8 avqust razılaşmasından imtina .....                     “Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” .....                     Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı .....                     "Bütün universitetlər Qarabağa köçürülməlidir" .....                     Ermənistan ABŞ-a yeni səfir təyin edib .....                     FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... .....                     Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə .....                     Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı .....                     Həbsdəki jurnalistin yerini dəyişdilər .....                     "“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" .....                     “Oxuya bilməyənlərin bəxti onda gətirib ki, .....                     NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? .....                     Dilarədən yayın son akkordları... .....                     Rusiyanı sevindirən dost həmləsi .....                     Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı .....                     “Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” .....                     “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” .....                     "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? .....                     Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu .....                     Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var .....                     Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                 

Beyləqanda icra başçısı sahibkarları üsyana körükləyir... - Vaqif Abdullayev adlı problem...
Tarix: 24-08-2015, 10:33 | Çap et
Beyləqanda icra başçısı sahibkarları üsyana körükləyir...
“Gündəm Xəbər” qəzetinin ötən saylarında, Beyləqanın ictimai həyatında baş alıb gedən sosial problemlərin varlığından bəhs etmişdik. İşıq üzü görən silsilə məqalələrin dərcindən sonra elə düşünürdük ki, bəlkə rayona rəhbərlik edən cənab Vaqif Abdullayev, problemlərin həlli istiqamətində hansısa addımlarını atacaq. Amma, vaxt keçdikcə hər şey gözlədiklərimizin əksinə oldu. Çünki, günü-gündən redaksiyamıza daxil olan şikayət məktublarının sayı artdıqca, o zaman bilib başa düşdük ki, Vaqif Abdullayevin həyata keçirdiyi idarəçilik, bu gün Beyləqanı sağalmaz dərdə salıb.

Bir neçə gün bundan əvvəl, rayonun Dostluq kəndi B.Sərdarov küç ev-37 ünvanında yaşayan Zalov Musa Fərman oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır ki, “bu gün Beyləqanda hər cür qanunsuzluqlar, ədalətsizliklər baş alıb gedir, baş verənlərlə bağlı səlahiyyətli orqanlara silsilə müraciətlər ünvanlasaq da, nədənsə Vaqif Abdullayevə bir “dur” deyən tapılmır. Yaşadığımız Dostluq kəndi ərazisində vəziyyət olduqca acınacaqlıdır. Çünki, vaxtilə soxozun ərazisi olan sahələr, hansı ki, islahat komissiyasının qərarı ilə sadə vətəndaşlara verilən pay torpaqları, icra hakimiyyətinin saxta sərəncamları əsasında imkanlı şəxslərə verilib. Hətta, həmin şəxslərə torpaq mülkiyyətinə dair saxta Dövlət aktları da verilmişdir. Məsələn, Zöhrab həkimə, Vəli Mahmudova, Şirəli Mahmudova, Qasım Cavadova, Oruc Ağayevə, Nadir adlı şəxsə və digərlərinə verilmişdir. Hal-hazırda burada sotu 1000 manat olmaqla, cəmi 48 həyətyanı torpaq sahəsi satılmışdır. Torpaqların alqı-satqısını rayon rəhbərliyi ilə bərabər, sovxozun direktoru olmuş Natiq Mirzəyev, bələdiyyənin sədri B.Balakişiyev və məhkəmənin sədri Maşallah Şirvanov da həyata keçirmişdir.

Elə ki, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı əsasında nazirlər, komitə sədrləri və digər vəzifə sahibləri bölgələrə gedib əhali ilə görüşürlər, onların problemləri ilə maraqlanırlar, bu zaman bizim istəyimiz gözümüzdə qalır. Çünki, 30 may 2015-ci il tarixdə Bərdə şəhərində DİN-i cənab Ramil Usubovun, 24 iyul 2015-ci il tarixdə İmişlidə Baş Prokuror cənab Zakir Qaralovun qəbuluna getsək də, Beyləqan rayon prokuroru Azər Qasımovun, rayon polis şöbəsində müavin vəzifəsini daşıyan İlham Məmmədovun və polis şöbəsində vəzifə daşıyan digər şəxslərin, Vaqif Abdullayevdən aldıqları tapşırıqlar əsasında, beyləqanlıları görüşə buraxmadılar. Keçirilən görüşlər də belə bir yolla saxtalaşdırılır və bizim haqq səsimizi bu yolla boğurlar”.

Şikayətçi onu da qeyd edir ki, “Dosluq” sovxozunun mədəni otlaq adlanan ərazisindən 264 hektarını, Haramı qışlağı vaxtilə soxozun mərkəzi olub, oradan isə 280 hektar ərazi bilərəkdən xəritədən çıxarılıb. Belə bir qeyri-qanuni addımlar, vaxtilə DTXÇK, Beyləqan rayon şöbəsinin sədri olmuş Rəfayel Pəsiyevin və onun işçisi, eyni zamanda “sağ əli” hesab olunan Tofiq Quliyevin “xidmətləri” sayəsində baş tutmuşdur. Adicə sovxozun mədəni otlaq sahəsində 110 hektardan çox sahə, sovxozda işləməyən, yaşamayan, sovxozla heç bir əlaqəsi olmayan pullu şəxslərə sənədsiz verilmişdir. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən, hələ 01 oktyabr 2007-ci il tarixdə fərman verilmişdir ki, dövlət torpaqları vəzifə sahibləri tərəfindən heç cürə zəbt oluna bilməz. Amma bütün bunlara baxmayaraq, bu gün Beyləqanda ölkə rəhbərinin verdiyi fərmanı bir kimsə saya salmır. Nəticədə torpaq növbəsində olanlar yox, pulu çox olan adamlar hektarlarla sahələrə sahib olurlar. Həmin şəxslər də, çox zaman ələ keçirdikləri

torpaq sahələrində tikinti işləri aparıb, sonradan baha qiymətə satırlar. Bu da ki, kütləvi narazılıqların əmələ gəlməsinə səbəb olur” deyir.

Vaqif Abdullayevin qol qoyduğu növbəti qanunsuzluqların biri haqda da danışan şikayətçi bildirir ki, “bu şəkillərdə gördüyünüz mənzərə, Beyləqan rayon İcra Hakimiyyətinə məxsus qonaq evinin arxasındandır. Rayon prokurorluğunun təqribən 20 metrliyində olan ərazidə, vətəndaşa ilk əvvəl bina tikmək üçün icazə verilsə də, çox keçmir ki, tikilmiş divarların altı üstünə çevirilir. Buna səbəb, icra başçısının tikintini aparan vətəndaşdan lazım olan haqq-hesabı ala bilməməsi olur.

Başqa bir şikayətçi, rayonun Şitilçilik qəsəbəsi Nuru Paşa küçəsi ev-20-də yaşayan Səfərov Şükür Nazar oğlu bildirir ki, “bizim ailəyə 24 oktyabr 1997-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 saylı qərarına əsasən, 2,69 ha torpaq sahəsi verilmişdir. Bu haqda hələ 1004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da verilmişdir. Ailəmizə verilən torpaq sahəsini Bəndəliyev Famil Məhyəddin oğlu və Bəndəliyev İbadət Famil oğlu qeyri-qanuni yolla zəbt ədərək, taxıl əkib səpməyə başladılar ki, onlar da bu günə kimi bizim ailəyə üstüstə 451,32 manat maddi ziyan da vurublar. Daha faciəli hal odur ki, ailəmizə qanunla verilmiş torpaq sahəsindən istifadə etməyimizə, bu gün də onlar imkan vermirlər. Üz-üzə qaldığımız problemlə bağlı 09 dekabr 2013-cü il tarixdə, iş üzrə Beyləqan rayon Məhkəməsinin hakimi Əliyev Nəsrullah İbadullah oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində, həmin şəxslərin ailəmizə məxsus pay torpaqlarından çıxarılmasına dair qərar çıxarılsa da, nədənsə çıxarılmış məhkəmə qərarı bu günədək də kağız üzərində qalmaqdadır. Belə bir halın varlığı da onu söyləməyə əsas verir ki, Vaqif Abdullayevin rəhbərlik etdiyi Beyləqanda qanunlar işləmir, anarxiya hökm sürür, vətəndaşların süründürməçiliklərlə üz-üzə qalmaları, sanki həyat tərzinə də çevrilib. Daha faciəli hal odur ki, üz-üzə qaldığım problemlə bağlı bir neçə dəfə rayon rəhbərliyinin qəbulunda olsam da, təəssüflər olsun ki, o, müavini Telman Məstanova problemin həlli ilə məşğul olmaq tapşırığını verməklə kifayətlənməli oldu. Sağ olsun Telman müəllimi də, o da məni qəbul edib bildirdi ki, “birdə səni bu ərazilərdə görməyim. Get kimə, hara istəyirsən şikayətini ver, onsuz da tədbir görülməsi üçün lazımi sənədləri mənə göndərəcəklər. Mən də baxan deyiləm” dedikdə, o zaman bilib başa düşdüm ki, Beyləqanın bugünkü rəhbərliyi sakinlərinə problemlər yaradan, sadə vətəndaşlarını saya salmayan, qanunların işləməsinə imkan verməyən və digər qanunsuzluq əməllərinə qol qoyan rəhbərlikdir”. Belə bir səbəblər üzündəndir ki, bu gün əksər KİV Beyləqanın problemləri daim qabardılır, süründürməçilik amillərinin tüğyan etməsindən geninə-boluna danışılır. Bəli, bunlar əsl həqiqətlərdir ki, bir mətbu orqan olaraq bu haqda biz də danışırıq, silsilə tənqidi məqalələrlə ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Çünki, hal-hazırda respublikamızın şəhər və rayonları içərisində daha çox sosial problemlərin tüğyan etdiyi bir rayon varsa, yəqin ki, o da Beyləqan rayonudur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir
Bu gün, 17:17
“Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” – Nə baş verir?
Bu gün, 17:13
Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı
Bu gün, 17:09
"Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
Bu gün, 16:57
Ermənistan ABŞ-a yeni səfir təyin edib
Bu gün, 16:52
FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... – Özbəklər AQTA-dan nə öyrənəcək?
Bu gün, 16:46
Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə Razi Nurullayevdən CAVAB
Bu gün, 16:38
Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA
Bu gün, 16:35
Həbsdəki jurnalistin yerini dəyişdilər - "Oğlumun taleyindən narahatam"
Bu gün, 16:30
"“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" - deputat
Bu gün, 16:27
“Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur”
Bu gün, 16:21
NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? - Bir gündə 6 tender ləğv olundu
Bu gün, 16:18
Dilarədən yayın son akkordları... - Fotosessiya
Bu gün, 16:13
Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Bu gün, 16:05
Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Bu gün, 15:54
“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Bu gün, 15:41
“Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Bu gün, 15:38
"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Bu gün, 15:29
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru