Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda .....                     Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb .....                     VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? .....                     Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı .....                     Zaur Mikayılov əhaliyə yenə zülm edir .....                     Tahir Budaqovdan kadr təyinatı .....                     Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu .....                     Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış .....                     “Sumqayıt Tibb Mərkəzi” camaşırları tikinti şirkətinə yuduzdurur .....                     Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... .....                     Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq .....                     ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... .....                     Emin Milli Şuşa Media Forumuna qatılıb .....                     Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... .....                     Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... .....                     Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... .....                     İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... .....                     Naxçıvan sakinləri İranda GİROV TUTULUR .....                     Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır .....                     Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır .....                     ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər .....                     “Tapançalı direktor”un məktəbindən şikayət .....                     Bakıda daha bir MTK ÖZBAŞINALIĞI .....                     Türk düşməni yenə Azərbaycanı hədəf aldı .....                     Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir .....                     Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! .....                     Azərbaycanda test üsulu ləğv olunur? .....                     Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... .....                     "Özümü yaşlı adam hiss etmirəm" .....                     Göyçay sakinləri niyə narazılıq edir .....                     Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                     Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... .....                     “Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                 

TÜRKİYƏ ŞİRKƏTİ MASALLIDAN NİYƏ QAÇMALI OLDU?
Tarix: 10-11-2012, 12:04 | Çap et
TÜRKİYƏ ŞİRKƏTİ MASALLIDAN NİYƏ QAÇMALI OLDU?
ŞİRKƏTİN AZƏRBAYCAN NAZİRLİKLƏRİ İLƏ CİDDİ PROBLEMLƏRİ YARANIB

DİA.AZ: - Ölkənin 10-dan artıq rayonunun, o cümlədən Masallı rayonunun da su-kanalizasiya sisteminin qurulmasına bu il start verilib. Bu məqsədlə hər rayonda həmin işlərin görülməsinə 50-100 milyon manat vəsait ayrılıb. Məsələn, Lənkəranda bu məqsədlə görüləcək işlərin məbləği 170 milyon manat, Mingəçevirdə 150 milyon manatdır. Ən az məbləğ ayrılan rayonlardan biri isə Masallıdır – 56 milyon manat.

Bəs bu sahədə işlər necə gedir?

Bu suala cavab verməzdən öncə xatırladaq ki, Masallı rayonu bir dəfə kanalizasiyanın əzablarını yaşayıb. Hələ 25-30 il öncə Masallıya kanalizasiya xətti çəkmək istəyirdilər. Yolları dağım-dağım etdilər, bəzi yerlərdə tramvay xətti kimi dar, qoşa şırımlar çəkdilər, bu məqsədlə yüz min manatlarla pul xərcləndi. Kanalizasiya ərsəyə gəlməsə də, həmin xaraba yolları sahmana salmaq illərlə vaxt apardı. Həmin yeraltı turbalar isə lazımsız əşya kimi torpağın altında qaldı.

İndi yenə də kanalizasiya çəkirlər. Məbləğ daha böyük, məqsəd daha möhtəşəm. Bəs nəticə? Yuxarıdakı “Bəs bu sahədə işlər necə gedir?” sualının cavabına qayıdaq. Masallıda bu işin görülməsi üçün 17 ay vaxt ayrılıb. İşlərə, əsasən, bu ilin fevral ayından start verildiyini nəzərə alsaq, həmin müddətin yarıdan çoxu arxada qalıb. Lakin nəzərdə tutulan işlərin heç 30 faizi də görülməyib. Qarşıda isə qarlı-şaxtalı qış gəlir. Xoş havalarda belə asta-asta işləyənlərin qış aylarında normal fəaliyyət göstərəcəkləri çox şübhəlidir.

Məlumat üçün bildirək ki, bu işi aparan Türkiyənin “Eser” şirkəti rayona 10 milyon dollar dəyərindən artıq texnika gətirib. Burada elə aqreqatlar var ki, dəyəri 1 milyon dollardan artıqdır. Həmin aqreqat daşlı yolu qazır, sonra o daşları xırda-xırda parçalayıb qazılmış və turba atılmış yerin üstünə tökür.

Masallıda su-kanalizasiya işlərini görmək üçün Türkiyə şirkəti yerli işçi qüvvəsindən əlavə Türkiyədən 80 nəfərlik mütəxəssis və fəhlə qüvvəsi gətirib. Redaksiyaya daxil olan məlumata görə, həmin türk mütəxəssis və fəhlələri bu günlərdə işlərini yarımçıq qoyaraq rayonu tərk ediblər. DİA.AZ-a bu barədə rayondakı qaynaqlar xəbər verib.

Səbəb nədir? Mənbənin verdiyi məlumata görə, onların problemi başdan aşır. Belə ki, ilk problem Miqrasiya İdarəsi ilədir. Yəni, onların əcnəbi kimi burada fəaliyyəti lazımınca sənədləşdirilmir və onlara əcnəbi işçi kimi arzu olunan status verilmir. Şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tutmuş Fövqəladə Hallar Nazirliyinə, o cümlədən sifarişçi Su Meliorasiya idarəsinə qədər bir çox təşkilatlarla problemləri var. Bu da onunla nəticələnib ki, buradakı işçilər aylarla əmək haqqı ala bilmir, şirkət yanacaqdan tutmuş yemək puluna qədər müvafiq təşkilatlara borcludur.

Şirkətin gördüyü işlər də qüsurludur. Adını açıqlamaq istəməyən mütəxəssisin dediyinə görə, kanalizasiya çəkilən əsas - ana xətdən köməkçi yollara çıxış qoyulmayıb. Bu o deməkdir ki, hər yeni çıxışı açmaq üçün, əsas yol dağıdılmalı, vurulmuş asfalt sökülməlidir.

Rayon icra hakimiyyətinin bu şirkətə təsir imkanları çox aşağıdır. Çünki sifarişçi Azərbaycan Su-Melorasiya Nazirliyidir. Vəsaitin sərəncamçısı da onlardır. Hazırda Masallının əsas küçələri bu qazıntılara görə bərbad vəziyyətdədir. İcra hakimiyyətinin rəsmilərinin bildirdiyinə görə, rayonun bütün əsas küçələrini asfaltlamaq üçün lazımi vəsait var. Lakin su-kanalizasiya sistemi üçün qazılan küçələrdə işlər tamamlanmadığı üçün asfalt döşəmək olmur. Rayon icra hakimiyyətinin iqtisadiyyat məsələləri üzrə müavini Seymur Nuriyev həmin şirkətin rəhbərlərinə istinadən bildirir ki, şirkəti tərk edən türklərin miqrasiya problemi olub. Gedənlər də əsasən sıravi işçilər olub, mütəxəssislər yox. Birləşdirici qurğular da yaxın günlərdə rayona gətiriləcək. İşin sürətləndirilməsi üçün əlavə briqadaların da gələcəyi gözlənilir. Bu günlərdə icra hakimiyyətinin arxasında yeni salınmış küçəyə asfalt döşənəcək. İcra hakimiyyətinin qarşısındakı küçə isə bağlanaraq meydan olacaq. Ən yaxın müddətdə Zərifə Əliyeva, Qarabağ, Azərbaycan küçə və prospektlərinə asfalt döşənməsi planlaşdırılır. Şirkətdən bizə bildiriblər ki, onlar artıq bir sıra borclarını ödəyiblər.

Oxuculara onu da xatırladaq ki, Masallıda su-kanalizasiya sisteminin qurulması üçün tikinti işlərinin təməlqoyma mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Lakin mart ayının ortalarında təntənə ilə qeyd olunan təməlqoyma mərasimindən 7 ay ötsə də, ( Musaküçə dairəsindən Hüseynhacılı kəndinə gedən yolun şimal tərəfi) nəinki burada əlavə işlər görülməyib, az qala tənzimləyici qurğunun olan-qalan qurğuları da dağıdılıb. Qısası, Masallıda 56 milyonluq su-kanalizasiya sisteminin quraşdırılmasında bir sıra məsələlər ciddi sual altındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42
“Sumqayıt Tibb Mərkəzi” camaşırları tikinti şirkətinə yuduzdurur - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:34
Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29
Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23
ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... - AÇIQLAMA
Bu gün, 09:18
Emin Milli Şuşa Media Forumuna qatılıb
Bu gün, 09:11
Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:03
Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 08:52
Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... - "İstirahətinizi pozmayım..."
Bu gün, 08:45
İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30
Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22
Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08
Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35
ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20
“Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17
Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01
Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59
Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57
Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53
Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49
"Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22
Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru