Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
Tarix: 6-05-2025, 13:02 | Çap et
 Deyəsən icra hakimiyyətlərini qanunsuz tikintiləri çoxaltmağa həvəsləndirən Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM) ilə Fövqəladə hallar Nazirliyidir (FHN).
"DogruXeber.az" xatırladır ki, hələ 2022-ci ildə ARXKOM sədri Anar, Quliyev jurnalistlərə müsahibəsində demişdir ki, "Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə, qanunsuz tikintilərin qarşısını almalıdır.Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o, sökülməlidir".
Halbuki, 2021-ci ildən bu günə qədər dəfələrlə ARXKOM və FHN-nə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Xəzər və digər rayonlarında aparılan saysız-hesabsız qanunsuz tikintilər barəsində rəsmi sorğular göndərmişik. Lakin, hər dəfəsində də hər iki qurum şablon cavablar göndərməklə məsuliyyətdən yayınaraq, həmin tikintilərin başa çatdırılmasına sanki qəsdən şərait yaradıblar.
Yeri gəlmişkən, 12 mart 2025-ci il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi, döngə 5 və digər ünvanlarda qanunsuz tikinti işlərinin aparılması barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xəzər rayon icra hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və FHN-nə rəsmi sorğular göndərmişdik. Adları çəkilən qurumlardan yalnız biri - ARXKOM tərəfindən redaksiyamıza aprel ayının 7-də göndərildiyi qeyd olunan, lakin bugünlərdə gəlib çatan cavab məktubunda, məlumatların araşdırılması üçün Xəzər rayon icra hakimiyyətinə göndərildiyi və 7 gün ərzində redaksiyamızın cavablandırılması yazılmışdır.
Məktub Xəzər icra hakimiyyətinə göndərilən aprelin 7-si, bu gün də mayın 6-sı. Hələ də Xəzər icra hakimiyyəti və digər qurumlar susmaqda davam edirlər.
ARXKOM isə hər zamankı kimi "şablon" məktubla, "səndən yar, sənə yar, şikayətim var" taktikası ilə "sudan quru çıxmağa" cəhd etdi.
Maraqlıdır, bəs iki ay müddətində Anar Quliyevin özünün açıqlamasında dediyi qanuni prosedurlar niyə həyata keçirilmədi?
Nəinki iki ay, heç 4 il müddətində belə Sabunçu rayonu Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş 3 mərtəbəli iaşə obyekti barəsində də ARXKOM eyni taktika ilə kənarda dayandı.
ARXKOM sədri Anar Quliyev qanunsuz tikintilərlə bağlı məsuliyyətdən yayınmağı bacardığı kimi, adını yerli mətbuatda "tərtəmiz" saxlamağı da mükəmməl bacarır.
Ölkə başçısı Anar Quliyevə etimad göstərib vəzifəyə təyin edib, həmçinin aprel ayının 25-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edildi. İndi də belə bir şayiə gəzir ki, onun Ekologiya və Təbii Sərvətlər naziri təyin olunacağı gözlənilir.
5 illik rəhbərlik fəaliyyəti dövründə kifayət qədər qanunsuzluğa göz yuman sədri bəlkə də bu qədər "yoran" eyni zamanda paralel olaraq Azərbaycan Oxatma Federasiyasının prezidenti, koordinator vəzifələrini də icra etməsidir.
Maraqlıdır, Anar Quliyevə eyni zamanda fərqli vəzifələrin həvalə olunması hansı məqsədləri daşıyır, yaxud hansı səbəbdən qaynaqlanır? Onun boş vaxtı daha çoxdur deyə, yoxsa məsuliyyətli məmur olduğu üçün?
Nəinki paytaxt, ümumiyyətlə ölkə ərazisindəki saysız-hesabsız qanunsuz tikintilərə nəzər saldıqda səbəbin ikinci variant (məsuliyyət) olmadığı aydın görünür. Aylardır sosial mediada Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Səbail, Nizami və digər ərazilərdə aparılan qanunsuz tikintilərin görüntüləri paylaşılır, amma ARXKOM da başda olmaqla, bir dənə aidiyyatı qurum məsələyə nə müdaxilə edir, nə də aydınlıq gətirirlər.
Belə olan halda ölkə vətəndaşlarının böyük əksəriyyəti qurum rəhbərlərindən əllərini üzərək, media vasitəsilə ölkə başçısına şikayətçi olmaqda haqlı görünürlər. Çünki, ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurların çoxu vəzifəsini layiqincə yerinə yetirməyi bacarmır, ya da bəlkə məqsədli şəkildə düzgün icra etməyib, insanların dövlətə olan inamını, güvənini sarsıdır, hakimiyyətdən küsdürməyə çalışırlar.
Amma atalar deyir, "yaman günün ömrü az olar". Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bu kimi məsələlərə də vaxt ayıracaq və rəhbər vəzifələrə təyin etdiyi şəxslərin fəaliyyətini nəzərdən keçirib, "saf-çürük" edəcəkdir.
Mövzunu davam etdirəcəyik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ararat Mirzoyan Brüsseldə Kaya Kallasla görüşüb
Bu gün, 13:04 |
|
|
|
| • Şamaxının deputatı rayondakı durumla bağlı HARAY ÇƏKDİ - "10 kənddə vəziyyət kritikdir"
Bu gün, 13:00 |
|
|
|
| • Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib - BU NƏDİ BELƏ?
Bu gün, 12:58 |
|
|
|
| • Pənah Hüseyn sədr postuna öz namizədini açıqladı - "Namizədlər olacaq, amma..."
Bu gün, 12:56 |
|
|
|
| • Yeni Klip, Yeni Hiss: “Sirrim” - VİDEO
Bu gün, 12:53 |
|
|
|
| • Əli Kərimli apelyasiyaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:50 |
|
|
|
| • “Kimdənsə rəsmi nikahsız iki uşaq qazanmış qadına hədiyyələr gəlir, efirlərin yiyəsi yoxdur”
Bu gün, 12:48 |
|
|
|
| • BRAVO yenə `GÜL VURUR`... - AY MAŞALLAH...
Bu gün, 12:39 |
|
|
|
| • Havanın yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
| • Aİ Ermənistana 500 milyon avro ayıracaq
Bu gün, 12:23 |
|
|
|
| • Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı - “2 min hərbçi orada nə edirdi?”
Bu gün, 12:19 |
|
|
|
| • AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib - DİQQƏT
Bu gün, 12:09 |
|
|
|
| • Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR
Bu gün, 11:59 |
|
|
|
| • Rusiyada azərbaycanlıya 12 il HƏBS CƏZASI
Bu gün, 11:58 |
|
|
|
| • Ermənilərlə etimad mühitini qurmaq çox çətin prosesdir - MÜSAHİBƏ
Bu gün, 11:56 |
|
|
|
| • Rusiyada böyük biznesi olan sabiq deputatın oğlu Bakıda restoran açıb - atası isə pulları Rusiyaya daşıyır...
Bu gün, 11:50 |
|
|
|
| • Paşinyan Ermənistanda milli azlıqlara rüşvət təklif etdi - “Joğovurd”
Bu gün, 11:48 |
|
|
|
| • Ramiz Mehdiyev oğlunu Patruşevlə niyə tez-tez görüşdürürmüş? - Teymur Mehdiyevin ŞOK FOTOSU YAYILDI
Bu gün, 11:46 |
|
|
|
| • “Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir” - ŞOK xəbərdarlıq
Bu gün, 11:38 |
|
|
|
| • “Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə” - QALMAQAL
Bu gün, 11:32 |
|
|
|
| • Zəngəzur dəhlizi 2026-da işə düşür, Avropa gecikərsə... - AKTUAL
Bu gün, 11:28 |
|
|
|
| • Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb
Bu gün, 11:26 |
|
|
|
| • Nazir iki idarə rəisini vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 11:18 |
|
|
|
| • Mehdiyev İbrahimbəyovu niyə Həsənli ilə əvəz edib? - ŞOK DETALLAR
Bu gün, 11:14 |
|
|
|
| • Ermənistan hələ də Aİ-nin "qara siyahı"sındadır
Bu gün, 11:10 |
|
|
|
| • Bu gün Tale Heydərov üçün həlledici məhkəmədir - GƏLİŞMƏ...
Bu gün, 11:03 |
|
|
|
| • Adil Qeybulladan qorxunc proqnoz - “Qrip pandemiyası olacaq, ölüm halları da arta bilər”
Bu gün, 10:57 |
|
|
|
| • Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi – QƏRAR
Bu gün, 10:56 |
|
|
|
| • Xalq artisti Mehriban Xanlarovanın MÜDAFİƏSİNƏ QALXDI - “Ayıbdır axı, günahdır, niyə onun əziyyətini yerə vurursuz?”
Bu gün, 10:53 |
|
|
|
| • “İçkili idim, əldə etdiyim qızılları lombarda verdim” - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
| • Mehdiyevlərin Bank BTB-si batır – “kassir” Rzanın başı dərddə
Bu gün, 10:43 |
|
|
|
| • Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı... - "Telefonlarımızı tələb edirlər ki..."
Bu gün, 10:37 |
|
|
|
| • Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib - "Reuters"
Bu gün, 10:32 |
|
|
|
| • Buralar yenə də zibilxanaya çevrilir: HARA BAXIRSINIZ? - KİMİN NƏ MARAĞI VAR Kİ?
Bu gün, 10:31 |
|
|
|
| • Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi - DETALLAR
Bu gün, 10:16 |
|
|
|
| • İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB? - KİMLƏR VAR SİYAHIDA?
Bu gün, 10:10 |
|
|
|
| • Kəmaləddin Heydərovun 6 müavini qaldı - SİYAHI
Bu gün, 10:01 |
|
|
|
| • Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:58 |
|
|
|
| • Əli Kərimli təkadamlıq kamerada saxlanılır - Yeni məlumatlar
Bu gün, 09:47 |
|
|
|
| • Tiflisdən Zəngəzur həmləsi - Nə baş verir?
Bu gün, 09:43 |
|
|
|
| • Bir sıra məktəblərdə 9,2 milyon manata təmir və abadlıq işləri görəcək - ŞİRKƏT MƏLUM OLDU
Bu gün, 09:41 |
|
|
|
| • Bakı-Tehran münasibətlərində nisbi sabitlikdir - AMMA...
Bu gün, 09:37 |
|
|
|
| • İrəvan mühüm tarix açıqladı: gələn martda... - Bakıdan reaksiya
Bu gün, 09:34 |
|
|
|
| • Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:26 |
|
|
|
| • Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi iddiasını polis araşdırır - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
| • Əmək haqqılarının ödənilməsi qaydaları... - DİQQƏT
Bu gün, 09:23 |
|
|
|
| • Banklardan yeni dollar fırıldağı - diqqətli olun!
Bu gün, 08:26 |
|
|
|
| • ABB müştərilərinə zəmanət verə bilmir... - "Deyəsən, ölkədə etibarlı bank yoxdur..."
Bu gün, 08:23 |
|
|
|
| • Azərbaycanın sabiq naziri vəfat etdi
Bu gün, 08:06 |
|
|
|
| • Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... - AKTUAL
Bu gün, 08:05 |
|
|
|
|