"Niyə, ay "DOST"?" "DİA-AZ" xəbər verir ki, bunu DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Agentliyi xətti ilə "AZƏRİQAZ-da işə alınanların son günlər işdən atılmasına etiraz olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib.
Tanınmış hüquq müdafiəçisi bildirir ki, onun rəhbərlik etdiyi təşkilata bu barədə ixtisara salınan işçilər adından Ramin Məmmədov adlı "Azəriqaz" çalışanı müraciət edib.
Onun müraciətini təqdim edirik: ""Azəriqaz"ın regional idarələrində DOST Agentliyi vasitəsilə işləyən işçilərin dünəndən etibarən kütləvi sayda ixtisarı gedir.
Məlumdur ki, "Azəriqaz"a DOST xətti ilə işə götürülənlər əsasən aztəminatlı ailələrin nümayəndələridir və onlar aşağı maaşla çalışdırılırdı.
İndi belə bir ağır durumda, ağır şərtlərlə işləyən işçiləri bu qış vaxtı işdən xaric etmək nə dərəcədə doğrudur və ədalətli qərardır?
Hətta bu ixtisarlar vaxtı müharibə veteranlarını belə nəzərə almırlar..."