İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                 

Gəncədən təhsil naziri Mikayıl Cabbarova istefa dəvəti gəldi – Elmar Vəliyevi tərifləyənlər naziri hədəfə aldı - İLGİNC
Tarix: 16-08-2014, 11:50 | Çap et
Gəncədən təhsil naziri Mikayıl Cabbarova istefa dəvəti gəldi – Elmar Vəliyevi tərifləyənlər naziri hədəfə aldı
DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə təhsil naziri Mikayıl Cabbarovun arasında ciddi ədavət var. Bu faktı artıq Gəncədən DİA.AZ-a göndərilən və Gəncə ziyalıları adından imzalandığı iddia olunan yeni müraciətin mətnindən də duymaq olar.

Qeyd edək ki, müraciətin 50 nəfər tərəfindən imzalandığı iddia olunsa da, anonim olduğu faktdır. Lakin burada əsas maraqlı məqam, müraciətin məhz Gəncə şəhərinin rəhbərliyinin sifarişi ilə hazırladığının aşkar surətdə mətndən duyulmasıdır.

DİA.AZ olaraq təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“Hörmətli cənab Nazir ,məlum olduğu kimi, Azərbaycan təhsili çox bərbad gündədir.Bu müraciəti imzalayanların içərisində professor da var, elmlər doktoru da var, dosent də var, orta məktəb direktoru da var .Biz- hamımız təhsildə ,elm sahəsində uzun müddət işləmiş adamlarıq.Lakin təqiblərə görə mətbuat işçilərindən anonimliyimizin qorunmasını xahiş edirik.

Bizə çox maraqlıdır ,necə ola bilər ki, Azərbaycan təhsili təhsildən çox-çox uzaq olan bir nazir və onun komandası tərəfindən idarə olunur.Müəllimlərin aldığı 150-200 manat maaş

onun heç bir tələbatını ödəmir, heç olmasa keçmiş nazir Misir Mərdanov bu barədə dəfələrlə öz çıxışlarında qeyd edirdi.Təhsil sistemini düzəltmək üçün, birinci növbədə müəllimlərin maaşlarının əsaslı şəkildə artırılmasına nail olmaq lazımdır.Bundan sonra pillə-pillə təhsilin digər problemlərinin həllinə nail olmaq olar.Hal-hazırda respublikamızın orta məktəblərində tədrisin səviyyəsi sıfır vəziyyətindədir .Universitetlərə qəbul olunan tələbələr repetitorların və xüsusi hazırlıq kurslarının zəhməti hesabınadır.Siz isə təhsilin səviyyəsini, keyfiyyətini qaldırmaq əvəzinə bu işdə səriştəniz olmadığına görə qanunlarımıza zidd, mənasız qaydalar icad edirsiniz:müəllimlərin and içdirilməsi, müəllimlərin qiymətləndirilməsi, dərs prosesinin uzadılması(əgər məktəblərdə dərs keçilmirsə, bu müddəti uzatmaq nə dərəcədə doğrudur?) Əgər qiymətləndirməkdirsə, ilk növbədə bir dövlət qulluqçusu kimi nazirlik aparatı işçilərinin fəaliyyəti qiymətləndirilməlidir. Bunu biz müəllimlər yox, Dövlət Qulluğu haqqında qanun belə tələb edir və yaxud da and içməkdirsə bir dövlət qulluqçusu kimi Təhsil Nazirliyinin aparat işçiləri and içsinlər.Bunu da Dövlət Qulluğu haqqında qanun tələb edir.Onlar isə and içə bilməzlər, çünki nazirliyin aparatına cəlb edilmiş işçilərin əksəriyyəti ya dövlət qulluğunda heç vaxt çalışmamış, ya da ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçməmiş adamlardır.

Siz vəzifəyə gələndən apardığınız kadr dəyişikliklərinə baxanda nazirlikdə işini bilən təcrübəli mütəxəssislərin təhsildən uzaqlaşdırıldığını görürük. Bu professional kadrların yerinə isə dövlət qulluğunda heç vaxt çalışmayan, heç bir təcrübəsi olmayan, təhsil sisteminə ümumiyyətlə bələd olmayan kadrlar Təhsil Nazirliyi aparatına gətirilmişdir. Gəlin, bunların bir neçəsini sadalayaq:

İlk növbədə, nazir müavini Ceyhun Bayramov. Ceyhun Bayramovun yaxından uzaqdan təhsilin idarə olunması ilə heç vaxt əlaqəsi və bağlılığı olmamışdır. Bu kadr dəyişikliyi dövlətdən təhsilə ayrılmış vəsaiti asan yolla mənimsəmə məqsədi daşıyır. Çünki, Ceyhun Bayramov ölkənin baş xəzinədarı Azər Bayramovun qardaşıdır. Eyni zamanda Ceyhun Bayramov Gədəbəy rayonundandır ,Sizin sinif yoldaşınız və dostunuzdur.

Aparat rəhbəri postuna gətirilən Mətin Eynullayev də təhsilin idarə olunması ilə əlaqədar heç bir təcrübəsi olmamış şəxsdir. Ən böyük vəzifəsi İçəri Şəhər Qoruğunda aparat rəhbəri olmuşdur. Bu təşkilat da mərkəzi icra hakimiyyəti orqanlarına aid olmayan bir təşkilatdır. Eyni zamanda,Mətin Eynullayev də Sizin sinif yoldaşınız olmuşdur. Nazir köməkçisi vəzifəsinə təyin olunan Əlipaşa Zeynalov- tibb təhsili olan bir şəxsin bu vəzifəyə gətirilməsi heç ağlasığan iş deyil. Deyilənlərə görə, bu Əlipaşa kefi istəyəndə işə gəlir və işdə olduğu müddətdə saatlarla Sizin iş otağınızda olur.Əlipaşa Zeynalov hansı qabiliyyətinə görə Sizin üçün dəyərlidir ki, Bakı Dövlət Universitetinin rektoruna xidmət edə biləcək Toyota avolon markalı minik maşını onun xidməti istifadəsinə verilmişdir.

Nazir köməkçisi Anar Mahmudov İçərişəhər Qoruğunda köməkçiniz olmuş, eyni zamanda aparat rəhbəri Mətin Eynullayevin qaynıdır. Anar Mahmudovun vəzifəyə təyin edilməsində səriştəsizliklə yanaşı,qohumbazlıq prinsipi də əsas götürülmüşdür. Anar Mahmudovun xidməti istifadəsində də “Hunday Sonata” markalı bir minik maşını vardır ki, bu da onun tutduğu vəzifəyə uyğun deyildir. Onu da qeyd etmək lazımdır ki, Təhsil Nazirliyində nazir köməkçisi vəzifəsi heç bir mərkəzi icra hakimiyyətində analoqu olmayan bir vəzifədir,özü də nazirin bir yox, bir neçə köməkçisi vardır.

Sizin Təhsil Nazirliyinə cəlb etdiyiniz kadrlar ,əsasən, sinif yoldaşlarınız, tələbə yoldaşlarınız, keçmişdə çalışdığınız iş yoldaşlarınız, yaxın dostlarınız və onların qohumlarıdır. Siz kadr islahatı apararkən Dövlət Qulluğu haqqında qanunun bütün tələblərini pozursuz. Belə ki, mərkəzi icra hakimiyyəti orqanlarına işçilərin qəbulu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunan imtahan, müsahibə və müsabiqədən keçdikdən sonra təyin oluna bilər. Aparılan kadr islahatlarından biri də xalanız oğlu Elnur Əliyevin nazirliyə əvvəl nazir köməkçisi, sonradan isə nazirlikdə şöbə müdiri vəzifəsi tutmaqla yanaşi Bakı Şəhəri Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinə təyin olunmasıdır. Respublikamızda hal-hazırda ölkə başçısının sərəncamları və fərmanları ilə ölkənin ən yaxşı müəllimi adına layiq görülmüş, yüzlərlə təhsil sahəsində fəxri adlara layiq görülmüş pedaqoqlar olduğu halda, İçəri Şəhər Qoruğunun "jek" müdrinin bu cür böyük bir məsuliyyətli vəzifəyə təyin olunması çox təəccüblüdür. Görəsən bu jek müdiri müəllimlərə və peşəkar pedaqoqlara hansı ağıllı məsləhətləri verəcək? Elnur Əliyevin atası Aydın Əliyev bir neçə il bundan əvvəl işində yol verdiyi nöqsanlara görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təqdimatı əsasında Təhsil nazirinin əmrinə əsasən Gəncə Humanitar Kollecinin direktoru vəzifəsindən azad olunmuşdur. Siz isə pensiya yaşında olan Aydın Əliyevi Bakı Rabitə və Nəqliyyat Kollecinə direktor təyin etmisiz.

Nazirlikdə uzun illər baş məsləhətçi və hüquq sektorunun müdiri kimi çalışmış, həm də gənc kadr olan Elmir Həsənovun heç bir səbəb göstərilmədən vəzifəsi aşağı salınmış və onun əvəzinə təhsil qanunundan və qanunvericiliyindən xəbəri olmayan kadr gətirilmişdir.

Nazirliyin kadrlar şobəsinin rəisi Fərzəli Qədirovun vaxtı ilə keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən nazir müavini postuna namizədliyi bir neçə dəfə Prezident Administrasiyasına təqdim olunmuş və Prezident Administrasiyası tərəfindən dəstəklənməmişdir .Belə olduğu halda Fərzəli Qədirovun vəzifəsinin davam etdirməsi çox böyük suallar doğurur. İlk növbədə, qeyd etmək lazımdır ki, Fərzəli Qədirov təhsildə kadr siyasətini aparmasına baxmayaraq,özü təhsildə heç də sağlam kadr deyildir. Danışdığının mahiyyətini bilməyən, səhv də olsa, düz də olsa rəhbərinə bəli deyən bir çənə mütəxəssisidir. Sizin apardığıniz yarıtmaz kadr islahatlarından biri yerlipərəstlik ideyalarına sadiq qalaraq, əslən Gədəbəy rayonundan olan, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə şəxsən Ulu Öndər tərəfindən orta məktəblər üçün nəşr olunmuş dərsliklərdə bağışlanmaz, çox ciddi və kobud səhvlərin aşkar olunması nəticəsində dərslik şobəsinin müdiri vəzifəsindən azad olunan Əsgər Quliyevin yenidən həmin şöbəyə şöbə müdirinin müavini vəzifəsinə gətirilməsidir. Bir neçə müddət bundan öncə, ölkə başçısının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olunmuş Yadigar Əliyevi şantaj, böhtanla hədələyən Yusif Yusifov həmin universitetə rektor vəzifəsinə təyin olunmağa nail olmuşdur. Əslində Yadigar Əliyev təyin olunmamışdan əvvəl Yusif Yusifov rektor vəzifəsinə keçməyə çox cəhd göstərmişdir. Onun korrupsioner və həmin universitetdə rüşvətxorluğun başında durduğunu nəzərə alaraq rektor vəzifəsinə keçməsinin qarşısı alınmışdır.Bildiyiniz kimi,Yusif Yusifov Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşıdır. Cavanşir Yusifov Maliyyə naziri Samir Şərifov və nazir müavini Azər Bayramovun sağ əlidir. Təhsil nazirinin müavini Ceyhun Bayramov, maliyyə nazirinin müavini Azər Bayramovun

qardaşı olduğundan, bu dəfə məqsədlərinə nail ola bilmişlər. Gəncə Dövlət Universitetində şəffaflığın bərqərar olunmasını təmin etmək istəyən, korrupsiya və rüşvətxorluğun qarşının alınması üçün əməlli başlı iş başına keçən Yadigar Əliyev Sizin tərəfinizdən günbəgün qaralanaraq, işinə kölgə salınaraq, məcburi ərizəsi alınmış və Yusif Yusifov rektor təyin olunmuşdur. Burada Misir Mərdanovun atasına qəni-qəni rəhmət düşür. Misir Mərdanov şərtlər, nə olsada belə, nə Cavanşir Yusifovun qardaşı Yusif Yusifovun rektor təyin olunmasına və nə də ki, Elnur Əliyevin atası pensiyaçı Aydın Əliyevin kollecə direktor təyin olunmasına imkan verməzdi.Respublikanın bütün mətbuat orqanları Gəncə Dövlət Universitetindəki anarxiyadan, özbaşınalıqdan, demək olar ki, hər gün yazır, amma nədənsə, heç tükünüz də tərpənmir , rektor isə öz yaxın ətrafı ilə söhbət zamanı "Kim nə yazır yazsın.O reytinqi olmayan saytlarda gedən cızma-qaraları kimdir oxuyan?Buranın yiyəsı mənəm.Məni də cənab nazir müdafiə edir"ifadələrini işlədir. Sizin GDU-da daha bir kadrınız tərbiyə işləri üzrə prorektor təyin etdiyiniz Asif Cavadovdur. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər H.Əliyevin əleyhinə təbligat aparırdı.Həmin seçkilər vaxtı LALƏ ŞÖVKƏT hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi.Maraqlıdır, Yusif Yusibov tərəfindən" Psixologiya" kafedrasına müdir təyin olunan Zümrüd Şirinovanı(Asif Cavadovun həyat yoldaşı) Lalə Şövkətlə hansı sıcaq münasibətlər bağlayır ?Dünən Heydər Əliyevin əleyhdarı olan bu şəxslər indi iqtidar cəbhəsindədir.... İnsan öz simasını nə qədər xamilyon parçalar kimi dəyişə bilər?Hal hazırda universitetdə çirkli pulların yığılmasına Asif Cavadov başçılıq edir.Çox hörmətli Prezidentimiz İlham Əliyev həmişə məmur özbaşınalığını qətiyyətlə pisləmişdir.Asif Cavadovun oğlu Amil Cavadov isə avtoşluq edərək Ağstafa rayonunda bir nəfəri maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və 40000 manat verərək həbs olunmaqdan qurtarmışdır.Bu da məmur övladlarının daha bir özbaşınalığı.

Bizə və mətbuatdan məlumdur ki, Gəncədəki xüsusi nümayəndəniz Ceyhun Mirzə vasitəsilə, təzyiq edərək bəzi məktəb direktorlarına Gəncənin icra başçısı əleyhinə danos yazdırırsız.Biz Elmar Vəliyevi tərifləmək niyyətində deyilik. Elmar Vəliyev ən yaxşı icra başçılarından biridir. Sizə sual vermək istəyirik: Elmar Vəliyevin Gəncə şəhəri üçün elədiyi quruculuq, abadlıq. inkişafla bağlı işlərin yüzdən birini Siz bu respublika üçün etmisinizmi? Ona görə də Sizi Elmar Vəliyevlə müqayisə etmək mumkün deyil.

Hörmətli cənab nazir, Siz heç bir elmi dərəcəsi olmayan, təhsil sisteminin incəliklərinə bələd olmayan bir nazirsiz.Təhsil sisteminə bələdçiliyiniz olmadığından, bu sistemin onurğa sütununu bilmədiyinizdən təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlamaq Sizin üçün çətindir .Siz, möhtərəm Prezidentimizin sizə göstərdiyi böyük etimadı doğrulda bilmədiniz.Ona görə də Azərbaycan təhsili naminə, xalqımızın övladlarının parlaq gələcəyi naminə istefa verməyinizi xahiş edirik”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra Hakimiyyəti 23 min manata yolka alır
Bu gün, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Bu gün, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Bu gün, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55
Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru