“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” .....                     “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” .....                     "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? .....                     Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu .....                     Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var .....                     Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                 

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar... - Heç dammır da ki göl olsun...
Tarix: 14-08-2015, 10:27 | Çap et
Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...
Birbaşa mətləbə keçib, Göyçay rayonu Hüngütlü kəndinin içməli su təchizatında yaradılmış süni problemdən söz açacağam. Məsələ bundadır ki, rayon mərkəzinin lap qulağının dibində yerləşən bu kəndə içməli su xətti hələ 1970-ci illərdə çəkilib, özü də birbaşa evlərə. O vaxtdan da bu günədək təsadüfi hallar istisna olunmaqla fasiləsiz su verilib. Amma təxminən bir il əvvəl hardansa axan qara buludlar Hüngütlünün başının üstünü alır.
Məlum olur ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində təxminən 40 ildir camaatı su ilə təmin edən boru xətti yenisi ilə əvəz ediləcək. Nəticədə isə köhnəlib-paslamış borulardan su sızıntısının qarşısı alınacaq.
Müxtəlif söyləntilərə əsasən, su xəttinin yenilənməsi məqsədilə 40 min manatdan artıq vəsait də aylırıb. Amma qəribədir, işin icrasına hələ başlamamış kimlərsə tərəfindən səlahiyyət almış bir-iki kənd sakini ev-ev gəzərək 20 manatdan pul toplayıb. Pul yığılarkən isə belə əsas gətiriblər ki, qanuni olan bu yolla layihəyənin icrasına dəstək vermək istəyirlər. Xülasə, camaata vəd verilir ki, ən qısa vaxtda kəndin bütün evlərinə keçmişdə çəkilən su xətləri dəyişdiriləcək və bununla da problem kökündən çözüləcək.
Xatırlayıram, Novruz bayramında kəndin girişindən çıxışınadək - mərkəzi küçə boyunca yeni xəttin çəkildiyini görmüşdüm. O vaxt yerlilər mənə demişdilər ki, təxminən dörd min metr uzunluğunda, el arasında "şlank" deyilən plastik kəmər çəkilib. "Şlank" kəndin girişində 100 mm, çıxışında isə 25 mm diametrindədir. Yeri gəlmişkən, camaat belə kiçik diametrli boru ilə bütün evlərə normal təzyiqli suyun veriləcəyinə şübhələrini gizlətmirdir. Amma icraçılar da əsas gətirirdilər ki, əksinə, bu halda təzyiq güclü olacaq və sair… Qısası, gözdağı olan "şlank"lar bu yay 45-50 dərəcə istidə yanan insanların odunu söndürmədi. Camaat da bir neçə dəfə Rayon İcra Hakimiyyətində şikayətdə olub, hətta məsul şəxslər tərəfindən qəbul ediliblər, hər dəfə də söz verilib ki, narahat olmayın, su veriləcək…
…Deyir, sən saydığını say, gör fələk nə sayır. Sirrin üstü indi açılır. Sən demə Kənd İnvestisiya Layihəsi çərçivəsində çəkilən içməli su xətti evlərə deyil, kəndarası küçə üçün nəzərdə tutulubmuş. Özü də təxminən hər 500 metrdən bir 3 yerdə krant (yerli icra nümayəndəliyi və su idarəsi bunu bulaq adlandırır - V.T.) qoyulub. Yəni 35 il ərzində suyu evinin mətbəxində qəbul edən sakinlər bir vedrə su üçün sözügedən bulaqlara qədər yarım kilometr yol getməlidir.

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...

Yeri gəlmişkən, suyun evlərə deyil, yalnız kəndarası uzanan şlanklara verilməsi xəbərini əsas icraçı - Kənd İnvestisiya Layihəsinin mətbuat xidmətindən də təsdiqlədilər. Dedilər ki, kənddə bir neçə yüz ev var, onların hamısına ayrı-ayrılıqda xətt çəkməyə maddi imkanları yetmir. Yəni Dünya Bankı tərəfindən ayrılan vəsaitdən xərcləyərək bu layihəni həyata keçiriblər. Buna baxmayaraq, o da vurğulandı ki, xəttin tikintisi başa çatdıqdan sonra rəsmi surətdə yerli bələdiyyəyə təhvil verilir. Bələdiyyə isə artıq həmin boru xəttindən evlərə suyun paylanmasını təmin etməlidir.
Bu yerdə onu da vurğulayım ki, yeni kəmərin tikintisi zamanı müxtəlif diametrli şlanklardan istifadə edilməsi faktı layihə rəsmisini təəccübləndirdi. O, tikintinin plastik borularla aparılmalı olduğunu dedi. Nə edək, fakt faktlığında qalır, babalı günahkarın boynuna…
Camaat günahın böyük qismini bölgənin içməli su ilə təminatına cavabdeh olan su idarəsində görürdü. Mən də mərkəzi Ucar şəhərində yerləşən idarəyə telefon açıb rəis müavini Elvin İbrahimovla qısa söhbət elədim. Müsahibim dedi ki, Hüngütlü kəndinə içməli su xətti 1979-cu ildə çəkildiyi üçün artıq çürüyüb, istifadəyə yararsız hala düşüb. Ona görə də şəbəkənin yenilənməsinə ehtiyac vardı. Buna baxmayaraq, o, xəttin çəkilişində iştirak etmədiklərini də əlavə etdi.
Elvin İbrahimov onu da dedi ki, təmsil etdikləri idarə böyük işlər görməkdədir. Hazırda Ucar şəhərinin içməli su şəbəkəsinin yenilənməsi ilə məşğuldurlar. Eləcə də Göyçayın 4 kəndində eyni prosesi başa çatdırmalıdırlar. Yəqin ki, bu proses çərçivəsində Hüngütlü kəndinin sakinlərinin də suya həsrəti sona çatar.
Göyçay Rayon İcra Hakimiyyətindən də qeyri-müəyyən cavab aldım. İcra Hakimiyyətinin sözçüsü Arif Yusubov bildirdi ki, "Kreml birdən-birə tikilməyib, Hüngütlünün problemləri də nə vaxtsa həllini tapacaq". Dedi ki, yeni başçı təyin olunan gündən bəri az müddətdə yığılıb-qalmış xeyli problemi aradan qaldırmağa çalışır.
Sual verdim ki, bir ildən artıqdır Hüngütlünün içməli su şəbəkəsi sıradan çıxarılıb, yeni kəmər çəkilir deyib, köhnənin də fatihəsini verdilər. Camaatdan pul da yığıldı, amma necə deyərlər, it də getdi, ip də. İcra Hakimiyyətinin rəsmisinə "35 il ərzində camaatın həyətinə, hətta mətbəxinin krantına gələn suyu kəsiblər, üstəlik hər evdən 20 manat da yığıblar ki, daha təzyiqli su veriləcək yenilənəcək borulara. Amma neçə vaxtdır insanlar su üzünə həsrət qalıblar" deyəndə, maraqlı cavab eşitdim. Bildirdi ki, "Biz altı aydır işləyirik, kimsə xətt çəkib və ya pul yığıb, bunu bizə niyə deyirsiniz?". Cavab verdim ki, "Kənd də, sakinlər də Göyçaya məxsusdur və bu rayona da məhz İcra Hakimiyyəti nəzarət edir. Bəyəm sizdən əvvəl yaranan problemlər tarixə qovuşmalıdır?". Nə isə, A.Yusubov söhbəti tamamlamaq üçün dedi ki, problem mütləq həll olunacaq. Amma nə vaxt, bunu deyə bilmədi. Yazımız çapa hazırlanarkən "Azərsu" ASC-nin mətbuat xidməti ilə də əlaqə saxladıq. Buradan da Hüngütlü kəndini içməli su problemi ilə üz-üzə qoyanların cavabını təkrarladılar: "Yaxın vaxtlarda kənddəki bütün abonentlərə mərkəzi xətdən suya çıxış veriləcək və hər bir ev sayğacla təmin olunacaq".
"Azərsu" ASC-nin nəzərinə çatdıraq ki, bir neçə il əvvəl kəndin bütün abonentləri sayğacla təmin olunub, amma qısa vaxtdan sonra su idarəsinin əməkdaşları həmin sayğacları söküb aparıblar…

P.S. Bildiyim qədər, o kəndə yarım kilometrdən bir bulaq qoyarlar ki, orada ümumiyyətlə əvvəllər içməli su şəbəkəsi mövcud olmayıb və bu layihə yerli camaat üçün irəliləyiş sayılar. Amma Hüngütlünün timsalında 1979-cu ildən hər bir evin həyətinə su çəkilibsə, bu kəndin bir neçə bulağa ehtiyacı vardımı? Belə çıxır ki, sakinləri evlərinə gələn suyu kəsərək uzaq məsafədən su gətirməyə məcbur ediblər. Maraqlı yanaşmadır, bu da inkişaf, irəli getməkdənsə, kimlərsə kəndin inkişafını 35 il əvvələ qaytarır, heç kim də onlara "gözün üstə qaşın var" demir…

Vüsal Tağıbəyli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Bu gün, 15:41
“Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Bu gün, 15:38
"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Bu gün, 15:29
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru