Naxçıvan-Bakı istiqamətində səfər edən sərnişinlər avtobus salonlarının tacirlərin yükləri ilə dolu olduğunu və bu səbəbdən hərəkət etməyin mümkünsüz hala gəldiyini bildirirlər.
Onların sözlərinə görə, bu vəziyyət Naxçıvan Avtovağzalı rəhbərliyinin tacirlərlə əlbir olaraq yük daşınmasına şərait yaratması ilə bağlıdır. Sərnişinlər iddia edirlər ki, rəhbərlik tacirlərdən pul alaraq bu problemi qəsdən görməzdən gəlir.
Qeyd edək ki, Naxçıvan-Bakı avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir.