“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                     Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                 

Aydın Bəşirovun başıı yenidən qalmaqalda - Həbsi gözlənilir...
Tarix: 1-08-2015, 12:26 | Çap et
Aydın Bəşirovun başıı yenidən qalmaqalda
Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub.

Bildiyimiz kimi hələ iki il öncə Prezident İlham Əliyev yeni hökumətin tərkibini təsdiqləmişdi. Qeyd edək ki, o ərəfədə komandaya bir neçə məşhur isim düşə bilməmişdi. Müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni formalaşdırılan hökumətin tərkibinə salınmadılar. İşdən çıxarılanlar sırasında Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) şefi Aydın Bəşirov da oldu. 1994-cü ildən bu quruma rəhbərlik edən A.Bəşirov artıq sabiqlər sırasındadır. Prezidentin iki gün öncə verdiyi sərəncamla həmçinin Dövlət Xəzər Dəniz Gəmiçiliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə çevrildi.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən Aydın Bəşirov çıxarılaraq yerinə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Yeni hökumətin təsdiqlənməsindən sonra Baş Prokurorluq DXDG-yə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntuları haqda rəsmi məlumat yaydı. Məlumatdan bəlli olur ki, qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Həmin rəsmi məlumatda deyilir: ""İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir". Bu rəsmi məlumat yayılandan dərhal sonra bir xeyli müddət mətbuatla təmaslardan qaçan Aydın Bəşirov daha sonra cinayət işindən danışmışdı. DXDG-yə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda cinayət işinin başlanması məsələsinə münasibət bildirən A.Bəşirov qeyd etmişdi ki, neft qaçaqmalçılığı haqda məlumatı 6-7 ay öncə prokurorluğa qurum özü təqdim edib. O, başlanan cinayət işinin ona və ya DXDG-yə qarşı olmadığını söyləyib: "Sözügedən məsələ barədə biz özümüz prokurorluğa məlumatı vermişik ki, gəlib araşdırma aparsın". A.Bəşirov vəzifəsiylə vidalaşdıqdan sonra DXDG-də təhvil-təslim işinin aparılması məsələsinə də münasibət bildirib. Deyib ki, hazırda təhvil-təslim işi çox normal aparılır: "Burada heç bir problem yoxdur, təhvil-təslim normal aparılır. Burada heç bir şey ola bilməz. İki qurum birləşib və olub bir qurum. Əslində bu qurum çoxdan yaradılmalı idi. Bunun yalnız faydası olacaq. Yəni dənizçilik strukturu vahid olacaq. Yeni zavod və liman tikilir, bunlar da bir olacaq. Mən buna çox sevinirəm. Çoxdan istəyirdim ki, bu qurum birləşsin. Mən 19 ildir ki, işləyirəm və hər zaman dövlətçiliyə və prezidentə sadiq olmuşam, bundan sonra da sadiq qalacam. Canım Azərbaycana qurban olsun!". A.Bəşirov DXDG-də təhvil-təslim prosesinin normal getməsindən danışsa da, mediaya sızan səhih məlumatlar bunun əksini deməyə əsas verir. Daxil olan məlumatlarda qeyd olunur ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəisi təyin olunan Rauf Vəliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin kadrıdır. Əvvəllər Xəzər Dəniz Neft Donanma İdarəsində, sonralar ARDNŞ-də işləyib. "Onun ARDNŞ-dən bu vəzifəyə gətirilməsi təsadüfi deyil". Mənbə iddia edir ki, prezident sərəncamından dərhal sonra DXDG-də təhvil-təslim başlayıb: "Aydın Bəşirova sənədlərdə dəyişiklik aparmaq, sənədləşdirilməyən daşımaları sənədləşdirmək imkanı verməmək üçün sərəncam oxunandan dərhal sonra DXDG-yə yeni yaradılmış qurumun rəhbərliyi gəlib. Hazırda DXDG-də vəziyyət gərgindir. Çox səs-küylü təhvil-təslimdir. Hətta dava-dalaş səviyyəsinə qədər gedib çıxacağı da realdır. "Naftalan" gəmisinin Rusiya tərəfində həbsdə olması elə hər şeyi deyir".

2014-cü ilin sonlarında bir sıra KİV-də Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə Azərbaycanı tərk etdiyi bildirilirdi. Lakin saytların birinə açıqlamasında Aydın Bəşirov yayılan xəbərləri tamamilə təkzib edib: "Götürüb özlərindən ağıllarına gələni yazırlar. Mən cavan, cağbacağ oğlanam. Səhv eləyir onu yazanlar. Mən oturub Bakıda çay içib, çörək yeyirəm, onlar yazır ki, Almaniyaya getmişəm. Boş sözlərdir hamısı". Həmçinin Aydın Bəşirov onun bu yaxınlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Bunların işi-gücü yoxdur?! Camaat özündən söz çıxarır. Ara qızışdırıb məni qıcıqlandırmaq istəyirlər. Keçi nə haydadır, qəssab nə hayda?! Mən Bakıda oturub kefimlə, istirahətimlə məşğulam. Mən prezidentimizin əsgəriyəm. Allah onun canını sağ eləsin. O, məni ölümdən qurtarıb. İşləmirəm - özü bilər, işləyərəm - özü bilər. Desə, get filan yerə, mən də gedərəm. Nə desə, o da olacaq".

Son verdiyi açıqlamasından təxminən bir il sonra, bu ilin mart ayında Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov işsiz olduğunu, müalicə aldığını və əsas diqqətini sağlamlıq problemlərinin həllinə yönəltdiyini qeyd edib. Çox maraqlıdır. Görəsən təxminən bir il sonra belə bir açıqlamanın verilməsi nəyə hesablanıb? Qeyd edək ki, Aydın Bəşirovun bu günlərdə gündəmə gəlməsi və necə deyərlər "canına qorxu düşməsi" əbəs deyil. Belə ki, Füzuli Abdullayev adlı Bakı sakini bir neçə gün əvvəl polisə müraciət edərək Bakı buxtasındakı "Yaxt-klub"da lövbər salan 65 metrlik yaxtasının oğurlanmasından şikayət edib. Sonradan isə məlum olub ki, bu yaxta "Xəzər Dəniz Gəmiçiliyi İdarəsi" QSC-nin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı "Yaxt-klub"un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib. "Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. "Yaxt-klub"dakı dayanacağa gəlincə isə ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur" - deyə Ə.Əsgərov bildirib.Əldə edilən məlumatlara görə, bu yaxta Aydın Bəşirov "Kaspar"ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, özününküləşdirilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur "Quryev" sovet paroxodundan gedir.

Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub. Bu gün yaşananlar bir daha göstərmiş olur ki, qanunu pozan və vaxtilə vəzifədə olan bəzi şəxslər bu gün hələ də azadlıqda gəzirlər. Onlar sadəcə olaraq, vaxtilə ya işlərindən, yaxud da bir az pullarından olurlar. Əgər Aydın Bəşirov hökumətdə yüksək vəzifə tutmaqda davam etsəydi, "Quryev" paroxodunu çətin ki, ondan geri alıb dövlətə qaytaraydılar.

Bilməyənlər üçün qeyd edək ki, "qəhrəmanımız"Aydın Bəşirov Bakının Güzdək kəndində anadan olub və Dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanıdır. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. Və 2013-cü ildə prezidentin sərəncamı ilə işindən azad olunub.
\\gundelik-baku.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Bu gün, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Bu gün, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Bu gün, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Bu gün, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Bu gün, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru