül-bül küçəsindəki “Frans salon” adlı bərbərxanadan götürüb ABU-ya gələn vaxt yolda olarkən Elşad müəllim bir neçə dəfə mobil telefonu vasitəsilə qardaşı Mahirin mobil telefonuna zəng vurmuşdu. Hətta ABU-nun həyətində maşından düşüb toplaşmış müəllimlərlə söhbət etməmişdən əvvəl mənə tapşırmışdı ki, tez-tez Mahirin mobil nömrəsini yığım. Mən də tez-tez Mahirin mobil nömrəsini yığırdım, lakin onun mobil telefonu bağlı olduğundan cavab vermirdi. Elşad müəllim özü Mahirin mobil telefonunu stadionda təşkil olunan tədbirə girənə qədər yığırdı.

Sual:

-13 oktyabr 2003-cü il tarixdə gün ərzində Mahir Abdullayevi görmüsünüzmü? Ümumiyyətlə, Mahir Abdullayevi 13 oktyabr 2003-cü il tarixə qədər sonuncu dəfə harada və kiminlə görmüsünüz?

Cavab:

-13 oktyabr 2003-cü il tarixdə Mahir Abdullayevi gün ərzində bircə dəfə də olsun görməmişəm. Onu sonuncu dəfə bir gün əvvəl günorta saat 12-13 radələrində ABU-nun həyətində qardaşı Elşad, prorektor Sədirəddin və baş müşavir Nizami ilə stadionda keçiriləcək tədbir haqqında söhbət edərkən görmüşəm

Sual:

- Mahir Abdullayevin siyasi fəaliyyəti və cəmiyyətdə tutduğu siyasi mövqeyi barədə nə bildirə bilərsiniz?

Cavab:

-Onun siyasi fəaliyyəti barədə onu deyə bilərəm ki, o, YAP-ın üzvü idi. Bununla yanaşı, səhf eləmirəmsə, o, həmçinin ABU-da olan YAP təşkilatının sədri idi. Bundan əlavə mən heç bir şey bilmirəm.

Sual:

- Mahir Abdullayevin yoxa çıxmasını siz nə ilə əlaqələndirə bilərsiniz?

Cavab:

-Onun itməsinin səbəbini heç nə ilə əlaqələndirə bilmirəm, lakin onu bildirə bilərəm ki, Mahirin sağ olmasına inanmıram. Çünki onun 9 il ərzində sağ-salamat saxlanmasının məntiqi yoxdur, yəni onu heç kim bu qədər uzun müddət ərzində saxlamazdı. Bir sözlə mənim fikrimcə onu öldürüblər. Bu qənaətə gəlməyimə baxmayaraq onun öldürülməsinin səbəb və motivlərini heç nə ilə izah edə bilmərəm. Mahir itkin düşəndən sonra qardaşları təxminən 30-40 gün özləri öz təşəbbüsləri ilə onu axtardılar. Özləri dedikdə onu bildirmək istəyirəm ki, Mahirin qardaşları onun axtarışını şəxsən həyata keçirirdilər və heç bir qohum əqrəbanı yaxın buraxmırdılar. Məsələn, mən həmin ərəfədə hər gün maşınımla ABU-ya gəlib axşama kimi bir çox digər işçilərlə universitetdə olub axşam çıxıb evimə gedirdim. Sonradan təxminən ay yarım vaxt keçdikdən sonra Elşad müəllim məni çağırmağa başladı ki, səhərlər gedib onu evdən götürüm.

Sual:

- Yoxa çıxmamışdan əvvəl Mahir Abdullayevin nəyə görəsə nədənsə və ya kimdənsə qorxması, bununla əlaqədar ehtiyyat etməsi və yaxud kiminsə onu öldürəcəyi barədə Sizə nəsə demişdirmi?

Cavab:

-Mahirin qorxmasını, çəkinməsini və ya nədənsə ehtiyyat etməsini eşitməmişəm. O mənə hər hansı şəxs tərəfindən öldürüləcəyi hədəsinə məruz qaldığını heç vaxt deməyib.

Sual:

- Mahir Abdullayevin kiminləsə ədavətinin yaxud düşmənçiliyinin olub-olmaması barədə nə göstərə bilərsiniz?

Cavab:

-Mahirin kiminləsə, yaxud da kiminsə Mahirlə ədavətinin və ya düşmənçiliyinin olub-olmaması barədə heç nə eşitməmişəm və heç nə bilmirəm.

Sual:

- 13 oktyabr 2003-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək tədbirlə əlaqədar Mahir Abdullayevə verilən dəvətnamələrin aqibəti barədə nə deyə bilərsiniz?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru