Keçmiş MTN generalının işgəncəsinə məruz qalan hərbçi danışdı - SENSASİON MÜRACİƏT
Tarix: 18-05-2016, 08:42 | Çap et
 Naxçıvan şəhərində anadan olan, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlunun redaksiyamıza müracətini iki gün öncə oxucularımıza çatdırmışdıq. Qeyd etmişdik ki, Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov şikayətçi Nizami Ağasiyevi həbs etdirərək, ona dəhşətli işgəncələr verdirib. N.Ağasiyevin redaksiyamıza müraciəti barədə bu linkdə tanış ola bilərsiniz. Əlavə olaraq onu qeyd edək ki, bu yazı saytımızda və qəzetimizdə dərc olunandan sonra aidiyyatı qurumlar həmin vaxtadək ev dustaqlığında olan Vəli Ələsgərovun həbs-qəti imkan tədbirinin dəyişdirilməsinə qərar verdilər. Ətraflı bu linkdə Bütün bunlardan sonra yenidən redaksiyamıza müraciət edən şikayətçi Nizami Ağasiyev yazır ki, dəfələrlə keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayevlə əlaqə qurmağa çalışsa da, o, telefon zənglərinə cavab vermir. Hətta N.Ağasiyevin mayın 9-da vəkilə göndərdiyi aşağıdakı Watsap mesajları da cavabsız qalıb: ***

- Salam Vüqar müəllim. Mən Nizami Agasiyevəm. Narahat etdimsə, bağışlayın. Amma sizə bildirmək istəyirəm ki, o Vəli deyilən şəxs mənim başıma çox işlər gətirib. Ailəm onun ucbatından dağıldı. Mən 10 il Ağdamda döyüş bölgəsində kəşfiyyatçı kimi fəaliyyət göstərmişəm. Bir çox əməliyyatlarda iştirak etmişəm. Ulu öndərimizin adına 4 medal və pul mükafatları ilə təltif olunmuşam. Son “mükafat”ımı isə Vəli MTN-nin “podval”ında pis söyüşlər söyərək, dırnaqlarımı çıxararaq, döyərək verdi. Onun vəkili kimi özündən soruşsanız, deyər ki, 2015-ci il sentyabrın 2-də başıma nələri gətirib. *** Mən qardaşlarımla səngərdə şəhid olmalıydım. MTN zirzəmilərində söyülüb-döyülməməliydim. Sizi təkcə bir vəkil kimi yox, vətənpərvər, bayrağını sevən bir insan kimi də tanıyıram. Xahiş edirəm, məni Orduma qaytarın, hərbi formamı yenədn geyinməyimə kömək edin. Balalarımı mənə qaytarın. Mən çox şey istəmirəm, ailəmi, hərbi formamı mənə qaytarın, demirəm ki, pul verin, yemək verin. Mən yetim böyüdüm, istəmirəm ki, oğlum, qızım da atasız böyüsün. Indi siz seçin… Yetimin ahı yerdə qalmır. Bunu Vəli də gördü. *** Mən ölənədək Vətənimə, Bayrağıma, Torpağıma xidmət edəcəm. Bu mənim əqidəmdir, kişi əqidəsini dəyişməz. Bir də bunu deyim, Vüqar müəllim. Siz də atasınız, istəməzsiniz ki, övladınız sizi pis tanıya. Nə də övladınız istəməz ki, atası haqsız yerə əzab çəkə. Çox xahiş edirəm, köməyinizi əsirgəməyin. Bilirəm, bir vəkil olaraq işinizi görürsünüz. Amma mənim işimi də Allah yerdə qoymaz. *** 16.05.2016 Salam Vüqar müəllim. Mən bütün olanlarla bağlı “Hürriyyət” qəzetinə müraciət etdim. Siz hüquqlarını müdafiə etdiyiniz vətən xaini olan Vəlidən mənim barəmdə soruşdunuz? Deyərdiniz ki, Nizaminin ahı tutdu səni. Vəli deyilən xain məni balalarımdan ayrı qoydu, Allah onu da balalarından ayrı salar, inşallah. Mən həmişə deyərdim ki, ən böyük arzum şəhidlik zirvəsinə ucalmaqdır. Indi isə o sözə əlavə edirəm ki, ən böyük arzum Vəlinin dövlət səviyyəsində cəzalandırılmasıdır. Allah onu bildiyi kimi etsin. Amin! Niyə cavab vermirsiniz? Səhv söz deyirəm? Siz mənim hüquqlarımı qorumalısınız, yoxsa Vəli kimi xainin?! Bilirisiniz, dövlətin keşiyində duran birini bədbəxt etmək nədir? Bu müharibənin gedişatında məni səngərimdən, torpağımdan ayıranı müdafiə etmək olar? Bir vəkil kimi yox, bir azərbaycanlı kimi sualıma cavab verin. *** Mən namussuz deyiləm ki, kiməsə şər atam. Mən hüquqlarımın müdafiə olunmasını, ədalət istəyirəm. Siz də bu işə ədalətlə yanaşın. *** Vüqar müəllim, mən sizin atacağınız addımı gözləyirəm: görüm, siz də Vətənini, Torpağını sevən, vətənpərvər bir insanın arxasında duracaqsınız, ya dövlətini, dövlət başçısını aldadan birinin?! Çox xahiş edirəm, köməyinizi əsirgəməyin”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanla bağlı qərar bu maşında verilib? - AKTUAL
Bu gün, 18:08 |
|
|
|
• "Tanımayanın sözü mənim yolumu dəyişməz"
Bu gün, 18:06 |
|
|
|
• Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Bu gün, 17:49 |
|
|
|
• Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Bu gün, 17:47 |
|
|
|
• Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Bu gün, 17:43 |
|
|
|
• "O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37 |
|
|
|
• Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35 |
|
|
|
• MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33 |
|
|
|
• “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28 |
|
|
|
• Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26 |
|
|
|
• Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14 |
|
|
|
• Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12 |
|
|
|
• BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02 |
|
|
|
• "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59 |
|
|
|
• Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57 |
|
|
|
• "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54 |
|
|
|
• İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51 |
|
|
|
• Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47 |
|
|
|
• İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27 |
|
|
|
• Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25 |
|
|
|
• Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23 |
|
|
|
• Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21 |
|
|
|
• Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18 |
|
|
|
• Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10 |
|
|
|
• Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06 |
|
|
|
• Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04 |
|
|
|
• Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01 |
|
|
|
• Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49 |
|
|
|
• Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35 |
|
|
|
• Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30 |
|
|
|
• "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26 |
|
|
|
• Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23 |
|
|
|
• Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19 |
|
|
|
• Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16 |
|
|
|
• Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51 |
|
|
|
• Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48 |
|
|
|
• Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45 |
|
|
|
• "Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37 |
|
|
|
• Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07 |
|
|
|
• “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05 |
|
|
|
• AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59 |
|
|
|
• Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53 |
|
|
|
• Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39 |
|
|
|
• Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30 |
|
|
|
• HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16 |
|
|
|
• Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14 |
|
|
|
• Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11 |
|
|
|
• Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05 |
|
|
|
• Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56 |
|
|
|
|