Ölkə yas içində... “XƏZƏR” Universitetində VUR ÇATDASIN... ÇAL OYNASIN!.. - BU NƏDİ BELƏ?..
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak oldu, 29 nəfər xəsarət aldı. Faciə ilə əlaqədar dekabrın 26-sı ölkədə rəsmən matəm elan edilsə də, ölkə əhli hələ də baş verənlərin şokunu yaşayır.
"DİA-AZ" vurğulayır ki, sosial şəbəkələrin bütün seqmentləri faciə ilə bağlı xəbərlər yayır. Uşaq bağçaları, məktəblər, universitetlər, müxtəlif kollektivlər planlaşdırdıqları yeni il şənliklərini təxirə salıblar.
Belə bir hüzünlü gündə başqalarına nümunə olmalı olan Xəzər Universiteti həyatını itirənlərin 3-ü gününə- dekabrın 27-nə “Meridian” şadlıq sarayında 300 nəfərin iştirakıyla böyük yeni il şənliyi təyin edib.
Görəsən, bir şənlik olmasaydı, nə olacaqdı ki? Adam deməyə, söz də tapmır. Sadəcə, ayıb olsun!
Hər halda, sözügedən ali təhsil ocağının rəhbərliyi ilk olaraq EL TƏNƏSİNİN hədəfi olmamaq üçün bu qərarından dərhal imtina etməlidir...
Əks halda DÖVLƏTin gərəkən qurumlarının TƏNƏSİ ilə üz-üzə qalması labüddür...