Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                 

"Mustafa Babanlı öz "qaydalarını" müəyyənləşdirib" - GİLEY
Tarix: 10-11-2018, 10:52 | Çap et
"Mustafa Babanlı öz "qaydalarını" müəyyənləşdirib"
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Əliyev Teyyub Qəni oğlu Prezident İlham Əliyevə, Təhsil naziri Ceyhun Bayramova ərziə ilə müraciət edib.

Teyyub Qənioğlunun surəti Mia.az-a daxil olan müraciətini olduğu kimi təqdim ediirk:

****

Hörmətli İLHAM MÜƏLLİM!

Mən, ADNSU-nin rektoru, professor Mustafa Babanlının Azərbaycanın ali təhsil müəssisələrində çalışan professor- müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün mövcud olan qaydalara və Azərbaycan Respublikası Əmək Məcəlləsinə zidd qərarlarları səbəbindən Sizə müraciət etmək məcburiyyətindəyəm.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq "Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir".

Qanunvericiliyə uyğun olaraqtəhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor-müəllim heyətinin 5 illik fəaliyyət müddəti bitdikdə onların vəzifələri vakant elan olunur və öz vəzifələrinə yenidən seçilmək üçün müsabiqə elan edilir. Müsabiqədə iştirak edən professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün onların 5 illik elmi-pedoqoji fəaliyyəti əsas götürülür.

Qanunvericiliyin qeyd edilən tələblərinin ziddinə olaraq, ADNSU-nin rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmələri üçün öz "qaydalarını" müəyyənləşdirib.

Belə ki, onun birbaşa təşəbbüsü ilə ADNSU-nin Elmi Şurası 23 dekabr 2015-ci ildə "Azərbaycan Dövlət Neft Və Sənaye Universitetində elmi işçilərin (?!) dərəcələrinin artırılması və təyinatı üzrə TƏLİMAT" qəbul edilib (Təlimat 01 mart 2016-cı ildə qüvvəyə minib. TƏLİMAT ərizəyə əlavə edilir. Onun "özəllikləri" rəngli içarələrlə qeyd edilib).

TƏLİMAT qəbul edilərkən ADNSU-nin elimi yox, tədris müəssisəsi olduğu "unudulub".

TƏLİMATA uyğun olaraq professorların öz vəzifələrinə yenidən seçilmələri məqsədi ilə müsabiqədə iştirak etmələri üçün (?) 110 bal, dosentlərin -50 bal, assistentlərin-35 bal toplaması tələb olunur. Ballar hesablanarkən:

1. Professor-müəllim heyətinin pedoqoji fəaliyyətinin əsas nəticələri (hazırladıqları tədris proqramları, metodiki tövsiyələr, dərsliklər, buraxılış işlərinə rəhbərlik, açıq dərslərin nəticələri və s.) nəzərə alınmır, yalnız PHD, magistr dissertasiyalarına,dərc edilmiş mühazirə konspektləri, laboratoriya təlimat kitabları, dərc edilmiş elmi məqalələri nəzərə alınır;

2. Təlimatın cəmi iki il qabaq qəbul edildiyinə baxmayaraq o, professor-müəllim heyətinin 5 illik fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi üçün əsas götürülür. Bu tələbləri ödəməyən professor-müəllim heyəti müsabiqəyə buraxılmır!?

Rektorun fəaliyyətinin "özəllikləri" bununla da bitmir. Belə ki, 2018-ci ilin mart ayından etibarən bu müddətə 5 illik fəaliyyəti bitmiş professor-müəllim heyətinə müsabiqədə iştirak etmək üçün qeyd edilən TƏLİMATA uyğun olaraq müvafiq balların hesablanması məqsədi ilə sənədlərini müsabiqə komissiyasına təqdim etmələri tələb olunmuşdu.

Müsabiqə komissiyasının qərarına görə müsabiqədə iştirak etməli olan 400 nəfərə yaxın əməkdaşdan yalnız 158 nəfəri, o cümlədən də mən, Təlimatın "tələblərinə" uyğun müvafik balı toplamışdıq. Bunu nəzərə alaraq "Respublika” qəzetinin 01 may 2018-ci il tarixli 96 (6129) sayında 158 vakant yeri tutmaq üçün müsabiqə elan edilmiş və bunu əsas götürərək biz, müsabiqədə iştirak etmək üçün müvafiq qaydada ərizələrimizi təqdim etməyə başlamışdıq. Ancaq 07 may 2018-ci ildə ADNSU-nin akt zalında rektorun adından şifahi şəkildə həmin 158 nəfərə təklif olunmuşdu ki, may ayının 30-da işdən çıxmaq üçün ərizə yazsınlar, işdən azad olunsunlar, iki-üç gündən sonra müsabiqədə iştirak edib yenidən öz vəzifələrinə seçiləcəklər.

Bu zaman nəzərə alınmırdı ki, 30 mayda işdən azad olunan işçilər müsabiqədə ADNSU əməkdaşı kimi iştirak etmək hüququnu itirirlər. Rektorun bu qeyri-qanuni tələbində məqsədi yenidən seçiləcək professor-müəllim heyəti ilə əvvəllər bağlanmış müddətsiz əmək müqaviləsini birtərəfli qaydada müddətli müqavilə ilə əvəz etmək istəyi durur.

Azərbaycan Respublikasının hazırda qüvvədə olan Əmək Məcəlləsi 1999-cu ilin fevral ayının 1-də təsdiq edilmiş və qüvvəyə minmişdir. Ötən illər ərzində bu Məcəlləyə bir sıra əlavələr və dəyişikliklər edilsə də, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr tutan şəxslərlə bağlanan əmək müqaviləsinin müddətinə dair heç bir əlavə və dəyişilik edilməmişdir. Belə ki, bu Məcəllənin45-ci maddənin 4-cü bəndində qeyd edilir ki, "Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”.

Məhz bu tələbə uyğun olaraq, yəni təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin əmək fünksiyasının yerinə yetirlməsi şərtlərinə ğörə daimi xarakter daşıdığı əvvəlcədən məlum olduğundan, Əmək Məcəlləsinin qüvvədə olduğu 19 ildən çox müddətdə professor-müəllim heyəti ilə əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək Məcəlləsində təhsil müəssisələrində çalışan professor-müəllim heyəti ilə əmək müqaviləsinin müddətsiz bağlanması ilə bağlı bu maddənin dəyişmədiyi, qüvvədə olduğu halda müddətsiz müqavilənin birtərəfli qaydada müddətli müqavilə ilə əvəz olunacağının elan edilməsi və bu səbəbdən müsabiqədə iştirak etmək istəyən əməkdaşların mütləq işdən çıxmalı olduğunun elan edilməsi Əmək Məcəlləsinə ziddir. Belə ki, Məcəllənin 45-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki,"Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz”).

Ən əsas məsələ odur ki, ADNSU-nin rektoru təhsil müəssisələrində çalışan professor-müəllim heyəti ilə müddətli müqavilənin bağlanmasının zəruriliyini yanlış olaraq Əmək Məcəlləsinin "Müddətli əmək müqaviləsi bağlanan hallar”a dair 47-ci madəəsinin "ə” bəndi ilə əsaslandırmağa cəhd edir. "ə” bəndində qeyd edilir ki: ”bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən” əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

Əvvəla, 45-ci maddənin 4-cü bəndindən fərqli olaraq (yuxarıda qeyd edildiyi kimi, burada hansı halda müddətsiz əmək müqaviləsinin bağlanmasının vacibliyi qəti olaraq qeyd edilir), 47-ci maddənin "ə” bəndində müddətli əmək müqavilsəinin bağlanması zəruriliyi qəti olaraq qeyd edilmir, yalnız tövsiyə edilir (müəyyən müddətə bağlanıla biləcəyi göstərilir.). İkinci, yuxarıda qeyd edildiyi kimi, qüvvədə olduğu müddət ərzində təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr tutan şəxslərlə bağlanan əmək müqaviləsinin müddətinə dair heç bir əlavə və dəyişilik edilmədiyi, o cümlədən 6-cı madənin "c” bəndində və 47-ci maddənin "ə” bəndində də dəyişikliklərin edilmədiyi halda rektorun ADNSU-də çalışan professor-müəllim heyəti ilə müddətli əmək müqaviləsinin bağlanması tələbi nəyə əsaslanır? Məgər indiyə qədər ADNSU-nə rəhbərlik edən rektorların Əmək Məcəlləsinin qeyd edilən maddələrindən xəbəri yox idi və xəbərləri olmadığına görə professor-müəllim heyəti ilə müddətsiz müqavilə bağlayırdı?

Müsabiqədə iştirak etməli olan 158 əməkdaşın işdən çıxmaq tələbinə qəti etirazını nəzərə alaraq onların 30 mayda işdən çıxmaları ilə bağlı tələb geri götürülmuşdü. Ancaq öz istəyinə nail olmayan rektor daha bir "yeniliyə" əl atmışdır. Belə ki, əməkdaşların müsabiqədə iştirakının əngəllənməsi üçün "Respublika" qəzetinin 01 iyun 2018-ci il tarixli 121 (6154) saylı nömrəsində ADNSU-nin yeni, aşağıdakı məzmunda elanı çap edilmişdir: "Respublika" qəzetinin 01 may 2818-ci il tarixli №96 (6129) sayında ADNSU-də vakant yerləri tutmaq üçün verilmiş müsabiqə elanı kifayət sayda ərizələrin verilməməsi səbəbindən ləğv olunur. Müsabiqənin qanunauyğun şəkildə keçirilməsi üçün yeni elan müvafiq zamanda veriləcəkdir"?!

İndi aydın olur ki, müsabiqənin ləğv edilməsində məqsəd rektorun öz istəyinə başqa yolla nail olmaq cəhdidir və o, bunu əmr, sərəncam və s. şəklidə -yazılı olaraq-etmir.

Belə ki, rektor fakültə dekanlarına və kafedra müdirlərinə şifahi göstəriş vermişdir ki, onun müəyyən etdiyi qeyri-qanuni tələbə uyğun olaraq müsabiqədə iştirak etmək hüququ qazanmış 158 nəfərə işdən çıxmaları üçün ərizə yazdırsınlar. Bunu əsas tutan fakültə dekanları və kafedra müdirləri 05 noyabr 2018-ci ildə, müsabiqədə iştirak etmək hüququ qazanmış 158 nəfərə şifahi şəkildə bildirmişlər ki, işdən çıxmaq üçün ərizə yazıb azad olunsunlar (ərizənin nüsxəsi əlavə olun-1).
Eyni zamanda bizlərə təklif olunur ki, dərhal aşağıdakı məzmunda ikinci ərizəni yazaq:

"Xahiş edirəm məni 2 aylıq əmək müqaviləsi müddətinə (kafedranın adı göstərilməklə)_____________vəzifəsinə qəbul edəsiniz” (ərizənin nüsxəsi əlavə edilir-2).

Buna etiraz edənlərdən aşağıdakı məzmunlu 3-cü ərizəni yazmaq tələb edilir: "Xahiş edirəm bir ay xəbərdarlıq müddətini gözləmədən məni_________il tarixdən öz xahişim ilə tutduğum vəzifədən azad edəsiniz” (ərizənin nüsxəsi əlavə edilir-3).

İşdən azad olunanlara iki aylıq müvəqqəti müqavilə ilə yenidən işə qəbul olunacağı deyilir. Sonra onlara təklif olunur ki, vakant yerlərin tutulması üçün elan ediləcək yeni müsabiqədə iştirak etsinlər.

ADNSU-nin rektoru Əmək Məcəlləsinin 50-ci maddəsinin 6-cı bəndinin tələblərini də pozur. Orada qeyd edilir ki:” Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir”.

Göründüyü kimi, ADNSU-nin rektoru öz məqsədinə nail olmaq üçün qeyri-qanuni vasitələrə əl atır. Bir daha qeyd edirəm ki, Əmək Məcəllənin 45-ci maddəsində 3-cü bəndinə görə "Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz". Ona görə dəADNSU-nin rektoru birtərəfli qaydadaöz istəyinə nail olmaq məqsədi ilə, professor-müəllim heyətininişdən çıxmaları üçün ərizə yazmalarında israr edir və bunu yazılı yox, şifahi halda, dekanların və kafedra müdirlərinin əli ilə edir.

Mən 32 ildir ki, ADNSU-də fasiləsiz dosent vəzifəsində işləyirəm. İndi nəyə görə mən öz xahişimlə işdən çıxmaq üçün ərizə yazmalıyam və həmən də, 2 aylıq müvəqqəti müqavilə ilə işə qəbul olumağımla bağlı ərizə yazmalıyam. Bu hansı qanuna və ya məntiqə uyğundur?

Rektorun yuxarıda qeyd edilən qərarı, eləcə də, tədris yükünün 500 saatdan 650 saata qaldırması, eyni məsələyə dair (məsələn, imtahan suallarının sayı və onların tərtibi qaydaları, imtahan biletlərinin tərtib edilməsi, imtahanların qəbulu qaydaları və s. haqqında) qərarlarının tez-tez dəyişdirilməsi, bakalar təhsilini ali təhsil hesab etməməsi (rektor 01 noyabr 2018-ci ildə "İqtisadiyyat və menecment” fakültəsinin əməkdaşları ilə görüşdə demişdir ki, bakalavr ali təhsil deyil. Ona görə də bakalvr təhsili olub laborant vəvifəsini tutanlar ya magistraturaya daxil olsunlar, ya da işdən çıxsınlar) ADNSU-də psixoloji mühiti həddindən artıq gərginləşdirmişdir.

Hörmətli İLHAM MÜƏLLİM!

ADNSU rektorunun Əmək Məcəlləsinin tələblərinə və Təhsil Qanuna zidd olan qeyri-qanuni hərəkətlərinə son verməsi üçün Sizin müvafiq göstəriş vermənizi xahiş edirəm.

Əlavələr:

1.Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işçilərin dərəcələrinin artırılması və təyinatı üzrə TƏLİMAT.
2.İşdən çıxmaq üçün ərizənin nüsxəsi-1.
3.İşə qəbul üçün ərizənin nüsxəsi-2.
4.İşdən çıxmaq üçün ərizənin nüsxəsi-3

Hörmətlə: "Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti: T.Q.Əliyev

08 noyabr 2018".

Onu da bildirək ki, bu müraciətin müəllifi, dosent Teyyub Qənioğlu, həm də Təkəmül Partiyasının sədridir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru