Pirallahının pir olmuş başçısının Allahsız işləri... - Belə deyirlər...
Tarix: 6-08-2015, 11:29 | Çap et
 Bakının Pirallahı rayonu yeni yaradılsa da, burada müvafiq infrastrukturun formalaşdırılmasına dövlət səviyyəsində xüsusi qayğı var. Pirallahı qəsəbəsinin inkişaf perspektivlərinə uyğun olaraq rayon mərkəzində küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulması, ictimai nəqliyyatın fasiləsiz işinin təmin edilməsi, sosial təyinatlı obyektlərin tikinti və bərpası istiqamətində müəyyən işlər görülür.
Gündəlik Bakı-nın xəbərində deyilir ki, ölkə rəhbərliyi qəsəbədə alternativ yolun inşası, kommunikasiya xətlərinin yeniləşdirilməsi, üzgüçülük və kurort komplekslərinin inşası, qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi və digər layihələrin həyata keçirilməsinə lazımi büdcə vəsaitlərinin ayrılmasını təmin edir. Hazırda rayonda bir sıra yerli idarələrin inzibati binalarının, o cümlədən icra hakimiyyətinin inzibati binasının və Yüksək Texnologiyalar Parkının tikintisi davam etdrilir. Pirallahı qəsəbəsində 50 hektarlıq ərazidə tikilməkdə olan Yüksək Texnologiyalar Parkının inşasında məqsəd müasir elmi-texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrini genişləndirimək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etməkdir. Təəssüf ki, belə ciddi obyektin tikintisində podratçıdan asılı olmayan səbəblər üzündən məcburi fasilələr yaranır. Yerli icra strukturunun rəhbərliyi isə nəinki YT parkında, ümumiyyətlə yeni tikintilərdə hökm sürən vəziyyətlə demək olar ki, maraqlanmır. Bunun müqabilində isə icra başçısı və onun ətrafı barədə xoşagəlməz söz-söhbətlər eşitməli oluruq. Yeri gəlmişkən,rayonun icra başçısı Vasif İmanov ixtisasca inşaatçı-mühəndisdir. Sonralar Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Bir sıra idarələrdə tikinti üzrə mühəndis-mexanik, şöbə rəisi, baş mühəndis və idarə rəisi vəzifələrində çalışıb. ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini işləyib.2013-cü ildə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Başçının rayondakı yerli strukturların rəhbərlərini inkişafa kökləmək həvəsindən danışmaq istəməzdik. Lakin, hər bir məmurun vəzifə borcundan irəli gələn məsuliyyəti var. Ona görə də, hər kəs öz məsuliyyətini dərk edərək işini görməlidir. İcra başçısının yerli sahibkarlarla işgüzar münasibətlərin formalaşdırılması istiqamətində fəaliyyətini də qənaətbəxş hesab etmək olmaz.Ən azı ona görə ki, başçının oğlunun adı sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrdə hallanır. Yadınızdadırsa, bir müddət öncə mətbuatda icra başçısının oğlu Zöhrab İmanovun sahibkarları qanunsuz pul yığımları ilə incitdiyi göstərilirdi.Qeyd olunurdu ki, bundan narazılıq edənlərin obyektlərini başçının oğlu sökdürür. Rayonda İmanovların asfalt və beton zavodlarının olduğu deyilir. Əslində başçının oğlunun bu obyektlərə şərikliyindən söhbət gedə bilər. Bundan əlavə Zöhrab İmanov bir sıra ticarət, istehsal və xidmət obyektlərini də nəzarətdə saxlayır. Pirallahı rayonunun icra başçısı Vasif İmanovun özünə yeni mülk inşa etdirməsi xəbəri isə yayılan son məlumatlardandır. Bu xəbərdə diqqəti cəlb edən odur ki, tikintidə istifadə olunan tikinti materialları havayı başa gəlir. Belə xəbərdən sonra adamın icra başçısı olmaq həvəsi də artır. İcra başçısının yeni yaradılmış rayonda öz mənzil şəraitini yaxşılaşdırmaq hüququnu əslində heç kəs inkar edə bilməz. Lakin rayonda dözülməz mənzil şəraitində yaşayan görün, nə qədər ailə var. Onların da qayğısını çəkmək, heç olmasa ən adi məişət ehtiyaclarını ödəmək üçün rayon rəhbərliyi əlaqədar qurumlar qarşısında məsələ qaldırmalıdır. Pirallahı rayonunda həllini gözləyən problemlər əlbəttə, çoxdur. Lakin vətəndaşların qayğı və hisslərinə toxunmaqla həmin problemləri həll etmək olmaz. İcra başçısı yerinə yetirdiyi xalqın xidmətçisi rolunu heç bir zaman unutmamalıdır. Əlbəttə, ölkə rəhbərinin etimadını doğrultmaq üçün Vasif İmanovun geniş imkanları var. Lakin bu imkanlar azaldıqca icra başçısının çətin duruma düşə biləcəyi ehtimalı da artır. Odur ki, Vasif İmanov işlərində dönüş yaratmasa,Rayon İcra Hakimiyyətinin yeni binasında kabinet şansından məhrum edilə bilər. Məlumat üçün bildirək ki, Bakının inzibati ərazi vahidi tərkibində 2012-ci ildə yaradılmış Pirallahı rayonu Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelaqının Pirallahı adlanan ən böyük adasını, Neft Daşlarını, Çilov və Gürgən qəsəbələrini əhatə edir. Rayonun ümumi əhalisi 20 mindən artıqdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Bu gün, 15:29 |
|
|
|
• Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Bu gün, 15:23 |
|
|
|
• Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Bu gün, 15:16 |
|
|
|
• Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Bu gün, 15:12 |
|
|
|
• Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Bu gün, 15:10 |
|
|
|
• “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Bu gün, 15:07 |
|
|
|
• “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48 |
|
|
|
• Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42 |
|
|
|
• Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37 |
|
|
|
• Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31 |
|
|
|
• Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17 |
|
|
|
• Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13 |
|
|
|
• İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49 |
|
|
|
• Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35 |
|
|
|
• "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34 |
|
|
|
• “Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31 |
|
|
|
• “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23 |
|
|
|
• Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18 |
|
|
|
• Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03 |
|
|
|
• RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
• Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58 |
|
|
|
• Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48 |
|
|
|
• Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46 |
|
|
|
• “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30 |
|
|
|
• Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27 |
|
|
|
• Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24 |
|
|
|
• Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17 |
|
|
|
• 39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16 |
|
|
|
• Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14 |
|
|
|
• Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00 |
|
|
|
• Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58 |
|
|
|
• Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55 |
|
|
|
• Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52 |
|
|
|
• Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49 |
|
|
|
• Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43 |
|
|
|
• Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34 |
|
|
|
• İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30 |
|
|
|
• Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25 |
|
|
|
• "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18 |
|
|
|
• Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13 |
|
|
|
• "Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07 |
|
|
|
• Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02 |
|
|
|
• Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59 |
|
|
|
• Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56 |
|
|
|
• Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40 |
|
|
|
• Araz Abdullayev evləndi
Bu gün, 10:34 |
|
|
|
• Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23 |
|
|
|
• SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58 |
|
|
|
|