Şahin Mustafayev oliqarx məmurların qabağından qaçmalı oldu - Ölkədə dondurma mafiyası da var imiş...
Tarix: 24-07-2014, 11:18 | Çap et
Dünyanın hər yerində olduğu kimi, bizdə də dondurma satışı yayın ən gəlirli sahəsi sayılır. Düzdür, Azərbaycanda adambaşına dondurma istehlakı 2010-cu ilin statistikasına görə, 200 qram təşkil edib. Ən kobud hesablamalara görə, 15 kvadratmetr ərazidə 15 min manat investisiya ilə yay boyunca kifayət qədər ciddi qazanc əldə etmək olar. Xüsusilə 100 qram dondurmanın qiyməti 30 qəpik civarında dəyişdiyi halda… Bəli, dondurmanın resepti kifayət qədər bahalı məhsullardan hazırlanmalı olsa da, bazarda minimum qiymət 20 qəpikdən başlayıb maksimum 6 manatda dayanır. Bu da ciddi suallar yaradır. Sərinləmək üçün yediyimiz dondurmalar nə dərəcədə təhlükəsizdir?
publika.az-ın araşdırmasına görə, iki il əvvəllə müqayisədə hazırda bazarın bu seqmentində satış əsasən yerli istehsalın payına düşür. Yəni bundan öncə dükan və marketlərin soyuducularında daha çox idxal dondurmalara rast gəlirdiksə, hazırda öz məhsullarımız üstünlüyü ələ alıb. Bazarda bütün “oyun qaydalarını” isə “Camal ltd.”, “AER”, “S.A.B.A. MMC” kimi monopolistlər diqtə edir. Bu şirkətlərin məhsul çeşidləri keyfiyyət baxımından kiçik sexlərin istehsalından fərqlənməsə də, ikinciləri sıradan çıxarmağı bacarıblar. “Unudulmaz dad, həyat sevinci” şüarı altında elə sexlərin resepturasına və qiymət tarifinə uyğun siyasət yeridirlər. Nə qədər paradoksal olsa da, süddən, kərə yağından hazırlandığı iddia edilən 70 qramlıq dondurmanı 30 qəpiyə satırlar. Nəzərə alsaq ki, bu, marketlərin qiymətidir, məhsulun bazadan çıxış qiyməti daha ucuzdur. 4 il əvvəl İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin göstərişi ilə 3,4 ton dondurması məhv edilən “Camal ltd” barədə bildirilir ki, 1998 ildən fəaliyyət göstərən “Camal Ltd” bazara “İceland” ticarət markası ilə çıxır. “Oscar”, “Bakılı qız”,”Bravo”, ”Delisimo”, “V.I.P” adlı dondurmaları istehsal edir. Eyni zamanda, Fransanın “Mars”, İsveçrənin “Nestle”, Kanadanın “McCain”, Rusiyanın “Talosto” kimi dünya ticarət nişanlarının eksklüziv distribütorluğunu həyata keçirir. Şirkətin məhsullarını araşdırarkən məlum olur ki, çəki ilə satılan dondurmaları çıxmaq şərti ilə 70-80 qramlıq dondurmaların heç birinin tərkibi etiketində göstərilmir. Hərçənd ki dondurmaların tərkibinə vurulan inqridientlər, zərərli maddələr onların etiketində yazılmalıdır. Müqayisə üçün bildirək ki, idxal dondurmalarının etiketinin üzərində onların tərkibində olan hər bir inqridient, zərərli maddə belə, əksini tapır. Ən pisi də odur ki, həmin dondurmalar mağazaların soyuducularında yerli istehsal məhsulları ilə yanaşı yerləşdirilir. İstehlakçı öz hüququnun açıq şəkildə nə qədər pozulduğunu görmək şansına sahib olur. Digər tərəfdən, “Camal Ltd” bazardakı monopoliyasını əldən verməmək üçün eyni dadda, sadəcə müxtəlif cür etiketlənmiş dondurmalar satır. Bununla da alıcıları aldadır. “Oscar”, “Bakılı qız”,”Bravo” dondurmalarının dadları bir-birindən heç nə ilə fərqlənmir. “Camal ltd”nin məhsulları ilə bağlı daha bir məsələ üzərinə istehal tarixi vurulsa da, yararlılıq müddətinin nə zaman sona çatmasının göstərilməməsidir. Dondurmanın istehsal şərtlərinə əsasən, meyvə, giləmeyvə dondurması 1 ay, kərəli, südlü dondurma 2 ay, plombir dondurması 3 ay saxlanıla bilər. “Camal ltd”nin sahibləri istehsalçı kimi aylarla dükanların soyuducularında qalan dondurmalarına heç bir təminat vermirlər. Qiymətlər də diqqət çəkir. Belə ki, tərkibində quru süd, şəkər tozu, kərə yağı, qatılaşdırılmış süd, qara şokolad, kakao qatıldığı iddia olunan “Delisimo” plombir dondurmalarının 500 qramı 3,20 qəpik təşkil edir. Nəzərə alsaq ki, ölkədə ən ucuz 1 kiloqram kərə yağının qiyməti 2,5; 1 litr südün qiyməti isə 0,8 manat təşkil edir, digər inqridientləri də hesaba qatsaq, satış qiyməti məhsulun maya dəyərini ödəmir. Bazarda bu qədər hərc-mərcliyin olduğu şəraitdə sahibkarın sırf istidən yanan ürəkləri sərinləşdirmək məqsədilə istehsalla məşğul olduğunu düşünmək sadəlövlük olar. Belə çıxır ki, satış qiymətini tamamlamaq üçün şirkət istehsalın ucuz başa gəlməsini maksimum təmin etməyə çalışır. Bu zaman, inanın ki, dondurmaya hətta 2,5 manatlıq ən aşağı keyfiyyətli kərə yağı belə, vurulmur. Qatqı kimi marqarinlərdən, piylərdən istifadə edilir. “Camal ltd”nin məhsullarını monitorinq etdiyimiz zaman daha bir müşahidəmiz çəkiylə bağlı oldu. Dondurmaların real çəkisi ilə etketinə vurulan çəki arasında fərq var. Bu da yəqin rəqabətin sektor üçün yaradılmış yeni növüdür - inflyasiya qiymətdə deyil, çəkidə aparılır. Konkretləşdirsək, “Camal ltd” sexlərə, digər rəqiblərinə uduzmamaq üçün qiyməti qaldırmayıb, çəkini azaldır. Bunu keyfiyyəti artırmasından deyil, istehsal xərclərinin - daşınmanın, işçi qüvvəsinin saxlanması kimi xərclərinin artması səbəbindən edir. Bazarın ikinci monopolisti, qocamanlardan sayılan “AER”in istehsal texnologiyası isə bir qədər seçilir. Məsələn, şirkət müasir texnologiya ilə çalışan, kompüter və robortlarla idarə olunan Straigtline 600 istehsal xətti quraşdırıb. Məhz buna görə də buraxdığı batonlar, ruletlər və lakomka dondurmalarının analoqu olmadığını iddia edir. Amma araşdırmalar göstərir ki, “AER“in məşhur o istehsal avadanlıqları süd adlı maddəni “tanımır”. Şirkətin dondurmaları buzlaşdırılmış yağlı, vanilli su dadını verir. Xüsusilə plastik qablardakı dondurmaların keyfiyyəti aşağıdır. Məhsulun enerji dəyəri də göstərilməyib. “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirən “S.A.B.A. şirkəti” MMC-yə gəlincə, bu qurum istehsalçı fəaliyyətinə 2000-ci ildən başlayıb. Son zamanlar rəqiblərinə uduzmamaq üçün yeni məhsullar təklif edir. Bunların da sırasına “Zebra”, “For Me”, “Qiqant”, Glamur“,”Diabetik” əmtəə nişanlı dondurmalar daxildir. Sonuncunu çıxmaq şərti ilə digərlərinin yağlılığı 12 faiz təşkil edir. Bu rəqəm istər kiçik qablaşdırmalarda, istərsə də çəki ilə satılan dondurmalarda keçərlidir. Bir sözlə, MMC istehsal prosesində 12 faizdən artıq yağ işlətmir. Bu onu deməyə əsas verir ki, məhsulların resepti eynidir. Sadəcə, çeşid bolluğu üçün fərqli dizaynda qablaşdırılma aparılır. O cümlədən, son bir ildə şirkətin “Plombir Millennium”, “Qozlu Millennium”, “Kişmişli Millennium” dondurmalarının da keyfiyyəti aşağı düşüb. Həmçinin “İceland” ticarət markasının məhsullarında olduğu kimi, bu dondurmaların çəkisi etiketində göstərilən qədər deyil. Yəni kobud dillə desək, istehsalçı alıcılara çəkidə “atır”. Ən nəhayət, dondurma yeyilərkən təzə qaymaq dadı verməlidir. İstər “Millennium”, istər “AER”, istərsə də “İceland” ticarət markalarının dondurma çeşidlərinin heç birində bu tam yoxdur. On beş dəqiqə fərqli tempraturda qatqıların nə dərəcədə keffiyyətsiz olduğu üzə çıxır. Belə ki, dondurmalardan qoxu gəlir, su qatı yaranır. Bu təsərrüfat subyektləri ilə bağlı diqqəti çəkən bir məqam da var. O da müxtəlif vaxtlarda İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cəza tədbirlərinə tuş gəlsələr də, onların bu mövsümdə nəzarətsiz qalmalarıdır. Davam edən yay ayları ərzində dondurma məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarətdən söz açılmayıb. Lakin vəziyyət göründüyü kimi, heç də yaxşı deyil. “Unikal” olaraq onu da əlavə edək ki, Şahin Mustafayevin nazirliyinin xüsusi ilə bu yay ayları ərzində dondurma məhsullarının keyfiyyət və təhlükəsizliyi barədə “susması” ciddi məqamdır. Hesab etmək olar ki, bu, “dondurma bazarı”nın da bəzi iri məmurların himayə və nəzarəti altında olması ilə əlaqədardır, yəni həmin iri məmurlara görə Mustafayevin nazirliyi çəkingən davranmaqdadır. Hətta adıçəkilən nazirliyin “dondurma bazarı”nı himayə edən bəzi iri məmurlar qarşısında artıq tamamilə “ağ bayraq” qaldırdığını söyləmək olar. Bundan isə oliqarxlar qazanır, vətəndaşlar itirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
|