Arif Əsgərov qardaşını qoruya biləcəkmi? - Qazaxda başçı dəyişikliyi gözlənilir...
Tarix: 25-08-2015, 10:15 |
Çap et
DİA.AZ: - Ölkənin sabiq baş dəmiryolçusu Arif Səgərov nəqliyyat naziri Ziya Məmmədov tərəfindən himayəyə götürülsə də, adının 48 milyonluq yeyinti qalmaqalında hallanması və bu səbəbdən ona olan etimadı itirməsi səbəbindən hazırda NN-də nazir müavini postunu tutmasına rəğmən yenə də hədəf olmaqdan yayına bilmir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan ötürülən informasiyada deyilir. Xəbəri verən qaynaq iddia edir ki, Arif Əsgərov son aylarda ciddi itkiyə uğrayıb ki, məlum proses davam etməkdədir.
Mənbənin diaaz.space-a söylədikləri: "Bu dəfə Əsgərov hazırda Qazaxa rəhbərlik edən qardaşının görəvdən alınması ilə barışmalı olacaq. Çünki yaxın günlərdə Ayaz Əsgərovla bağlı sərəncamın verilməsi göslənilir. Onun ardından isə Əsgərovların əlindəki maliyyə rıçaqları da hədəfə alınacaq".
Məlumatı verən qaynaq onu da əlavə edib ki, artıq Ayaz Əsgərovu postunda əvəz edəcək şəxsin kimliyi də məlumdur: "Hazırda Qazax rayon icra başçısının 1-ci müavini postunu tutan Fərman Nağdəliyev onun yerinə gətirilir. Hələlik adı hallandırılan şəxs odur".