"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

В«İSTƏR PREZİDENT, İSTƏR BAŞQASI MƏNƏ TƏSİR EDƏ BİLMƏZВ»
Tarix: 15-11-2011, 11:36 | Çap et
В«İSTƏR PREZİDENT, İSTƏR BAŞQASI MƏNƏ TƏSİR EDƏ BİLMƏZВ»

RAFİQ ƏLİYEV ONA QARŞI HÜCUMLARDAN BƏRİ İLK DƏFƏ DANIŞDI

Ziyalı kimdir? Bu suala bəlkə də Google axtarış sistemində sonsuz sayda cavab tapmaq mümkündü, Azərbaycanda isə... ziyalılıq haqda yalnız qaranlıq, ümidsiz, düşüncələr burulğanı...
Ya var, ya yox

Ancaq onu gördüyüm, hələ söhbət eləyəndən sonranı demirəm, anladım ki, düşüncələrimiz heç də həqiqəti əks etdirmir.
Onunla Rəsulzadə küçəsində yerləşən bir evdə söhbətləşdiyimi görmüşdüm yuxuda. Çünki bu söhbətin baş tutmasının özü adama yuxu kimi gəlirdi. Həm də onunla baş verən siyasi aktla bağlı danışmayacağını deyəndən sonra görüşün baş tutacağı heç inandırıcı deyildi. Ancaq yuxumun bir hissəsi çin çıxdı - görüşə bildim. Lakin Rəsulzadə küçəsində yox, Şeyx Şamildə...
“Görüşə birgə gedək”,- deyə Pərviz Cəbrayıla zəng etdim. “Yad dildə” romanının müəllifi bu il MKM-in qalibi olanda mükafatı ona Rafiq bəy təqdim etmişdi. Hər halda bir köynək yaxın olduqlarını düşünürdüm. Razılaşdığımız vaxtda M.F.Axundovun başına yığışdıq. Bizi Şeyx Şamilə götürmək üçün gələn Şamil bəylə akademikdən danışa-danışa onun ocağına doğru yollandıq.
Evi də özü kimi çox sadə və sadə göründüyü qədər də mürəkkəb, xoş auralı. Bəlkə burada da qeyri-səlis məntiq aramaq olar - qəti olaraq nə sadədir, nə mürəkkəb...


Beləliklə, Rafiq bəylə söhbətə başlayırıq. Daha doğrusu, onlar, Pərvizlə. Biz isə kənardan marıtdayıb oturmuşuq. Hər şeydən danışırlar, elə bil neçə illərin söhbətini bir görüşdə başlamaq və başa çatdırmaq istəyirlər. Gəldikləri hər bir qənaətin sonunda da mütləq bunun hansı məntiqə uyğun olduğunu dəqiqləşdirirlər. Təbii ki, bu dəqiqləşdirmə məqamı gülüşsüz ötüşmür. Biz də həvəslə bu gülüşmə məqamlarına qoşuluruq. Sanki nə üçün gəldiyimizi unutmuşuq...
Ziyalımız deyir ki, bütün böyük kəşflər mürəkkəb görünsə də, sadədən də sadədir: “Zadə çox sadə bir iş gördü. Riyaziyyatda fiqurlu mötərizə, onun içində isə 0 və 1 var. Yəni intervalda sıfırla bir arasında milyardlarca dərəcə, çalar mövcuddur. Ancaq Aristotel deyirdi: ya sıfır, ya bir. Onu başa düşmək olar. Həmin dövrün elmi-texniki tərəqqisi bundan artığına imkan da vermirdi. Onun məntiqi aydındı, məsələn, Lenin deyirdi ki, kim bizim dostumuz deyilsə, düşmənimizdir. Yəni ya dost, ya düşmən. Indi Azərbaycanda deyirlər, tutaq ki, cəbhəçi, müsavatçı yapçının, yapçı da onların düşmənidir. Bu, Aristotel məntiqidir. Inanın ki, YAP-da da, müxalifətdə də, hər yerdə yaxşı adam var. Bizim orta və ali məktəbdə öyrəndiyimiz klassik riyaziyyatın əsasında da Aristotel məntiqi durur. Ya var, ya yox”.

Qəzzafilər, mübarəklər bizi heç qarışqa kimi də görmürlər

Rafiq müəllim söhbətinə ara vermədən davam edir: “Qeyri-səlis məntiq deyir ki, dünyada hər şeyin qavrayışı ədədlərlə deyil, toplu-toplu şəkildə gedir. Məsələn, bir müddəa deyim: ”Bütün insanlar öləcək. Sokrat insandır”. O zaman məlum olur ki, Sokrat da öləcək. Rəqəmlərlə hansı hesabat apardıq? Heç bir. Yəni qeyri-səlis məntiq deyir ki, dünyanı rəqəmlərlə qavramıram və hesablayanda da sözlərlə hesablayıram. Məsələn, insanın dürüstlüyünü rəqəmlərlə necə ölçmək olar? Mümkün deyil. Ancaq bunu qeyri-səlis məntiqlə ölçmək mümkündür”.
O, dünyanın yeni nizamına qeyri-səlis məntiqlə inanır: “Gərək dünyada tolerantlıq olsun. Bütün çatışmazlıqların, müharibələrin kökündə tolerantlığın olmaması durur. Çünki qəzzafilər, mübarəklər qeyri-səlis məntiqlə düşünə bilmirlər. Onlar nəinki bizi insan, heç qarışqa kimi də görmürlər. Onlar üçün Aristotel məntiqi keçərlidir - ya sadəcə adam var, ya da yoxdur. Yad adam, intellektual adam onlar üçün yoxdur. Ona görə də, dünya belə yaşaya bilməz”.
Bu söhbət gedə-gedə televizorda diktatorların acı sonluğunu göstərirlər “Qəzzafi necə öldürülür, Səddam necə asılır, heykəllər necə uçurdulur...”.
Yavaş-yavaş söhbətin məcrası məntiq elmindən çıxıb ictimai-siyasi proseslərə yön alır. Rafiq müəllim bu günlərə kimi rəhbəri olduğu kafedrada heç bir tələbə üçün qiymət yazdırmadığını deyir: “Axı necə deyə bilərəm ki, filan tələbəyə ”5” qiymət yazın. Sabah həmin müəllim də məndən nəsə xahiş edəcək. Bununla da nizam pozulacaq. Istər prezident, istərsə də başqa bir şəxs olsun, mənə təsir edə bilməz”.
Rafiq müəllim imanı dindən üstün tutur.

Demokratiya tarixindən Elçibəyin izini silmək mümkün deyil

Siqaretin dəminin çoxdan gəldiyini böyük insana bir cür, birtəhər çatdırıb, çayımızı dəmə qoyur və eyvana keçib acgözlüklə siqaret tüstülədə-tüstülədə söhbəti davam etdirməyə başlayırıq. Rafiq müəllim nikotini və qətranı az olan R1 siqaretinə bizi qonaq eləyir və təbii ki, Səhiyyə Nazirliyinin xəbərdarlığını da xatırladır... Siqaret qutusuna diqqətlə baxan dostlarım hansısa bir kəşf etmiş kimi R1-in abreviaturasını bizə açıqlayır - Rafiq Birinci. Gülüşürük.
Ab-havanı dəyişəndən sonra söhbət hərlənib-fırlanıb eks-prezident Əbülfəz Elçibəyin üstünə gəlib çıxır. Rafiq müəllim deyir ki, Eldar Salayev, Azad Mirzəcanzadə, Həsən Turabovla birlikdə Elçibəy prezident olmazdan bir ay öncə görüşüblər. Hamımıza maraqlı gəlir. “Ümumi söhbət etdik. Elçibəy ürəyində vətən sevgisi olan pak bir adamdı. On səkkizinci ildə tikintisi yarımçıq qalmış demokratik qalanın bərpasında böyük xidmətləri olan adamdır. Demokratiya tarixindən onun izini silmək mümkün deyil”.

Ziyalı xalqın sözünü deyirsə, sonunu düşünməməlidir

Qəfildən Rafiq müəllimə “ziyalı necə olmalıdır” sualını veririk. Tövrünü pozmadan “ziyalının ideoloji öhdəçiliyi olmamalıdır” cavabını verir: “Ziyalı kiminsə əlinə baxmamalı, kiminsə cibindən asılı olmamalıdır. Milli mənafeyi, ümumxalq mənafeyini fərdi mənafedən heç olmasa bir damcı üstün tutmalıdır. Xalqın sözünü deyirsə, sonunu düşünməməlidir. Əgər ziyalıdırsa, nur saçırsa, işıq gələn tərəfə atılacaq daşlardan qorxmamalıdır”.

Müsahibimiz cavabına belə yekun vurur: “Ailəsinə, vətəninə bağlılıq olmalıdır. Normal ailəsi olmayana ziyalı demək olmaz”.
“Bir meyarın yaxşılaşmasını istəyirsənsə, bilməlisən ki, başqa bir meyar mütləq pisləşəcək. Allah insana hər şeyi qədərində versin. Çoxlu pul, var-dövlətin olması nələrinsə itirilməsi deməkdir. Pulun varsa, ağlın olmaya bilər. Mütləq birindən səndə çoxdursa, deməli, hansısa meyardan səndə azdır”.
Rafiq müəllimin yazı otağına da göz atırıq. Səliqəli düzülmüş sayı-hesabı bilinməyən kitablar, gənclik illərində çəkilmiş şəkillər rəflərin şüşələrində göz oxşayır. Xarici dillərdə - ingiliscə, almanca çap olunmuş kitablarına göz gəzdiririk. Məlum olur ki, dəyərli ziyalımız bir neçə dil bilir - ingilis, rus, türk, alman... Kitablarını da özü elə bu dillərdəcə yazır.
“Bəs hansı dildə düşünürsünüz?” sualına “elmi ingilis, publisistikanı Azərbaycan dilində düşünürəm”,- deyə cavab verir.

Son söz əvəzi

Mən Rafiq müəllimin bir R hərfini göstərməyə cəhd elədim! Bilirəm ki, səyim onun R1-inin tüstüsü qədər ələgəlməzdi. Ancaq bir şey hardasa dəqiqdi - deyilənlərin əksinə olaraq, Azərbaycanda ziyalı var. Demək sabahımız da o qədər qaranlıq deyil.
Mən Rafiq müəllimdən istədiyim reportajı yaza bilmədim. Heç həddim də deyil. Amma Rafiq müəllimlə görüşdən içimdə bir qənaət hasil oldu:
Ziyalı belə olmalıdır.
Var ol, Rafiq müəllim!..
Yenidən qonaq gəlmək ümidilə Rafiq müəllimin əlini sıxıb evi tərk edirik. Mənə indi də elə gəlir ki, biz hələ də Rafiq müəllimlə birlikdəyik... Ayrılmamaq ümidilə...

azadlıq.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru