Azərbaycanla bağlı qərar bu maşında verilib? .....                     "Tanımayanın sözü mənim yolumu dəyişməz" .....                     Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! .....                     Azərbaycandan sonra növbə Özbəkistanındır .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     "O hər zaman mənim qəlbimdə yaşayır" .....                     Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? .....                     MƏKTƏB YÜKÜ... .....                     “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” .....                     Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. .....                     Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... .....                     Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI .....                     BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində .....                     Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı .....                     "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" .....                     Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR .....                     "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" .....                     İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır .....                     Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü .....                     İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                     Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu .....                     Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır .....                     Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... .....                     Bank of Baku” reklamdakı vədlərə əməl etmir? .....                     Paşinyan ağır imtahan qarşısında .....                     Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar .....                     Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... .....                     Bu məmurlar İXTİSARA SALINIR... .....                     Kərə yağı adı altında xalqa nə satılır? .....                     Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur .....                     "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." .....                     Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub .....                     Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                 

“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”
Tarix: 30-11-2011, 11:38 | Çap et
“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”

“HAKİMİYYƏTİN BORCU ODUR Kİ”...

Yazıçı Əkrəm Əylisli “Azadlıq” radiosuna açıqlamasında həmkarı Rafiq Tağının ölümündən danışıb.

- Bu, çox dəhşətli hadisədir. Birinci Azərbaycan yazıçısıdır ki, bıçaqlanıb öldürülüb. Məsələn, XIX əsrdə Mirzə Fətəliyə qarşı təqiblər də olub, hədə-qorxu da olub, amma iş bu yerə gəlib çıxmayıb. XX əsrdə Mirzə Cəlili xeyli vaxt hədələyiblər ki, adam tutarıq, səni öldürərik...

Rafiq Tağı ilk Azərbaycan yazıçısıdır ki, bizim dövrdə - XXI əsrdə qətlə yetirilib. Demək, indiki zaman yazıçı üçün çox təhlükəlidir. Bundan təhlükəlisini mən yadıma sala bilmirəm. Nəsiminin dərisinin soyulması ilə bağlı mifik söhbətlər var. Bu mifdir, Nəsiminin dərisinin soyulması ilə bağlı dəqiq tarixi məlumat yoxdur. Amma dəqiq budur ki, XXI əsrdə, dünyanın demokratiyadan danışdığı, demokratiya ilə öyündüyü bir vaxtda yazıçı bıçaqlanır. Bu, mənim üçün heç cür bağışlanmaz, ağır cinayətdir.

Elə bilirəm ki, qələm sahiblərinin hər birini ağrıda biləcək, hər birinin içində müdhiş yara qoyub gedən hadisədir. Mən güman edirəm ki, Rafiq Tağının qatili tapılacaq. Mən buna inanmaq istəyirəm, buna əşhədü ehtiyacım var.

- Dediniz ki, XIX əsrdə Axundovu, XX əsrdə Mirzə Cəlili öldürə bilmədilər, amma XXI əsrdə Rafiq Tağını öldürdülər. Səbəb nədir?

- Niyə görəsini düşünmək lazımdır. Bunu bütövlükdə cəmiyyət də düşünməlidir. Bizim realist ədəbiyyatımızın banisi Mirzə Fətəlinin dövründə cəhalət daha güclüydü, hökmlüydü, amma o kişi sağ qala bildi. Bizim dövrdə, görünür, insan həyatı ucuzlaşıb. O cümlədən yazıçı həyatı. Rafiq Tağının bu dərəcə faciəli, özü də günün günorta çağı bıçaqlanması məndə qorxunc düşüncələr yaradır. Böyük sıxıntı yaradır...

- Qorxunc düşüncələr deyəndə nəyi nəzərdə tutursuz?

- Yəni zaman niyə bu şəklə düşdü? İnsan niyə belə ucuzlaşdı? Bəlkə əlaqəsi yoxdur, amma deyəcəm, İraqda insan həyatı qara qəpiyə dəymir. Orda gündə yüzlərlə insan qətlə yetirilir. O da qətldir, terrordur. Rafiq Tağının ölümü də terror hadisəsidir. Əgər bu bizə kənardan gəlmiş terrordursa, bizim hüquq mühafizə orqanlarına və hakimiyyətə siqnal olmalıdır ki, terror Azərbaycanın içinə girə bilir. Faktiki terror iyi gəlir burdan. Amma qabaqcadan nəsə demək çətindir. Burda hadisəni siyasiləşdirmək meyli də hiss olunur. Amma mən inanıram, qətlin üstü açılacaq. Əgər açılmasa, bundan sonra başlanan söhbət ayrı mövzuda olacaq.

- Sizcə, bu qətl qələm adamlarının yazılarında hansısa formada izini qoyacaqmı?

- Yazıçı bundan, əlbəttə, dərs almalıdır. Yəni yazıçı artıq həyatının təhlükəsiz olduğuna çox da arxayın olmamalıdır... Bu gün bir dəstə haray-həşirlə, özü də Rafiq Tağının meyiti soyumamış, hətta bir azca da özlərinə xal yığma qədərində oynadır bu hadisəni. Bir dəstə də ağzına su alıb susur. Heç elə bil bunlara dəxli yoxdur. Anormallıq budur.

- Dediniz ki, yazıçı bundan sonra təhlükəsizliyinə çox da arxayın olmamalıdır. O zaman neyləməlidir yazıçı? Qələmi yerə qoymalıdır, yoxsa mübarizəsini davam etdirməlidir?

- Əgər bir xox gələn kimi, ya da sarsıntı keçirən kimi qələmi yerə qoyursa, yazıçı olmadı ki. Məsələn, Almaniyada faşizmin qanlı, quduz vaxtında neçə-neçə yazıçı şəxsiyyətini də saxlayıb, əsərini də yazıb.

- Əkrəm müəllim, sizin “bir tərəf ağzına su alıb susur” dedikləriniz kimdir? Burda yəqin həm Yazıçılar Birliyini nəzərdə tutursuz, həm də...

- Yox, Yazıçılar Birliyinin adını çəkmək istəmirəm. 20 ildən çoxdur ki, onları tanımıram. Elə bu cür şeylərə görə tanımıram. Cəmiyyətə hiss etdirməlidirlər ki, bunlar da həmin ağrını hiss edirlər. Böyük ağrıdır, hədsiz böyük ağrıdır. Günün-günorta çağı, mətbuat azadlığından bu qədər söhbət gedən vaxtda, insanların asudə yaşaması haqda bu qədər söhbət getdiyi vaxtda belə hadisə baş verir. Bu da ictimai mühitdə yalnız bir tərəfdə - müxalifət tərəfdə özünü göstərir. Bu yerdə müxalifət, iqtidar söhbəti ola bilməz. Qətl olunan yazıçıdır. Özü də elə-belə, əldəqayırma yazıçı deyil.

- Bəs hakimiyyətin reaksiyasını necə qiymətləndirirsiz?

- Hakimiyyətin borcu odur ki, istintaq diqqətlə, ciddi aparılsın və qatil tapılsın. Qatil tapılmayınca hakimiyyət haqda söz deyə bilmərəm. Bəlkə bunu tapacaqlar, ifşa edəcəklər və bəyan edəcəklər ki, biz yazıçıların dalında da durmuşuq, biz azad sözün tərəfdarıyıq, belə yerdə də ayrı-seçkiliyə yol vermirik. Onların özünə əşhədü ehtiyacdır ki, bu fikri cəmiyyətə çatdırsınlar. Yəni ki, insanları siyasi mənsubiyyətinə görə tanımırıq. Əslində Rafiq heç bir partiyanın üzvü deyildi. Hakimiyyət siqnal verməlidir ki, yazıçıları qorumağa hazırdır, qətlin üstünü də açacaq. Açılmasa, başqa söhbət olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla bağlı qərar bu maşında verilib? - AKTUAL
Bu gün, 18:08
"Tanımayanın sözü mənim yolumu dəyişməz"
Bu gün, 18:06
Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Bu gün, 17:49
Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Bu gün, 17:47
Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Bu gün, 17:43
"O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37
Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35
MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33
“Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28
Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14
Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12
BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09
Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02
"Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59
Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57
"Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54
İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51
Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30
"Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26
Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru