RÜSTƏM İBRAHİMBƏYOVDAN DAHA BİR SƏS-KÜYLÜ YAZI
Tarix: 4-03-2013, 11:45 | Çap et
"SINAQLAR İLİ"2013-cü ilin ilk iki ayında baş verən hadisələr göstərdi ki, Azərbaycanda hakimiyyətlə xalqın qarşıdurması güclənir. Rayonlarda kütləvi çaxnaşmalar, Bakıda gənclərin etiraz nümayişləri hakimiyyətin sərt cavab reaksiyasına səbəb olur. Amma mənasız, kobud şəkildə saxtalaşdırılmış ittihamlar əsasında çoxsaylı həbslər, cinayət təqibləri, kütləvi informasiya vasitələrində böhtan kampaniyaları – bütün bu cəza tədbirləri vəziyyəti daha da ağırlaşdırır və ölkəni nəticələrini proqnozlaşdırmaq mümkün olmayan genişmiqyaslı partlayışa sürükləyir. Mən bir aya yaxındır ki, xaricdəyəm. ABŞ-da, Rusiyada, Fransada, Gürcüstanda mədəniyyət, incəsənət və siyasət xadimlərilə görüşdükcə, xaricdə Azərbaycan hakimiyyətinin nüfuzunun çox aşağı olduğundan əmin oluram. Dünya ictimaiyyəti kütləvi informasiya vasitələrində çoxsaylı nəşrlərdən ölkəmizdə nələr baş verdiyi barədə yaxşı məlumatlanıb. Çoxları ölkəmizdə mövcud olan rejimin cinayətkar xarakterli olduğunu anlayır və “Neçə illərdir niyə dözürdünüz? Ziyalılarınız haradadır? Niyə susurdu?” sualları ilə qarşılaşdıqda qeyri-iradi olaraq utanc hissi keçirirəm. Görüşdüyüm bütün insanlar Azərbaycan hakimiyyətinin korrupsiyanın səviyyəsinin azaldılması və rejimin demokratikləşdirilməsi üzrə ciddi addımlar atmaq istəməməsindən (kadr dəyişiklikləri olmadan bu, mümkün deyil), bunun xalq qəzəbinin partlamasına səbəb ola biləcəyindən narahatdırlar. Və hamı başa düşür ki, qarşıda duran prezident seçkiləri bizim üçün ənənəvi olan nəticələrin saxtalaşdırılması ilə keçərsə, hadisələrin bu şəkildə inkişafı ehtimalı daha da artacaq. Azərbaycan vətəndaşları da gələcəyə olan ümidlərini qarşıda duran seçkilərə bağlayırlar. Bu seçki, şübhəsiz, seçicilərin daha çox fəallığı ilə keçəcək. Amma başqa ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq dəstək olmadan seçkilərdə şəffaflığı və ədalətliliyi təmin etmək cətindir. O da aydındır ki, beynəlxalq dəstək yalnız çağırıldığı yerə verilir. Əminəm ki, dünya ictimaiyyətinə müraciyyət etsək , bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır. Fikrimcə, artıq Milli Şuranın tərkibinin formalaşdırılmasına başlamağın da vaxtı gəlib. Ölkənin aparıcı ictimai-siyasi qüvvələrinin nümayəndələri bu şuranın formalaşdırılması ideyasını dəstəkləyir. Milli Şuraya partiya mənsubiyyətindən, vəzifəsindən və ideoloji əqidəsindən asılı olmayaraq, xalqın etimadını qazanmış şəxslər daxil olmalıdır. (Milli Şuranın işinə Azərbaycan hüdudlarından kənarda yaşayan insanlar da cəlb edilə bilər). Milli Şuranın say tərkibi onun formalaşdırılması prosesində, regionların nümayəndələri nəzərə alınmaqla müəyyən ediləcək. Təkrar edirəm, əsas seçim meyarı ictimai nüfuz və Konstitusiya normalarına uyğun yaşayan dövlət yaradılmasında iştirak etməyə hazırlıq olacaq. Milli Şura demokratik qüvvələrin ədalətli və düzgün seçkilərin keçirilməsi üçün şəraiti təmin edən ümumi strategiyasını müəyyən edəcək. Daha sonra bütün aparıcı ictimai siyasi qüvvələrin və partiyaların fikrini nəzərə alaraq, prezidentliyə vahid namizədi irəli sürəcək. Hakimiyyət, şübhəsiz ki, ölkədə mövcud vəziyyətin dəyişməsinə mane olmaq üçün əlindən gələni edəcək və istənilən təxribatlara hazır olmaq lazımdır. Bu dəfələrlə təsdiqini tapıb. Təkcə təbiəti deyil, “Əliyev” rejiminin çoxillik qışından yorulmuş Azərbaycan cəmiyyətini də qış yuxusundan oyandıran bahar gəlir. Mənim işlərim elə alınıb ki, martın sonlarına qədər Azərbaycanın hüdudlarından kənarda olmalıyam. Amma Ziyalılar Forumundan yoldaşlarım istənilən an mənim iş naminə mövcudluğumun zəruri olduğunu hesab edərlərsə, həbs təhlükəsi olmasına baxmayaraq belə, dərhal Bakıya gələcəyəm.
Rüstəm İbrahimbəyov


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Bu gün, 12:55 |
|
|
|
| • Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Bu gün, 12:49 |
|
|
|
| • Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Bu gün, 12:46 |
|
|
|
| • Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Bu gün, 12:39 |
|
|
|
| • Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
| • İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Bu gün, 12:30 |
|
|
|
| • Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Bu gün, 12:22 |
|
|
|
| • Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Bu gün, 12:21 |
|
|
|
| • Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Bu gün, 11:53 |
|
|
|
| • ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Bu gün, 11:49 |
|
|
|
| • Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
| • İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Bu gün, 11:35 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17 |
|
|
|
| • Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • "Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58 |
|
|
|
| • “ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48 |
|
|
|
| • Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41 |
|
|
|
| • Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39 |
|
|
|
| • "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25 |
|
|
|
| • Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21 |
|
|
|
| • Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19 |
|
|
|
| • Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13 |
|
|
|
| • DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54 |
|
|
|
| • Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53 |
|
|
|
| • "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36 |
|
|
|
| • Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23 |
|
|
|
| • TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17 |
|
|
|
| • Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02 |
|
|
|
| • İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54 |
|
|
|
| • İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46 |
|
|
|
| • Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43 |
|
|
|
| • “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46 |
|
|
|
| • Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41 |
|
|
|
| • "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39 |
|
|
|
| • 'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35 |
|
|
|
| • 1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29 |
|
|
|
| • Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22 |
|
|
|
| • Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20 |
|
|
|
| • Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
| • Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
| • Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04 |
|
|
|
| • 8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01 |
|
|
|
| • Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54 |
|
|
|
| • Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52 |
|
|
|
| • Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43 |
|
|
|
| • “Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26 |
|
|
|
|